Bu il ali məktəblər üçün 42 min 806 vakant yer təqdim olunub. Ötən illə müqayisədə bu il plan yerlərinin sayı iki faiz artıb. Hətta ola bilər ki, müəyyən yerlər boş qalsın.Azərtac xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.Onun sözlərinə görə, I qrupda bu göstərici bir faiz, II qrupda beş faiz artıb, III qrupda demək olar ki, eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən səkkiz faiz artım müşahidə olunub.DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq. O deyib: “Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan ediləcək. Bu da avqustun 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-dək həyata keçirilməsini nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra avqustun 20-dən 30-dək ali məktəblərə qeydiyyat aparılacaq. Birinci mərhələnin qeydiyyatı avqustun 15-dən 25-dək aparılacaq reallaşdırılacaq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…