“”Azercell” və “Bakcell” nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən SMS gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq ücün xüsusi bir muraciət və s. etmirsən. Zəng vurursan mobil operatora deyir ki bu, bizim xidmət deyil filan nömrə ilə əlaqə saxlayın. Bu, onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən basqa kimdənsə ala bilməz. Nə isə zəng vurursan deyilən nömrəyə bir nəfər ya xanım, ya da bəy cavab verir ki siz internetdə filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız. Və beləcə hətta xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı ?Məmləkətimizdə kim- kimi harada tutdu çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli rüsvayçı bir durumdu. “Stop” yazıb durdurmağa 2 AZN pul çıxılır.Mobil operatorlar deyir ki bizlik heç nə yoxdur. Rabitə Nazirliyinin verdiyi lisenziyalar əsasında işləyirlər bu sirkətlər. Məsələ 59 qəpikdə deyil, 100 minlər oğurlanılaraq qazanılır bu smslərlə. Təsəvvür edin ki, bu kimi fəaliyyət gostərən şirkətlər az deyil. Ən sadə yolu etibar qazanmiş səhifələrin xəbərlərini oxumaqdı. Vətəndaşı ən mədəni formada belə soyarlar. Yoxsa yapışmısınız ki, kassadakı qız 5 qəpiyimizi qaytarmadı, qaz belə, işıq belə, benzin belə. Hələ bir nəfərə zəng vuranda onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan, o zaman hələ hansı hesablar boynuna yüklənir, heç xəbərin də olmur. Şöhrətpərəst insanlarıq, lazım oldu-olmadı hərəmizdə də ən azı bir telefon, iki-üç nömrə, sonra da deyirik ki, məsrəfimiz çoxdur. Günün bəlkə də ən böyük məsrəfi telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən ürək genişliyi ilə istifadə edərək SMS vurub qazan doldururlar.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…