“Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən digər etnik xalqların nümayəndələri mütləq NATO, Avropa İttifaqı və avrointeqrasiya barədə informasiyaları əldə etməlidirlər. Təəssüf ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün NATO haqqında kifayət qədər ədəbiyyat yoxdur. Bu, indi bizim üçün problemdir”.Apa-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda fəaliyyət göstərən NATO İnformasiya Mərkəzinin yeni rəhbəri Ketevan Çaçava bildirib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan əhali, xüsusilə azərbaycanlılar üçün Azərbaycan və rus dillərində ədəbiyyat nəşr olunmalıdır: “Gürcüstanda azərbaycanlılar və digər millətlərin nümayəndələri NATO, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların fəaliyyəti barədə geniş məlumata sahib olmalıdırlar. İndi bu bizim yeni siyasətimizdir. Biz azərbaycanlıların yaşadığı bölgələrə rusdilli beynəlxalq ekspertlər qrupunu və NATO rəsmilərini dəvət edəcəyik, onların əhali ilə görüşlərini təşkil edəcəyik. Rəsmilər sualları cavablandıracaq və digər vacib məsələlərdən danışacaq, NATO-ya aid ətraflı məlumat verəcəklər”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…