Papua-Yeni Qvineyada baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər həlak olub. Ölənlərin arta biləcəyi istisna olunmur.Azərtac xəbər verir ki, Yeni Zelandiyanın “Radio New Zealand” radiosunun yaydığı məlumata görə, təkanlar fevralın 26-da yerli vaxtla saat 03:44-də Porqera şəhərindən 89 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 35 kilometr dərinlikdə yerləşib.Yerli səhiyyə xidmətinin rəhbəri Cozef Birisinin məlumatına əsasən, təbii fəlakət nəticəsində həyatını itirən 3 nəfərin cəsədi Mendi şəhərinin xəstəxanasına gətirilib.Regionda bir çox avtomobil yolu və çaylar torpaq sürüşmələrinə məruz qalıb, çox sayda ev dağılıb. Bu səbəbdən həlak olanların sayının artacağı gözlənilir. Təsdiqlənməmiş məlumatlara görə, Xela vilayətində azı 10 nəfər ölüb.Hazırda zəlzələdən zərər çəkən rayonlara xilasedicilər və hərbçilər göndərilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…