İndoneziya hökuməti iyunda keçiriləcək ümumi yerli seçkilərlə əlaqədar yalan məlumatlar yayacağı təqdirdə “Facebook” sosial şəbəkəsinin ölkədə bağlana biləcəyi barədə xəbərdarlıq edib.“The Straits Times” nəşri xəbər verir ki, belə bir bəyanatla İndoneziyanın kommunikasiyalar və informasiya naziri Rudiantara çıxış edib.Nazirin sözlərini sitat gətirən nəşr yazıb: “Əgər lazım gələrsə, heç bir tərəddüd etmədən mən platformanın bağlanması barədə göstəriş verəcəyəm”. Rudiantara xatırladıb ki, onun rəhbərlik etdiyi qurum ötən il “Teleqram”ın messencerini bütün ölkədə bağlayıb. Bundan əlavə, nazir bildirib ki, o, “Facebook”un nümayəndələrindən bu sosial şəbəkənin Britaniyanın “Cambridge Analytica” şirkəti ilə əməkdaşlığı barədə tam hesabat da tələb edib. Onun sözlərinə görə, bununla bağlı hələlik bir cavab verilməyib. Nazir qeyd edib ki, fərdi məlumatların sızmasına cavabdeh olan sosial şəbəkənin nümayəndələri qanun qarşısında məsuliyyət daşıyırlar və belə bir hadisə baş verəcəyi təqdirdə onlar 12 il müddətinədək azadlıqdan məhrum edilə bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…