Yaponiya hökuməti yanında fəaliyyət göstərən zəlzələlərin tədqiqi üzrə komissiya 40 faiz ehtimalla Kuril silsiləsinin şimalında yerləşən Hokkaydo adası, İturupa və Şikotana adaları rayonunda 30 il ərzində 8,8 baldan yuxarı güclü zəlzələnin olacağını proqnozlaşdırır.NHK telekanalı xəbər verir ki, komissiyanın əvvəlki hesablamalarına əsasən, yaxın 30 il ərzində Kuril-Kamçatka rayonunda 7,7 bal gücündə zəlzələnin olması ehtimalı 70 faiz təşkil edir. Hesablama bu rayonda orta hesabla 27 ildən bir 7 baldan yuxarı zəlzələnin baş verməsinə əsaslanır: 1924-cü ildə 7,6 bal, 1978-ci ildə 7,2 bal və 1993-cü ildə 7,5 bal.Lakin bu dəfə alimlərin hesablamaları Hokkaydo adasının qərb hissəsində aparılan geoloji analizlərin üzərində qurulub. Tədqiqat nəticəsində məlum olub ki, Tokati, Nemuro, Şikotana və İturupa akvatoriyaları rayonunun daxil olduğu Kuril-Kamçatka silsiləsində 8,8 baldan yuxarı güclü zəlzələlər orta hesabla 350 ildən bir təkrarlanır. Son belə zəlzələnin üzərindən isə artıq 400 ildən çox vaxt keçib. Bu amil yaxın illərdə güclü zəlzələnin başvermə ehtimalını artırır.Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində baş vermiş 9 bal gücündə zəlzələ təxminən 20 min insanın həyatına son qoyub. Həlak olanların 92 faizi nəhəng sunami səbəbindən həyatını itirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…