Dubayın Yollar və Nəqliyyat İdarəsi Əmirlikdə “Sustainable City” ekoloji şəhərciyinin salınması layihəsi çərçivəsində «Diamond Developers» şirkəti ilə pilotsuz nəqliyyat vasitələrinin işə salınması haqqında müqavilə imzalayıb.Azərtac xəbər verir ki, bu təşəbbüs ictimai nəqliyyat xidmətlərinin 25 faizinin 2030-cu ilə kimi avtonom vasitələrə keçirilməsi üzrə hökumət strategiyasını dəstəkləyir. Qarşılıqlı anlaşma haqqında Memorandum “ağıllı” nəqliyyatın tətbiqi üzrə öz strateji hədəflərini reallaşdırmaq üçün Dubay Yollar və Nəqliyyat İdarəsinin dövlət və özəl sektorlar arasında tərəfdaşlıq münasibətlərində iştirak etmək öhdəliyini təsdiq edir.“Sustainable City” şəhərciyinin 354 milyon dollara başa gələn tikintisinə 2013-cü ildə başlanılıb. Havanın çirklənməsinin və küyün səviyyəsini azaltmaq üçün şəhərcikdə 2,5 min ağacdan ibarət yaşıl zona salınıb.Layihənin artıq başa çatan birinci mərhələsi 500 villanı, bioloji günbəz altında yerləşən 11 istixananı, 3 min kvadratmetr ərazidə şəhər tipli fermaları və 15 min kvadratmetr ərazidə qarışıq istifadə zonasını ehtiva edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…