Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyevin bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzəsi dinlənilib. Hesabat ilində fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərə uyğun həyata keçirildiyi bildirilib.Bölməyə dair statistik məlumatları diqqətə çatdıran D.Tağıyev ötən ildə bölmə müəssisələrində 12 problemə aid 43 mövzu üzrə tədqiqat işlərinin aparıldığını və beş mövzunun tamamlandığını deyib. Qeyd olunub ki, bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 21 mühüm elmi nəticə əldə edib. On tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib. Bölmənin institutlarında 19 Azərbaycan və 3 Avrasiya patenti alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…