Sentyabrın 20-dən 22-dək Moskvada İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfrans – “AICT-2017” keçiriləcək.Azərtac ict.az saytına istinadla xəbər verir ki, konfrans Rusiya Elmlər Akademiyası (REA) V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu, “ADA” Universiteti, Moskva Fiziki-Texniki İnstitutu, Moskva Enerji İnstitutunun Milli Tədqiqat Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Moskva Aviasiya İnstitutu, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universiteti, REA-nın Neft və Qaz Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.“AICT-2017” konfransı çərçivəsində “Big Data”dan istifadə və onun idarə olunması, “Məlumatların əldə olunması (Data Mining) və informasiya mühəndisliyi”, “İKT proqramlarında ən yeni tendensiyalar”, “Tədqiqat, təhsil, humanitar və sosial elmlərdə İKT”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət idarəçiliyində İKT”, “Tibb və səhiyyədə İKT” və s. mövzular üzrə bölmə iclasları keçiriləcək.Konfransın materialları “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarına daxil ediləcək.Qeyd edək ki, müxtəlif illərdə keçirilmiş “AICT” beynəlxalq konfransları dünyanın 50-dən çox ölkəsi, o cümlədən Avstraliya, Azərbaycan, Əlcəzair, Banqladeş, Belarus, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, Sudan, İspaniya, İsveç, Türkiyə, Ukrayna, Britaniya, ABŞ, Özbəkistan daxil olmaqla, yüzlərlə tədqiqatçının diqqətini cəlb edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…