Çexiyada “eRecept” elektron reseptlərin məcburi qeydiyyat sisteminin tətbiqinin ilk günündə 100 mindən artıq elektron resept verilib. Artıq apteklər dərmanların əksəriyyətini pasiyentlərə veriblər. Çexiyanın səhiyyə naziri Adam Voytehin sözlərinə görə, sistemin işində praktik olaraq problem yoxdur. Yalnız SMS vasitəsilə elektron reseptləri göndərmək mümkün deyil.Azərtac xəbər verir ki, bu ildən həkimlər yazdıqları bütün reseptləri mərkəzi məlumat bazasında mütləq qeydiyyatdan keçirməlidirlər.Çexiyada il ərzində 450 minədək saxta resept aşkar edilir. Səhiyyə Nazirliyinin başçısının fikrincə, elektron sistem bu cür reseptlərin yayılmasının qarşısını almağa imkan verəcək. Elektron resept sistemi xəstəyə həkimin qəbulunda olmadan da ona müalicəyə lazım olan dərmanları yazmağa şərait yaradır. Reseptlərin elektron poçtla göndərilməsi işində problem yoxdur. Nazir bildirir ki, bir neçə gündən sonra reseptlərin SMS-lə göndərilməsi də qaydaya salınacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…