Xəyal Məmmədxanlı: “Ölkə büdcəsinin böyük bir hissəsini orta və kiçik biznes formalaşdırmalıdır”

6 Aprel 2018 16:04

Xəbər 2897 dəfə oxunub

“Dünyanı bürüyən böhran biznes sektorunu, şirkətləri və sahibkarları ağır imtahan qarşısında qoyur. Bu vəziyyət iş adamlarını, sahibkarları  strategiyalarını dəyişməyə, biznesə yeni gözlə baxmağa və inkişaf üçün yeni imkanlar axtarmağa məcbur edir. Strategiya və taktika düzgün qurulubsa, bizneslərin bazardakı payı artır, biznes prosesləri optimallaşır və yeni biznes tərəfdaşlarının tapılmasına şərait yaranır. Əlbəttə, bu çətinliklərdən heç də hamı sağ-salamat keçə bilmir. Belə vəziyyətlərdə, xüsusilə iqtisadi böhran şəraitində daha həssas olan kiçik biznesi ağır itkilər gözləyir…”.Bu fikirlər Azərbaycanlı ekspert, biznes məsləhətçisi Xəyal Məmmədxanlıya aiddir. O Xəyal Məmmədxanlı ki, yüksək təhsil uğurları qazanmış, özünü bir mütəxəssis olaraq inkişaf etdirmək üçün Londonda sığorta təhsili almış və bir sıra dünya ölkələrində keçirilən təlim və konfranslarda iştirak etmişdir. Bir sözlə, hər zaman iqtisadiyyat və bizneslə bağlı mövqeyi və verdiyi proqnozlarla diqqəti çəkən Xəyal Məmmədxanlı bu gün xəbər100.com saytı  üçün danışdı…

– Onlarla şirkətin qurucusu olmusunuz, onlara rəhbərlik etmisiniz. Hazırda həmin şirkətlərin fəaliyyəti nə yerdədir, ümumiyyətlə fəaliyyət göstərirlərmi?

– Həmin şirkətlərdən hazırda öz fəaliyyətlərini uğurla davam etdirirək bazarda aparıcı mövqe tutan da var, fəaliyyətlərini dayandıranlar da. Ancaq bir fakt danılmazdır ki, həmin şirkətləri yaratdığım və rəhbərlik etdiyim dövrlərdə çox böyük işlər görüb və uğurlara imza atıblar. Məsələn, “Beynəlxalq Sığorta Şirkəti” MMC-ni yaratdığım və rəhbərlik etdiyim ərəfədə(2002-2006) şirkət qısa bir müddət sonra Azərbaycanın ən böyük şirkətinə çevrildi, hətta bu illər ərzindəbazara liderlik edən şirkətlərdən biri oldu. Sonralar Beynəlxalq Bankla bağlı məlum problemlər yarananda şirkətin lisenziyası ləğv olundu. “AzSığorta” ASC –nin rəhbərliyində olmuşam və yarandığı gündən bu günə qədər də bazarın liderlərindən biridir. Qurucusu və rəhbəri olduğum AFB Bank da uğurlu şəkildə yoluna davam edir. Bütün fəaliyyətim dövründə hər zaman bir prinsipim olub – maksimalizm. Buna görə çox vaxt dost-tanışların qınaq obyektinə çevrilirəm, mənə eqoist deyirlər, ancaq mən özümü heç də eqoist hesab etmirəm. Mən, dediyim kimi, maksimalistəm, hər hansı bir sahədə əgər iş görürəmsə ən yaxşısını görürəm. Ya ən yaxşısı olmalı, ya da heç olmamalıyam, orta deyilən hədd mənim üçün yoxdur. Etiraf edim ki, bu gün öz güc və potensialımın 95 faizini hələ ki, reallaşdıra bilməmişəm ki, bu da məndən asılı olmayan məsələdir, hələki o şərait yetişməyib. Təsəvvür edin ki, hələ 2008-ci ildə mən ölkəmizdə ilk dəfə sığorta müqavilələrinin bağlanmasını və haqlarının ödənilməsini onlayn rejimdə – internet vasitəsilə reallaşdıranda hamı irad tuturdu ki, sən niyə əziyyət çəkirsən, cəmiyyət buna hazır deyil və s. Amma, mən onlayn əməliyyatların gələcəyini görürdüm, bir gün hər kəsin buna gələcəyini bilirdim və ilk cığırlardan birini açmağa çalışırdım.

