Avropa Komissiyası Polşa barəsində cərimə prosedurunu müzakirə edir. Rumıniyada on minlərlə nümayişçi hüquqi dövlət prinsiplərinin saxtalaşdırılmasına qarşı etiraz edir. İstər Budapeşt olsun, istərsə Buxarest və ya Varşava – hər üçündə ümumi cəhət ondan ibarətdir ki, bu dövlətlərin hökumətləri məhkəmə təsisatları üzərində nəzarət etməyə və hakimiyyət bölgüsü prinsipini pozmağa cəhd göstərirlər.Azərtac xəbər verir ki, Avropa Komissiyasının fikrincə, “dəmir pərdə” götürüləndən təxminən 30 il sonra Şərqi Avropa ölkələrində demokratiya prinsipləri “təhlükə qarşısındadır”.“Alman dalğası” yazır ki, Polşa, Macarıstan və Rumıniya hökumətləri tərəfindən bu ölkələrdə məhkəmə hakimiyyətinə birbaşa nəzarət etmək cəhdləri qismən uğurlu olub, lakin məhkəmə təsisatlarının müstəqilliyinin pozulması hakimiyyət bölgüsü prinsipini və dövlətdə qüvvələrin tarazlığını təhlükə altına alır.Rumıniyada hakimiyyət orqanları korrupsiya ilə bağlı işlərin təhqiqatının qarşısını almaq imkanı əldə etmək üçün prokurorluğun səlahiyyətlərini məhdudlaşdırmağa çalışırlar. Polşada məhkəmə islahatı ədliyyə nazirliyinə öz mülahizəsinə əsasən məhkəmələrin sədrlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti verilməsini nəzərdə tutur. Macarıstanda 2011-ci ildə yeni Konstitusiya qəbul ediləndən sonra Konstitusiya Məhkəməsinin səlahiyyətləri xeyli məhdudlaşdırılıb, hakimlərin və prokurorların pensiya yaşının azaldılması isə “namünasib” dövlət qulluqçularından yaxa qurtarmağa imkan verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…