“Apple” şirkəti Hindistan hökumətindən vergi güzəştlərinin bu şirkətin tədarükçülərinə də tətbiq olunmasını xahiş edib.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, yalnız bu halda ölkə “iPhone” cihazları və onların hissələrinin istehsalı sahəsində mərkəzə çevrilə bilər.Hökumət rəsmilərinin sözlərinə görə, bu xahişin yerinə yetirilməsi üçün qanunvercilik dəyişdirilməlidir.Xatırladaq ki, keçən ilin may ayından ABŞ-ın bu nəhəng texnologiya şirkəti Hindistan hökuməti ilə danışıqlar aparır. Bu danışıqların nəticələri barədə Hindistanın Baş naziri Narendra Modi və şirkətin baş direktoru Tim Kuk arasında “iPhone” cihazlarının ölkə ərazisində istehsalına baza yaratmaq barədə razılaşma əldə edilib.Tərəflər amerikalıların hələ keçən il oktyabr ayında irəli sürdükləri bütün “zəruri şərtlərin” siyahısını müzakirə ediblər. Danışıqların mövzusuna vergi güzəştləri, o cümlədən ayrı-ayrı komponentlərin hazırlanması üçün avadanlıqların və xammalın 15 il müddətinə gömrük rüsumundan azad edilməsi də daxildir.“Apple” şirkəti Tayvandan olan podratçısı “Winstron” ilə birlikdə bu ilin may ayından Hindistanın Banqalor şəhərində “iPhone” istehsalına başlayıb. Buna qədər isə həmin telefonlar yalnız Çində hazırlanırdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…