Təxminən 200 min fransalı Prezident Emmanuel Makronun həyat yoldaşına birinci xanım rəsmi statusunun verilməsinin əleyhinə keçirilən petisiyanı imzalayıb.Fransa Prezidentinin parlament üzvlərinə qohumlarını işə götürməyi qadağan edən qanunun qəbul edilməsinin vacibliyi barədə bəyanatından sonra Brijit Makronun birinci xanım statusuna qarşı imzalar toplanmağa başlayıb.Makaronun özü seçki kampaniyası zamanı hazırkı vəziyyəti tənqid edərək birinci xanım statusunu rəsmi qaydaya salacağına söz vermişdi. Hazırda Prezidentin həyat yoldaşı rəsmi statusa malik deyil, onun xərcləri Yelisey sarayı tərəfindən ödənilir.“The Guardian” qəzetinin məlumatına əsasən, Fransada Makronun populyarlığı son zamanlar xeyli aşağı düşüb. Son sorğuların nəticələrinə görə, fransızların 36 faizi (keçən ayla müqayisədə 7 faiz az) öz liderlərindən razıdır. Onun sələfləri Fransua Olland və Nikola Sarkozi eyni prezidentlik dövründə müvafiq olaraq 56 və 66 faiz populyarlığa malik olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…