İsrail vətəndaşları üçün vizasız rejim qüvvəyə mindikdən sonra bu ölkədən Özbəkistana iyun ayına qədər olan bütün biletlər iki gün ərzində satılıb.Interfax informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilən iclasda səsləndirilib.2018-ci il fevralın 10-dan başlayaraq İsrail, İndoneziya, Koreya, Malayziya, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları Özbəkistana 30 gün müddətinə vizasız səfər edə biləcək. Bundan başqa, 39 ölkə vətəndaşları üçün də viza verilməsi qaydası sadələşdirilib. Bu il iyulun 1-dən ölkədə elektron vizaların tətbiqinə başlanacaq. Bununla bağlı vətəndaşlarına vizasız rejimin şamil edildiyi ölkələrdən reyslərin sayı artırılacaq. Daşkənddən əlavə, Buxara, Səmərqənd, Urqanç, Nəvai və Qarşi şəhərlərindən də xarici ölkələrə birbaşa reyslər həyata keçiriləcək.İclasda qeyd olunub ki, ötən il Özbəkistana 2,7 milyon nəfərə yaxın turist gəlib. İsrail vətəndaşları arasında bu ölkədən getmiş 100 mindən çox insan var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…