“Samsung Electronics” korporasiyası “Galaxy J7+” smartfonunu təqdim edib.Azərtac xəbər verir ki, yeni qurğu 1920×1080 piksel təsvir ölçülü 5,5 düymlük Super AMOLED displeyi, 2,4 QHs-dək səkkiznüvəli “MediaTek Helio P20” prosessoru, “Mali-T880” qrafik sürətləndiricisi və “LTE Cat-6” (məlumatların ötürülmə sürəti 300 Mbit/san təşkil edir) modemi, 4 giqabaytlıq əməli yaddaş və 32 giqabaytlıq daxili yaddaşla təchiz edilib. 256 giqabaytadək tutumlu çıxarılıb taxılan “microSD” aşıyıcılarının qurğuya qoşulması mümkündür.Əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü, həmçinin 13 meqapikseldir.Bundan başqa, qurğu “GPS”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.2” simsiz rabitə modulları, 3000 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib və “Android 7.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Barmaq izləri skaneri və 2 “SIM” kart üçün slot var.Sentyabrın 22-də satışa çıxarılacaq “Samsung Galaxy J7+” smartfonunun qiyməti təxminən 388 dollardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…