Yaponiya Milli Polis İdarəsinin yaydığı məlumata görə, İse-Şimada keçiriləcək G7 sammitində təhlükəsizliyin təmin olunmasına 23 minədək polis əməkdaşı cəlb ediləcək. Xəbər verdiyimiz kimi, dünyanın sənaye cəhətdən inkişaf etmiş dövlətlərinin liderlərinin Yaponiyanın bu istirahət zonasında iki gün davam edəcək sammiti mayın 26-da başlayacaq. Sammit başa çatdıqdan sonra ABŞ Prezidenti Barak Obamanın Hiroşimaya səfəri nəzərdə tutulur. Polis İdarəsindən bildiriblər ki, sammitin keçiriləcəyi ərazidə, ətraf rayonlarda, həmçinin G7 ölkələrinin liderlərini qəbul edəcək Çubu aeroportunda təhlükəsizliyi 23 min polis əməkdaşı təmin edəcək. Məlumatda qeyd edilir ki, 4600 polis əməkdaşı Hiroşimaya göndəriləcək. Həmin şəhərə polis bölmələri həm sammitin keçirildiyi ərazidən, həm də digər yerlərdən cəlb ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…