Avropa İttifaqının “SOCIEUX+” proqramı çərçivəsində

11 Avqust 2017 13:29

Xəbər 983 dəfə oxunub

Avropa İttifaqının “SOCIEUX+” proqramı çərçivəsində və Estoniyanın Sosial İşlər Nazirliyinin dəvəti ilə avqustun 7-11-də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri icbari tibbi sığortanın tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniya Respublikasının Tallinn şəhərində səfərdə olublar.Bu barədə Azərtac-a agentlikdən bildirilib.“Avropanın qabaqcıl təcrübəsindən istifadə edilməklə səhiyyənin maliyyələşdirilməsi islahatlarının həyata keçirilməsində və icbari tibbi sığortanın tətbiqində Azərbaycan hökumətinə dəstək” əməkdaşlıq layihəsinə əsasən, Agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Estoniyanın tibbi sığorta sisteminin müvafiq qurum və təşkilatları, eləcə də bu sahədəki səlahiyyətli dövlət qurumları ilə bir sıra görüşləri baş tutub.Direktorun müavini Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqda iştirakçılara məlumat verib.Estoniyanın Sosial İşlər Nazirliyində, Tibbi Sığorta Fondunda keçirilən görüşlərdə Estoniyada səhiyyənin maliyyələşməsi sistemləri ilə bağlı əhəmiyyət kəsb edən məsələlər, tibbi sığorta sisteminin təşkili, tətbiqi və inkişafı, tibb mütəxəssislərinin akkreditasiyası və tibb təchizatçılarının maliyyələşmə mexanizmlərinin müasir formaları, tibb müəssisələrinin lisenziya əldə etmək qaydaları, o cümlədən tibbi xidmətlərin planlaşdırılması, dərman vasitələri ilə təchizat, tibbi xidmət təminatçılarının işinə və tibbi xidmətlərin keyfiyyətinə nəzarət kimi məsələlər müzakirə olunub.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05