Misirdə prezident seçkilərində səsvermənin ikinci günü başlanıb. Yerli vaxtla səhər saat 09:00-da seçkim məntəqələri yenidən milyonlarla misirli üçün öz qapılarını açıb. Daha fəal seçicilər səsvermə məntəqələrinin açılmasına bir saat qalmış oraya gəliblər.Azərtac xəbər verir ki, Misir sakinləri gələcək dövlət başçısını iki namizəd arasından seçəcəklər. Dövlət başçısı vəzifəsinə iki namizəd iddia edir – seçkilərin favoriti, ölkənin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi və Misirin “Al Qad” partiyasının lideri Musa Mustafa Musa.Səsvermənin birinci günü sakit şəraitdə və kifayət qədər fəal keçib. Seçicilərin yüksək fəallığı müşahidə olunub. Onların çoxu hələ səsvermə məntəqələri açılana qədər növbə tutublar. Səsvermə prosesində qadınlar xüsusi fəallıq göstəriblər. Misirin Milli Seçki Komissiyasının məlumatına görə, Qahirədə, Giza, İsgəndəriyyə, Qalubiyyə, Asyut və Asuan əyalətlərində, həmçinin Sinay yarımadasının şimalında və Misirin yeni inzibati paytaxtında seçicilərin yüksək fəallığı müşahidə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…