Rusiya hökuməti ixracat əməliyyatları üçün əlavə dəyər vergisinin (ƏDV) tətbiqi qaydalarının dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsinə dəyişikliklər hazırlayıb.Azərtac xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi internet saytının məlumatına əsasən, düzəlişlərdə emal nəticəsində əmələ gələn malların, reeksport gömrük prosedurları çərçivəsində ölkədən aparılmış xarici mallardan istifadə edilməklə istehsal edilən (alınan) malların satışı üçün, eləcə də bu cür malların daşınması üçün müşayiətedici xidmətlərə ƏDV güzəştinin edilməsi (0 dərəcəsinin tətbiqi) təklif olunur.Bu düzəlişlər prioritet hesab edilən “Beynəlxalq kooperasiyanın və ixracın inkişafı üzrə sistemli tədbirlər” layihəsinin həyata keçirilməsi məqsədilə hazırlanıb.Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov özünün “twitter” səhifəsində yazıb ki, nəzərdə tutulan düzəlişlər ölkədən “Rusiya poçtu” vasitəsilə ixrac edilən mallara da 0 dərəcə ilə ƏDV tətbiq etməyə imkan yaradacaq.“Bununla da “Rusiya poçtu” ixracat üçün gözəl bir vasitə formalaşdırır – gömrük orqanları ilə elektron sənədləşmə dövriyyəsi, üstəgəl 0 dərəcə ilə ƏDV. İndi hətta Rusiya Federasiyasının ən balaca kəndlərindən də “Rusiya poçtu” vasitəsilə dünyanın istənilən yeri ilə asan, sürətli və sərfəli ticarət etmək olar!”, – deyə o qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…