Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin müvafiq sərəncamına əsasən, AMEA-da “Magistr-2018” müsabiqəsi elan olunur.AMEA-dan Azərtac-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi akademiyada magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək göstərmək, təhsildə, elmdə yüksək nəticələr əldə edən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək nəticə göstərən üç magistrant mükafatlandırılacaq.Müsabiqədə iştirak üçün magistrantlar ərizə formasını müəyyənləşdirilmiş qaydada doldurub (ərizələr müvafiq institutun təhsil şöbəsinin rəhbəri və elmi katibi tərəfindən təsdiqlənməlidir) təhsil aldığı institutun direktorunun müşayiət məktubu ilə birlikdə aprelin 13-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim etməlidirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…