“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi əsərlərlə bağlı müsabiqə keçiriləcək.Azərtac xəbər verir ki, dekabrın 20-də AMEA Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan Cümhuriyyəti–100” adlı elmi müsabiqənin keçirilməsi barədə qərar qəbul edilib.İclasda AMEA-nın prezidenti Akif Əlizadə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında” və “Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncamlardan danışıb.Daha sonra iclasda elmi-təşkilati məsələlərə baxılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli dövlətimizin başçısının “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında məlumat verib. Akademik vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1978-ci ildə Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusunda yer almasına nail olub. Müstəqillik illərində Azərbaycan dilini daha da inkişaf etdirmək və zənginləşdirmək, qloballaşma şəraitində ana dilindən istifadənin imkanlarını genişləndirmək istiqamətlərində dövlət səviyyəsində mühüm addımlar atıldığını söyləyən akademik Prezident İlham Əliyevin sərəncamlarının ana dilimizin saflığının qorunmasına, dilimizin daxili imkanları hesabına inkişaf etdirilməsinə şərait yaratdığını diqqətə çatdırıb.Akademik İsa Həbibbəyli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından irəli gələn layihələrin icrasının təmin olunması və gəncləri yeni elmi araşdırmalara cəlb edilməsidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…