Azərbaycanda “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidməti istifadəyə verilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yeni elektron xidmət vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri övladının qeydiyyatda olduğu poliklinikaya getmədən “Elektron səhiyyə” internet portalından həkim qəbuluna yazılmaq və ya evə çağırış üçün müraciət edə bilərlər. Bunun üçün valideynlər esehiyye.az saytının “Elektron xidmətlər” bölməsinə daxil olub “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” xidmətindən istifadə edə bilərlər. Hazırda “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidmətinə Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı uşaq poliklinikalarında və 39 saylı şəhər poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər. Elektron xidmətin Bakı şəhəri üzrə tam istifadəyə verilməsi iyunun 1-dən nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…