Yaponiya, Çin və Cənubi Koreyanın mədəniyyət nazirləri bu ölkələrdə 2018-2022-ci illər ərzində keçiriləcək Olimpiya və Paralimpiya oyunları zamanı birgə mədəni tədbirlərin təşkili barədə razılığa gəliblər.Avqustun 26-da Yaponiyanın mədəniyyət naziri Yoşimasa Hayaşi özünün çinli və Cənubi koreyalı həmkarları Lo Şuqan və Do Conq Xvan ilə Yaponiyanın keçmiş paytaxtı Kiotoda görüşüblər.Görüşdən sonra tərəflər “Kioto bəyənnmaəsini” imzalayıblar.Sənədə əsasən tərəflər 2018-ci ildə Pxyonçxanda keçiriləcək Qış Olimpiadası, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadası və 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiadası zamanı birgə mədəni proqramlar təşkil edəcəklər.Gələn il Pxyonçxanda keçiriləcək Qış Olimpiadası zamanı rəsm və kalliqrafiya sərgilərinin təşkili, eyni zamanda Koreya əfsanələrində xüsusi yeri olan pələnglər barədə teatr tamaşalarının göstərilməsi planlaşdırılır.Yaponiyanın mərkəzi hissəsində yerləşən Kanazava şəhəri gələn il üçün “Şərqi Asiyanın üç mədəniyyət şəhəri”ndən biri seçilib və onun mübadilə proqramını qəbul edəcəyi bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…