Tokioda hər hansı xarici ölkə tərəfindən mümkün raket hücumu ilə əlaqədar ilk dəfə olaraq təxliyə təlimləri keçirilib.Yaponiya Nazirlər Kabinetindən Azərtac-ın bu ölkədəki bürosuna daxil olan məlumatda bildirilir ki, təlimlərdə təqribən 350 nəfər iştirak edib.Paytaxtın mərkəzi rayonlarından biri olan Bunkyodakı “Tokio doum” stadionunda keçirilən təlimlərdə əvvəlcə səsgücləndirici vasitəsilə həyəcan xəbərdarlığı elan edilib. Həyəcan siqnalı təqribən 10 dəqiqə davam edib.Təlimlər Yaponiya hökumətinin, yanğınsöndürmə xidmətinin, Tokio və Bunkyo administrasiyalarının birgə təşəbbüsü ilə keçirilib.Ssenariyə görə, qonşu ölkələrdən biri tərəfindən buraxılan ballistik raket Yaponiyanın üzərindən keçib. Bu barədə səsgücləndiricilər vasitəsilə təcili xəbərdarlıq alan təlim iştirakçıları yeraltı keçidlərdə və metro stansiyasında daldalanmalı olublar.Belə təlimlər əvvəllər də Yaponiyanın bir sıra rayonlarında təşkil edilib. Buna səbəb kimi Şimali Koreya tərəfindən ballistik raketlərin sınaqları göstərilir. Həmin sınaqlar zamanı ballistik raketlərdən ikisi Yaponiya üzərindən keçib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…