Yeni qurulmuş Avstriya federal hökumətinin dekabrın 18-də andiçmə mərasimi keçirilib.Dövlət başçısı Aleksander Van der Bellen yeni hökumətin üzvlərini qəbul edib. Bununla da Avstriya tarixində üçüncü dəfə mühafizəkar Avstriya Xalq Partiyası (ÖVP) və sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) koalisiyasından ibarət hökumət rəsmi fəaliyyətə başlayıb.Avstriya Prezidenti andiçmə mərasimində yeni hökumətdən insan haqlarının qorunmasına, eləcə də Avropa dəyərlərinə sadiqlik gözlədiyini bildirib.Sağçı-populist Avstriya Azadlıq Partiyasının hökumətdə təmsil olunması həm ölkə daxilində, həm də xaricdə birmənalı qarşılanmır. Avropa dəyərləri, miqrant və qaçqın məsələlərində radikal mövqeyi ilə tanınan partiyanın hakimiyyətə gəlişi ilə bağlı dekabrın 18-də Vyanada Prezident Administrasiyasının yerləşdiyi “Hofburq” sarayı qarşısında bir neçə min nəfərin iştirakı ilə nümayiş keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…