2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin qeydiyyat vaxtı uzadılıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, avqustun 1-dən 22-dək keçirilən birinci mərhələdə 8 min 651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər avqustun 30-dək (şənbə və bazar günləri daxil olmaqla) təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3×4 santimetr ölçüsündə dörd ədəd fotoşəkli, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisələrinə təqdim etməlidirlər.“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə avqustun 30-dan start veriləcək.Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib. Ötən tədris ilindən etibarən Təhsil Nazirliyinin və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…