– Yaxşı yadımdadır, siz Barter məsələsini də ortaya çıxaranda irad tutanlar, ümumiyyətlə isə başa düşmədikləri üçün qəbul etməyənlər olmuşdu…

– Haqlısınız, o da zamanından öncə atılmış addımlardan biri idi. Ancaq hal-hazırda dünyada pulsuz ticarət və barter münasibətləri get-gedə aktuallaşır. Ümumiyyətlə, hər hansı bir görülən iş üçün cəmiyyətin hazır olmasını gözləmək lazım deyil, təbii ki, bu vacibdir, ancaq hədəfə getmədən öncə hədəfi müəyyən etmək lazımdır.

– Əslində siz düşüncələrinizlə bir qədər irəlidəsiniz, yəqin ki, dünya ölkələrində keçdiyiniz təcrübə buna geniş imkan yaradır?-   – -Demək olar ki, belədir. Etiraf edim ki, bunun çətin məqamları da var. Əgər fikirlərinlə hamıdan öndə addımlayırsansa, sonra yenidən dayanmalı və digərlərinə ayaq uydurmaq üçün geriyə qayıtmalı olursan. Bu isə insanda durğunluq yaradır.

– Sizcə, müstəqil ölkəmiz iş adamları üçün hansı imkanları yaratdı? Axı müstəqil olmaq bizə o qədər də asan başa gəlmədi və bu çətinliyi hər birimiz hiss etdik, sanki müstəqilliklə bərabər böyüdük…

– Həqiqətən biz o nəsilik ki, şüurumuzun formalaşması dövrü, cəmiyyətdə ağla-qaranı seçmək,  baş verənləri dərk etmək yaşımız, yəni yetkinlik yaşımız müstəqil dövlətimizin yarandığı günlərə təsadüf etdi. Müstəqil olmaq elə bir güclü nemətdir ki, onun qədrini bilmək üçün köləliyin ağrı-acısını görmək lazımdır. Əks halda müstəqilliyin dəyərini anlamaq olmur. Olduqca ağır günlər yaşadıq ki, nəticədə həm siyasətimiz, həm iqtisadiyyatımız, həm sosial həyatımız zərbə aldı. Doğrudur, hələ deyə bilmərik ki, hər şey idealdır, həyat tərzimiz asanlaşıb, rifahımız təmin olunub və s. Gənc dövlətik hələ, cəmi 27 yaşımız var. Ancaq 27 il ərzində çox irəliləmişik, əksər dövlətlərin 40-50 ildə keçdiyi yolu biz 15-20 ildə keçməyə məcbur olmuşuq. Əlbəttə ki, belə bir sürətlə yol qət edərkən səhvlər də olacaq, unudulan, buraxılan məqamlar da. Ancaq önəmli olan düz istiqamət seçməkdir ki, biz də ölkə olaraq düz istiqamət seçmişik. Etiraf edək ki, proseslərdə və proseslərin idarə olunmasında, islahatların aparılmasında müəyyən nöqsanlar var. Bütün bunları görərkən tənqid də olacaq, yaxşı görülən işlər üçün tərif də olacaq. Ümumiyyətlə tənqid cəmiyyətin güzgüsüdür. Ağıllı insanlar tənqiddən nəticə çıxarırlar, ağılsızlar isə tənqid edənlərə düşmən gözü ilə baxırlar. Fəaliyyətimi izlədiyiniz üçün bilirsiniz ki, təhsilim imkan verirdi ki, mən dünyanın istənilən ölkəsinin ən böyük sığorta şirkətlərində çalışım. Təhsilimlə yanaşı, iş təcrübəm də buna imkan verirdi. Bunu etmədim, Azərbaycanımız üçün işlər görmək istədim. Əgər məqalələrimdə əksər hallarda tənqidi mövqe tuturamsa, bu da vətəni sevdiyimdən, ölkəmin problemlərinə laqeyd qala bilməməyimdən irəli gəlir. Çünki, mövcud problemləri görürəm və həmin problemlərin vaxtında həll olunması üçün əlimdən gələni edirəm. Bütün bunlar da ölkəmizin və xalqımızın maraqları üzərində qurulur. Bilirsinizmi, biz elə bir geosiyasi ərazidə yerləşirik ki, illər boyunca rus, fars imperiyalarının tərkibində torpaqlarımızın bir hissəsini, hətta tarixi torpaqlarımızın hardasa¾-nü itirmişik. 20 faiz torpaqlarımız bu gün də işğal altındadır. Belə bir durumda ölkəmizdə milli barışığın olması çox önəmlidir. Son vaxtlar sosial şəbəkələrdə iqtidar-müxalifət tərəfdarları arasında söyüş həddinə çatan söz atışmalarını görəndə xəcalət çəkirəm. Bəlkə də hər iki tərəfin özünə görə haqlı səbəbləri var. Ancaq biz şəxsi maraqlarımızı bir tərəfə qoymalı, dünyaya ölkə marağından baxmalıyıq, məhz o zaman milli barış olacaq və qarşılıqlı anlaşma şəraitində bütün məsələr öz həllini tapacaq. Yoxsa söyüşlə, davayla, təhqirlə hansı milli maraqları qorumaqdan söhbət gedə bilər ki?! Bununla yalnız beynəlxalq nüfuzumuzu zədələyirik. Bizim Qarabağ boyda dərdimiz var, düşmənin əsarətində qalan əsir olmuş və əsirlikdən azad olunmasını gözləyən  vətəndaşlarımız var, torpaqlarımız var. Bütün bunları bir tərəfə qoyub şəxsi söhbətlərlə gündəmi zəbt etmək bizə yaraşmayan bir durumdur. Zənnimcə, bu məsələlərdə bir qədər səbrli olmaq lazımdır və istər iqtidar, istərsə də müxalifət dialoqa getməyi bacarmalıdır. Yalnız belə bir şəraitdə siyasi, istisadi və yaxud da sosial nailiyyətlər əldə etmək olar.

