Böyük Britaniyanın işgüzar dairələrinin 300-dən çox nümayəndəsi iyunun 23-də keçiriləcək referendumda britaniyalıları Avropa İttifaqından çıxmağa səs verməyə çağırıb. TASS informasiya agentliyi xəbər verir ki, mayın 16-da “Daily Telegraph” qəzetində dərc olunan açıq məktubun müəllifləri Birləşmiş Krallığın Aİ-də iştirakının ölkənin rəqabətə davamlılığına maneə olduğunu qeyd ediblər. Məktubu imzalayanlar arasında Britaniyanın “Superdrug” apteklər şəbəkəsinin banisi Piter Qoldşteyn, “Sony” kompaniyasının Avropa bölməsinin keçmiş vitse-prezidenti Stiv Daudel, “Goldman Sachs” bankının keçmiş direktoru Devid Sismi və “British American Tobacco” tütün kompaniyasının direktorlar şurasının keçmiş sədri Patrik Şixi də var. Məktubu orta və kiçik müəssisələrin ümumilikdə 300-dən çox rəhbəri imzalayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…