Noyabrın 14-16-da Bakı Ekspo Mərkəzində səkkizinci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology 2017”) keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology 2017” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.Təşkilat komitəsindən Azərtac-a bildirilib ki, sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, “AREA”, “Azərsu”, “BP”, “GIZ”, “HAZARDOUS WASTES”, “Təmiz Şəhər”, “POLYMART”, “SOCAR POLYMER” kimi yerli və xarici şirkət və qurumlar iştirak edəcək.Ümumilikdə, “Caspian Ecology 2017” sərgisində təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş etdiriləcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…