İslamabadda dini fəallar Pakistanın ədliyyə naziri Zahid Həmidin istefasından sonra etiraz aksiyalarını dayandırmağa razılaşıblar.Geo TV telekanalı xəbər verir ki, nazir paytaxtda dini fəalların aramsız etirazları fonunda könüllü şəkildə istefa verib. Etirazçılar və ölkə hökuməti arasında razılaşmaya əsasən, hökumət Pakistanda kütləvi etirazların əsas səbəbi olan seçkilər barədə qanuna düzəlişlərin analizini 30 gün ərzində dərc etməlidir. Həmçinin hadisədə günahı olanlar ölkə qanunvericiliyinə əsasən cəza almalıdır.Sazişdə, eyni zamanda, 2017-ci il noyabrın 6-dan sonra həbs edilən bütün dini fəalların azad olunacağına və onlara qarşı cinayət işlərinin dayandırılacağına dair bənd də var.Xatırladaq ki, hüquq mühafizə orqanlarının İslamabadda dini fəalların oturaq aksiyasını dağıtması nəticəsində baş verən toqquşmalarda hər iki tərəfdən 250 nəfərə qədər insan yaralanıb, 4 nəfər həlak olub. Paytaxta əlavə polis və ordu qüvvələri yeridilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…