Roma Papası Myanmaya səfərə gəlib.NHK telekanalı xəbər verir ki, ölkədə rohinca müsəlmanlarına görə humanitar böhranın davam etdiyi bir vaxtda baş tutan bu səfər şərhçilər tərəfindən böyük maraqla izlənir.Noyabrın 27-də Yanqon şəhərinə gələn Roma Papasını katoliklər dəstəsi qarşılayıb.Xatırladaq ki, avqustda baş verən silahlı qarşıdurma nəticəsində 600 mindən çox rohinca qonşu Banqladeşə qaçıb. BMT və ABŞ bunu etnik təmizləmə adlandırsa da, Myanma hökuməti bu ittihamı qəbul etmir.Roma Papasının Myanmaya səfəri burada çox az sayda olan katoliklər üçün böyük əhəmiyyət kəsb edir. Əsasən buddizmin hökmran olduğu bu ölkədə digər dinlərin nümayəndələri diskriminasiyadan şikayət edirlər.Roma Papasının Banqladeşə də səfər edərək burada qaçqın rohinca müsəlmanları ilə görüşəcəyi bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…