Martın 1-də Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda ilk dəfə “Karyera sərgisi” təşkil olunacaq.BANM-dən Azərtac-a bildirilib ki, bu ali təhsil ocağı ilə “ASAN School” könüllülük məktəbi arasındakı əməkdaşlıq çərçivəsində keçiriləcək sərginin əsas məqsədi ölkəmizdə gənclərin məşğulluğunu artırmaq, onların işlə təmin olunmasına kömək etməkdir. Sərgi “ASAN School” könüllülük məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən BANM-in təşkilati dəstəyi ilə keçiriləcək.Hər kəsin iştirak edə biləcəyi “Karyera sərgisi”ndə SOCAR, Paşa Sığorta, Gilan Holdinq, EY, KPMG, Azercell, Atəşgah Sığorta, Azər Türk Bank, “Fireworks HR Agency”, Libraff və digər tanınmış şirkətlər təmsil olunacaq. Tədbirdə iştirak edəcək gənclər şirkətlərin insan resursları üzrə mütəxəssislərilə ünsiyyət yarada biləcəklər. Eləcə də şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə edəcəklər.Qeyd edək ki, BANM bütün gənclərin işlə təmin olunması üçün atılan addımları dəstəkləyir və bu istiqamətdə hər cür təşkilati kömək göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…