Ukraynanın İqtisadi İnkişaf və Ticarət naziri Ayvaras Abromaviçyus ölkədə islahatlar keçirməyin mümkün olmadığını əsas gətirərək, istefa verib.
Rusiya mətbuatının məlumatına görə, qəbul edilən vacib qərar və islahatların tez-tez bloklandığını bildirib.
“Mən və komandamda dövlət pullarına köhnə hakimiyyətin üsulları ilə nəzarət etmək istəyən marionetlərin korrupsiya əməllərinə pərdə olmaq niyyəti yoxdur” – Abromaviçyus bildirib.
Nazirin dediyinə görə onun işinə “Pyotr Poroşenko bloku” fraksiyasının sədr müavini deputat İqor Kononenko maneçilik törədirmiş.
“Məni nazir postuna irəli sürən siyasi qüvvələr son ay mənim və nazirliyin işinə əngəl olmaq üçün çox şey etdilər”.
Xatırladaq ki, Ukraynada islahatlar aparmaq üçün dəvət edilən litvalı Ayvaras Abromaviçyus 2014-cü ilin dekabrında iqtisadiyyat naziri vəzifəsinə təyin olunmuşdu. O, eyni zamanda biznesmen və “East Capital” şirkətinin sahibidir.
Amerikanın Kiyevdə səfiri Cefri Peyet Abramoviçyusu Ukrayna hökumətində aparılan islahatların əsas lideri adlandırmışdı.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…