Səhiyyə Nazirliyində brifinq keçirilib

26 Yanvar 2018 10:22

Xəbər 1028 dəfə oxunub

Yanvarın 25-də Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində mövsümi xəstəliklər mövzusunda brifinq keçirilib.Azərtac xəbər verir ki, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva çıxışında payız-qış dövründə kəskin respiratorlu infeksiyaların və qripin yaranması hallarının sürətlə artmasını bildirib. Bu xəstəliklərin yaranmasına səbəb virus və bakteriyalardır. Onun sözlərinə görə, risk qrupuna əsasən tənəffüs yolları və xroniki xəstəlikləri olan insanlar daxildir.“Kəskin respiratorlu xəstəliklər tənəffüs yollarının “soyuqdəymə” simptomları ilə müşayiət olunan istənilən infeksiyalı xəstəlikləri özündə birləşdirir. Buraya faringit, laringit, traxeit və s. daxildir. Zökəm, öskürək və digər soyuqdəymə hallarının əmələgəlmə səbəbləri aşkarlanmadıqda, o zaman həkim tərəfindən “Kəskin respiratorlu xəstəlik” diaqnozu qoyulur. Bu xəstəliklər qrupu həm viruslu infeksiyaları, həm də burun-udlaq infeksiyalarının xroniki ağırlaşmasını özündə birləşdirir. Əgər sizin hərarətiniz olduqca yüksəkdirsə, deməli bu, qripdir. Soyuqdəymə nadir hallarda yüksək hərarətlə müşayiət olunur. Mövsümi xəstəliklərə yoluxmamaqdan ötrü soyuq havada uzun müddət qalmamaq və tərkibində çoxlu vitamin olan yeməklə qidanlanmaq vacibdir. Həmçinin aktiv həyat tərzi keçirmək, insanların daha sıx olduğu yerlərdən uzaq durmaq məsləhətdir”, – deyə R.Əliyeva vurğulayıb.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05