İranın Çabahar şəhərində Hind Okeanı Azad İqtisadi Zonasına daxil olan ölkələrin konfransı keçirilir. Apa-nın İran bürosunun məlumatına görə, konfransda 21 ölkənin nümayəndəsi iştirak edir. Toplantıya həmçinin ABŞ, Fransa, Almaniya, Misir, Çin, İngiltərə və Yaponiya müşahidəçi qismində qatılıb. İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Çabaharda keçirilən konfrans ilk böyük beynəlxalq tədbirdir. Konfrans çərçivəsində sərgi də təşkil olunub. Sərgidə 300-dən çox xarici şirkət iştirak edir. Qeyd edək ki, Çabahar İranın Hind Okeanına açılan yeganə limanıdır . Bu liman böyük okean gəmilərini qəbul edə bilir. Hindistan, Yaponiya, Rusiya və Nigeriya investorları Çabaharda enerji layihələrinə və liman infrastrukturunun genişləndirilməsinə sərmayə yatırır. İran hökuməti Çabahar dəmir yolunun Mərkəzi Asiya ölkələrinin dəmir yoluna birləşdirilməsi, qaz boru xəttinin inşası, neft-kimya zavodunun tikilməsi kimi layihələri icra edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…