Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Türkiyənin “Botaş” şirkəti ilə birgə müəssisə yaradacaq.Azərtac “Gazprom”a istinadla xəbər verir ki, şirkət “Botaş”ın birgə müəssisənin yaradılması təklifinə razılıq verib.Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) quru hissəsinin tikintisi üçün “Botaş” ilə birgə müəssisənin yaradılması şirkətin idarə heyəti tərəfindən təsdiqlənib. Həmçinin “Gazprom” idarə heyəti “TürkAkım Gaz Taşıma Anonim Şirketi”nə məxsus 50 səhmin hər birinin 1000 türk lirəsinə satın alınmasını təsdiqləyib.Qeyd edək ki, “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…