“John Deere” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) mühəndislər üçün təlimlərə başlanılıb.Aqrar Universitetdən Azərtac-a bildirilib ki, təlimin məqsədi ölkəyə gətirilən “John Deere” pambıqyığan maşınlarının texniki göstəricilərinin və istifadə qaydalarının öyrənilməsi, bununla da növbəti pambıq yığımı mövsümündə müəllim və tələbələrin birbaşa iştirakının təmin edilməsi, tədris proqramlarında dəyişiklik edilərək yeni mövzuların əlavə olunmasıdır.Təlimi aparmaq üçün dəvət olunmuş şirkətin ABŞ-dan olan mütəxəssisi Lary Yanq çıxış edərək bildirib ki, əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması üçün Aqrar Universitetdə lazımi şərait yaradılıb. Ona görə də “John Deere” şirkəti ilə əməkdaşlıq qısa müddət ərzində müsbət nəticə verəcək.Xatırladaq ki, iyulun 27-də “John Deere” şirkətinin regional nümayəndəsi Maksimilian Pauci Aqrar Universitetdə səfərdə olub. Səfərin məqsədi şirkətin fəaliyyəti üçün ADAU-da xüsusi otaq ayrılmasını, servis xidmətinin yaradılmasını, texnika üçün kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsi məsələlərini müzakirə etmək olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…