“Kapital Bank” filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küçəsi, 24 ünvanında yerləşən “Gəncə” filialı nəzdində depozit seyflərini müştərilərə təqdim edir.Bankdan Azərtac-a bildiriblər ki, seyf otağı bütün zəruri təhlükəsizlik standartlarına cavab verir, həftənin 7 günü, günün 24 saatı ərzində mühafizə olunur və kompleks videonəzarət sisteminə malikdir. Yeni depozit seyflərində müştərilər qiymətli kağızları, zinət əşyalarını, sənədləri, pulları və digər dəyərli əşyalarını saxlaya bilərlər. Seyfləri 30 AZN-dən başlayan qiymətlərlə, minimum 1 ay müddətə icarəyə götürmək olar. Xidmət tarifləri barədə ətraflı məlumat üçün – www.kapitalbank.az/tariffs.Qeyd edək ki, “Kapital Bank” paytaxt ilə paralel region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. “Gəncə” filialından əvvəl “Səbail”, “Mərkəz” və “Gənclik” filiallarında da depozit seyflər istifadə verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…