15,38 karat çəkisində olan dünyanın ən iri “Unique Pink” (“Unikal Çəhrayı”) çəhrayı brilyantı Cenevrədə “Sotheby’s” hərracında rekord qiymətə – 31,5 mln dollara satılıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə hərracın təşkilatçısı Devid Bennet bildirib. “Bu yeni dünya rekordudur… Bu indiyədək çəhrayı brilyanta görə verilən ən böyük məbləğdir”, – deyə Bennet bildirib. Onun sözlərinə görə, nadir brilyantın alıcısı Asiya ölkələrinin birindən fərdi şəxsdir. Qeyd edək ki, brilyant “Sotheby’s” hərrac evi tərəfindən 28-38 milyon dollar dəyərində qiymətləndirilib. Həmin brilyant 5 il əvvəl Cənubi Afrikada mədənlərin birində aşkarlanıb. ABŞ-ın “Cora International” şirkəti (Nyu-York) tərəfindən satışa çıxarılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…