Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.Şirkətdən Azərtac-a bildirilib ki, ötən həftə Cocuq Mərcanlıya səfər edən “Bakcell”in əməkdaşları 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifli “Bakcell” nömrəsi təqdim edib. Bu nömrələrin sahibləri bir il ərzində öz aralarında pulsuz, digər “Bakcell” nömrələri ilə də 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar.Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülən Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev də “Bakcell” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.Xatırladaq ki, bu ilin may ayında “Bakcell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün “Bakcell” burada “3G” şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.“Bakcell” bundan sonra da Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi təmin etmək üçün səylərini davam etdirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…