Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

12 Oktyabr 2017 13:21

Xəbər 1007 dəfə oxunub

Ümumdünya Görmə Günü Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı qeyd edilir. Həmin tarix kor, görmə pozğunluğu və görmə zəifliyi olanların problemlərinə ictimai diqqəti yönəltmək üçün təqvimə salınıb.Azərtac xəbər verir ki, Ümumdünya Görmə Gününə həsr olunan tədbirlərdə həmin problemlə əlaqədar olan müxtəlif təşkilatlar iştirak edir. Həmçinin həmin günün qeyd olunması Dünya Səhiyyə Təşkilatı və korluğun profilaktikası üzrə “Baxış 2020: görmə haqqı” beynəlxalq təşkilatı üçün də əhəmiyyətli hadisədir.Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitaminin çatışmazlığı daxil edilir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi daha geniş yayılıb.Korluğun profilaktikası üzrə beynəlxalq agentliyin məlumatına görə, dünyada təxminən 285 milyon nəfərin görmə problemləri var, onlardan 39 milyonu görmə qabiliyyətini tamamilə itirib, 246 milyon nəfərin isə yüngül və ağır görmə pozuntusu var. Göz xəstəlikləri 19 milyondan çox uşağa da xətər yetirib. Görmə pozuntusu ilə üzləşənlərin 65 faizi yaşı 50 və daha yuxarı olanlardır. Bununla belə, vaxtında müalicəyə cəlb edilməklə 80 faiz halda korluqdan yaxa qurtarmaq mümkündür.Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifçilik və profilaktika tədbirləri aparılır, oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Vaxtaşırı həkim müayinəsindən keçmək və xəstəliyin erkən vaxtlarında aşkar edilməsi nəticəsində görmə ilə əlaqədar daha ciddi problemlərin qarşısını almaq mümkündür. Həkim məsləhətlərinə və sağlam həyat sürməyin ən sadə qaydalarına əməl etməklə görmə qabiliyyətini uzun müddət saxlamaq olar.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05