Noyabrın 28-də Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 108-ci sessiyası öz işinə başlayıb.Dövlət Miqrasiya Xidmətindən (DMX) Azərtac-a bildiriblər ki, dekabrın 1-dək davam edəcək sessiyanın açılışında gündəliyə uyğun olaraq, əvvəlcə təşkilati məsələlərə baxılıb. Məsul şəxslərin seçilməsindən sonra quruma üzvlüklə bağlı müraciət edən Kuba Respublikası və Kuk Adalarının namizədliyi səsə qoyulub və yekdilliklə təşkilatın üzvü seçiliblər. Sonra müşahidəçi qismində təmsilçilik üçün müraciətlərə baxılıb. Küveyt Dövlətinin, bir sıra beynəlxalq təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının Beynəlxalq Miqrasiya Təşkilatı Şurasında müşahidəçi qismində iştirakı səsvermə yolu ilə təsdiqlənib.Sessiyada BMqT-nin baş direktoru Uilyam Leysi Svinq geniş hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın yaranması, fəaliyyəti barədə ətraflı məlumat verən baş direktor Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən mövzuların müzakirə olunacağını deyib.U.L.Svinq dünyada miqrasiya proseslərinin hazırkı vəziyyətini əks etdirən statistik rəqəmləri sessiya iştirakçılarının nəzərinə çatdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…