– Müsahibələrinizin birində “Devalvasiya sığorta şirkətlərinə təsir edəcək” demişdiniz və bu proqnoz özünü göstərdi. Dediyiniz kimi də oldu.

– Bildiyiniz kimi devalvasiyadan əvvəl Azərbaycanda iqtisadi fəallıq yüksək səviyyədə idi – insanlar kreditlərdən, maliyyə alətlərindən aktiv istifadə edirdi, avtomobil bazarında xüsusi canlanma mövcud idi, bunun sayəsində də sığorta bazarı inkişaf edirdi. Eyni şeyi tibbi sığorta haqqında da demək olardı. Şirkətlər öz əməkdaşlarının tibbi sığortasına kifayət qədər ciddi vəsait ayırırdılar. Devalvasiyadan sonra isə vəziyyət dəyişdi. Məsələn, hazırda Azərbaycanda kasko sığortası olan avtomobillərin sayı bütün avtomobillərin 2.5 faizini təşkil edir ki, bu da çox azdır. Tibbi sığortaya gəlincə, yalnız imkanı geniş olan şirkətlər öz işçilərini tibbi sığorta edirlər. İnsanlarımızın böyük əksəriyyəti tibbi sığortadan kənarda qalıblar. Doğrudur, rəqəmlərə baxdıqda bazar kiçilməyib, lakin, bazarın böyümə potensialı bu günkündən dəfələrlə böyük ola bilərdi. Çox təəssüf ki, biz devalvasiyaya hazır deyildik, iqtisadiyyatımız da hazır deyildi. Elə bir məqamda məruz qaldıq ki, bütün həyatımızda öz mənfi nəticəsini açıq şəkildə göstərdi. Baxmayaraq ki, devalvasiyadan əvvəl də dəfələrlə demişdim ki, bizim neftdən asılılığımız ən qısa müddətdə aradan qaldırılmalıdır. Çünki, biz neft iqtisadiyyatından  çox ciddi şəkildə asılıyıq. Sadəcə mənim yox, ümumiyyətlə bütün ekspertlərin və iqtisadçıların əksəriyyəti bu fikirdə idi. Biz isə gecikdik, ancaq yenə də öhdəsindən gəlməyə çalışdıq.

