Azərbaycan Texnologiya Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Bolonya təhsil prosesində universitet-sənaye əlaqələrinin müasir problemləri” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziuma yeddi ölkədən 165 nümayəndə qatılıb. ATU-dan Azərtac-a bildiriblər ki, tədbirdə ATU-nun rektoru, professor Akif Süleymanov ümummilli lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanması və iqtisadi inkişafı sahəsindəki xidmətlərindən, Azərbaycan elminin inkişafı istiqamətində əvəzsiz rolundan danışıb. Bildirilib ki, təməli Ulu Öndər tərəfindən qoyulan ATU-da keçirilən bu beynəlxalq simpoziumun mövzusu təsadüfi seçilməyib. Belə ki, hazırda universitetdə Təhsil Nazirliyinin pilot layihəsi kimi yerinə yeitirilən Müştəriyə Yönəlmə Proqramının daim gündəmdə olması bu simpoziumun keçirilməsinin labüdlüyünü meydana çıxarıb. Rektor vurğulayıb ki, universitetin əsas missiyasına müvafiq olaraq, respublikanın yerli mühəndis-mexanik və mühəndis-texnoloq kadrları ilə təminatının əsasını ölkənin bütün sənaye sahələri ilə birbaşa əlaqələr təşkil etməlidir. Bildirilib ki, indiyədək bu istiqamətdə xeyli iş görülüb, universitetin profilinə uyğun olaraq bir çox sənaye müəssisələri ilə əlaqələr yaradılıb. Tədbirdə akademik Ziyad Səmədzadə, Təhsil Nazirliyinin nümayəndəsi Natiq İbrahimov, professorlar Hamlet İsaxanlı, Sema Erentürk, Nodar Papukaşvili və başqaları beynəlxalq simpoziumun əhəmiyyətindən danışıblar. Bildirilib ki, müasir dövrdə keyfiyyətli kadr hazırlanması ancaq ali təhsil və istehsalat müəssisələrinin inteqrasiyası və birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Növbəti gün beynəlxalq simpozium işini müxtəlif sənaye sahələrinə həsr olunan 8 bölmədə davam etdirib. Yerli və xarici iştirakçıların da qatıldıqları bağlanış mərasimində isə beynəlxalq simpoziumun məhsuldar keçdiyi qeyd olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…