Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri “İslam dövləti” terrorçu qruplaşmasından olan silahlıların Ər-Riyadda Müdafiə Nazirliyinin binasına hücumunun qarşısını alıblar. Bu barədə SPA dövlət informasiya agentliyi rəsmi mənbəyə istinadla məlumat yayıb.SPA-nın məlumatına görə, ölkənin dövlət təhlükəsizliyi idarəsi intiharçıların nazirliyin iki binasına hücumunun qarşısını alıb. İki terrorçu hələ öz məqsədlərini həyata keçirməzdən əvvəl saxlanılıb.SPA agentliyinin ilkin məlumatına görə, terrorçular Yəmən vətəndaşlarıdır. Onlardan iki intiharçı kəməri, doqquz əldəqayırma qumbara, odlu və soyuq silahlar tapılıb. Krallığın təhlükəsizlik qüvvələrinin əməkdaşları, həmçinin iki Səudiyyə Ərəbistanı vətəndaşını saxlayıblar. Onların həbs edilmiş intiharçılarla əlaqəsi müəyyənləşdirilir.Hüquq-mühafizə orqanları Ər-Riyad şəhərinin Ar-Rimal rayonunda terrorçuların partlayıcı kəmərdən istifadə etməyi öyrəndikləri evin üzərinə də həbs qoyublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…