Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin 2018-ci il üzrə investisiyalarının həcmi 21,7 milyard dollar təşkil edəcək.Azərtac xəbər verir ki, bu barədə “Gazprom” məlumat yayıb. Bildirilir ki, şirkətin 2018-ci il üzrə investisiya proqramı direktorlar şurası tərəfindən təsdiqlənib. Gələn il “Gazprom”un xarici borcunun cari ilə görə 42 faiz artaraq 7,1 milyard dollara çatması gözlənilir: “2018-ci ildə şirkətin ümumi investisiyalarının həcminin isə 13,3 faiz artaraq 21,7 milyard dollar olacağı nəzərdə tutulur. 2018-ci ildə “Gazprom”un kapital investisiyalarının 13,5 milyard dollar və uzunmüddətli maliyyə vəsaitlərinin 7,4 milyard dollara çatdırılması planlaşdırılır”.“Gazprom”un 2018-ci il üzrə investisiya proqramı “Türk axını” (“Turkish Stream”), “Power of Siberia”, “North Stream 2” kimi təbii qaz layihələrinin, eləcə də Rusiyadakı infrastruktur layihələrinin inkişafını nəzərdə tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…