– Yaxşı deyiblər ki, hər şərdə bir xeyir var. Devalvasiya başlayan kimi sanki hər sahədə canlanma yarandı…

– Doğrudan da belə oldu. Bunu canlanma yox, silkələnmə adlandırmaq daha yaxşı olardı. Devalvasiya ən çox o ölkələrə təsir göstərir ki, onlar idxaldan bilavasitə asılıdırlar, yəni öz ərzaqlarının, mallarının əksər qismini digər ölkələrdən idxal edirlər.Devalvasiyanın ilk dalğası göstərdi ki, biz hətta toyuq yumurtasını belə xaricdən alırdıq. Ancaq bu gün rəqəmlərə nəzər salanda görürük ki, artıq əksər ərzaqla(toyuq, yumurta, şəkər, ət və s.) özümüzü 95-97 faiz təmin edə bilirik. Bu çox gözəl bir haldır, əgər bu addımlar vaxtında atılsaydı, hazırda bu qədər problem qarşısında qalmazdıq və devalvasiyanı həqiqətən də səthi hiss edərdik. Hələ bankların çiçəkləndiyi dövrdə çıxışlarımdan birində demişdim ki, banklar çox ciddi bir böhrana doğru gedir. Səbəbini də yarı zarafat, yarı ciddi belə göstərmişdim: “Azərbaycandakı bankların verdiyi kreditlərin faiz dərəcələri bəzi hallarda 35 faizə çatır. Dünyada 30 faiz gəlir marjası ilə işləyən biznes demək olar ki, artıq qalmayıb. Yalnız 3 biznes var-silah ticarəti, insan alveri və narkotik ticarəti. Hər 3 ü qeyri-qanunidir’’. Əksər bizneslər bu gün 3-5-10 faiz gəlir marjası ilə işləyirlər. O zaman 35 % lə alınan kredit necə qaytarıla bilər ki? Bu kimi problemlər var idi. İqtisadiyyatın şaxələndirilməsində bu gün də ciddi problemlər qalmaqdadır, faizlər hələ də yüksəkdir, maliyyə resursları əlçatan deyil,  ölkənin gələcəyini təmin edən sahələr unudulur, insanlarımız asan gəlir gətirən sahələrə üz tuturlar ki, nəticədə də digər sahələrdə sanki boşluq yaranır və s.
Danılmaz faktdır ki, ölkəni ayaqda saxlayan orta və kiçik biznes olmalıdır. Çünki böyük biznes daha çox böyük layihələr, nəhəng holdinglər deməkdir, dövlət payının mövcudluğu deməkdir. Lakin, əhalinin demək olar ki, 90 faizə yaxını orta və kiçik bizneslə dolanır. Ölkə büdcəsinin, eyni zamanda ölkənin dayanıqlığını və stabilliyinin böyük bir hissəsini də orta və kiçik biznes formalaşdırır. Bu baxımdan da orta və kiçik biznesə böyük önəm vermək lazımdır.

– Artıq yeni bir layihənin həyata keçirilməsinə start vermisiniz. Bu barədə bir qədər məlumat verərdiniz?

– Kasko Butik layihəsinin yaranmasına 3 min nəfər arasında aparılan sorğu ilə başladıq-Niyə avtomobillərinizi sığortalamırsınız? Sorğu nəticəsində aldığımız cavablar bizi həm məyus etdi, həm də yeni bir layihəyə həvəsləndirdi. Məlum oldu ki, avtomobillərin kasko sığortasının olmama səbəbi, insanlarımızın əksəriyyətinin sığorta şirkətlərindən inciməsi, etibar etməməsi və mövcud olan müxtəlif bürokratik maneələrdir. Sığorta şirkətlərinin vaxtlı-vaxtında pul verməməsi, vətəndaşları incitməsi və s. də səbəblər arasında idi. Bu sorğudan sonra komanda olaraq qarşımıza belə bir məqsəd qoyduq: elə bir məhsul yaradaq ki, insanlarımızı narahat edən bütün sualları həmin məhsulla həll etmiş olaq. Dedik ki, bir sığorta şirkətinə inam yoxdursa, o zaman bu işi 6 sığorta şirkəti ilə quraq. Əlbəttə ki, bunu etməkdə məqsəd inamsızlığı aradan qaldrmaq və görülən işin ciddiliyinə vətəndaşları inandırmaq idi. Sığorta ödənişlərini 59 dəqiqə ərzində sığortalılara ödəməyə başladıq. Bir sıra innovativ həllər yaratdıq. Bir sözlə, insanlarımızı narahat edən bütün məqamları aradan qaldıraraq fəaliyyətə başladıq və ilk gündən də istədiyimiz nəticəni əldə etdik. Artıq Kasko Butik ilə sığorta ödənişini günlərlə gözləmək dövrü keçmişdə qalıb. Kasko Butik sizə hüquq verir ki, avtomobillərinizi istədiyiniz servis mərkəzində təmir etdirəsiniz, əksər hadisələr zamanı əlavə sənədlər tələb olunmur, avtomobiliniz təmirdə olan zaman siz piyada qalmırsınız və bu müddətdə sizin taksi xərcləriniz ödənilir. Sığorta şəhadətnaməsi bütün dünyada qüvvədə olur, avtomobili yaşı 21-dən yuxarı hər kəs qanuni əsaslarla idarə edə bilir və s.                   Təbii ki, bu son deyil. Azərbaycanda bizim reallaşdıracaq çox işlərimiz var. Güclü dövlət üçün hər kəs əlindən gələni etməldir, necə ki, mən edirəm…

