Muxtar respublikanın Kəngərli rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası təşkil olunub.Azərtac xəbər verir ki, tədbirdə Kəngərli Rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov çıxış edərək muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərinin əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynadığını bildirib.Qeyd edib ki, bu sahədə həyata keçirilən tədbirlər sakinlər tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev bildirib ki, işaxtaran vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər içərisində əmək yarmarkaları öz əhəmiyyəti ilə seçilir.Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 15 təşkilatdan 123 boş iş yerinin çıxarıldığı yarmarkada 25 nəfərə işə göndəriş verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…