Ölkə ərazisində avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində – 761 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, avqustun 2- dən 4-dək Abşeron yarımadasında isti hava şəraiti və rütubətliyin nisbətən çox olması meteohəssas insanlar üçün əlverişsiz olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…