Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb.Azərtac xəbər verir ki, sənədi Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və BDU-nun rektoru Abel Məhərrəmov imzalayıblar. Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşrinin, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin regionlarda mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.A.Məhərrəmov BDU-da aparılan elmi-tədqiqat işləri, müxtəlif elm sahələri üzrə yüksəkixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat verib. Rektor Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…