Gəncənin turizm potensialı ilə seçilən Hacıkənd qəsəbəsində XIX əsrin yadigarı olan 4 tarixi abidə – Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və rus pravoslav kilsəsi bərpa olunacaq.Azərtac xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş hesabat yığıncağında məlumat verib.Elmar Vəliyev bildirib ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində yerləşən tikililər XIX əsrin yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınıb. Ona görə də həmin abidələrin bərpasına və qorunmasına ehtiyac var.İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu vaxta kimi baxımsız və qəzalı vəziyyətdə olan tarixi tikililər bərpa olunduqdan sonra həmin binalardan kitabxana və muzey kimi istifadə ediləcək. Həmçinin iki əsrin yadigarı olan tikililərin əvvəlki görkəminə qaytarılması Hacıkənd qəsəbəsinin füsunkar təbiəti ilə yanaşı, onun tarixi abidələrini görmək istəyən turistlərin də sayını artıracaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…