Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə müraciət edib.İdarədən Azərtac-a bildiriblər ki, son vaxtlar ayrı-ayrı internet saytlarında, sosial şəbəkələrdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanaraq elektron qaydada tərtib edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinin banklarda qəbul edilməməsi, yaxud müxtəlif vaxtlarda törədilən qayda pozuntularına görə bir neçə protokol üzrə qərarların bir gündə çıxarılması səbəbindən ödənişdə çətinliklərlə üzləşmələri barədə bəzi sürücülər tərəfindən müxtəlif fikirlər səslənir.Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələri sahiblərinin diqqətinə çatdırır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyatından, həmçinin təkrar dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları bir gün ərzində yeniləməlidirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…