Elçin Ağayev: “SSRİ deyilən bir birliyin tərkibində seçim şansımız yox idi”

“Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir” fikri uzun illərdir dillər əzbərinə çevrilib. Bəlkə də konkret kimin dediyi məlum deyil, ancaq Çin atalar sözü belə bir fikri irəli sürür. Bu da o deməkdir ki, uğura gedən yol elə uğursuzluqlardan keçir. Önəmli olan odur ki, geri çəkilməyəsən, “daima irəli” prinsipi ilə hərəkət edəsən. Statistikaya görə, dünyadakı zəngin insanların əksəriyyəti maraq duyduqları, sevdikləri işlərlə məşğul olanlardır. Bu baxımdan da davamlı iş qurmaq istəyənlər, mütləq maraq dirəsinə uydun olan sahələrə üstünlük verməlidirlər. Müsahibim Elçin Ağayev də məhz o fikirdədir ki, insanoğlunun sevdiyi işlə məşğul olması elə ən böyük uğur deməkdir. Beləliklə xeber100.com saytımızın bu dəfəki qonağı Tiens şirkətinin liderlərindən olan, biznesmen Elçin Ağayevdir. - Geniş təqdimat insanoğlunun şəxsiyyətini üzə çıxardır. Elçin Ağayev özünü geniş oxucu kütləsinə necvə təqdim edərdi? - Ümumiyyətlə insanın kimliyi onun həyat vəsiqəsidir. “Kimsən, nə işlə məşğul olursan, nələr planlaşdırısan” kimi suallar və bu suallara verilən cavablar kimliyi təqdimetmə baxımından çox önəmlidir. 2006-2010-cu illərdə bakalavr üzrə, 2011-2014-cü illərdə magistr təhsili almışam. 2010-2011-ci ildə sərhəd qoşunlarında xidmət edib, əsgəri borcumu yerinə yetirmişəm. Bu baxımdan deyə bilərəm ki, mən öz arzularımı həyata keçirmək üçün həyatın bütün sınaqlarında sınanmışam. Və özünü tapana qədər, yəni, həvəs, istəyi əsas götürərək sevdiyim işlə məşğul olmaqla, demək olar ki, özümə aid bir yol açmışam və bu yolla addımlayıram. Bir vaxtlar çalışdığım dövlət orqanında hiss etdim ki, özümü tam olaraq tapa bilmirəm, çox düşündükdən sonra qərar verdim ki, sadəcə sevdiyim işlə məşğul olmalıyam. Çünki insan özünü sevdiyi işdə tapar, gücünü tam olaraq sevdiyi işə həsr edər ki, bu da cəmiyyət içində önəmli bir yer tutmaq baxımından əsas götürülür. - Əslində formalaşma dövrü elə kiçik yaşlarından başlayır ki, bunda da doğulduğun ailənin böyük rolu olur... -  Tamamilə haqlısınız. Xatırladım ki, müəllim ailəsində doğulmuşam. Atam müəllim, anam həkim olub. Bildiyiniz kimi müəllim ailələri övladlarını hərtəfəli yetişdirmək üçün onu ciddi bir ortamda yetişdirməyə üstünlük verir. Mən də eyni ciddi formalı təhsil sistemi keçmişəm, əlbəttə ki, müəllim övladı olduğum üçün hamıdan seçilməli, hamıya nümunə olmalıydım. Bu baxımdan istər orta, istərsə də ali təhsil illərim bu ciddiyyətdə davam edib ki, bu da cəmiyyət üçün hazırlanmamda böyük rol oynayıb. Ən önəmli məqam isə anamın tibb işçisi olması idi ki, bu da sağlam həyatın sirrini öyrənməkdə kömək edib. Bilikləri birləşdirincə, görürsən ki, bu qədər bilgi ilə çox iş görmək olar və ən yaxşısı isə özünü sevdiyin işə həsr etməkdir. Nəhayət qərarımı verdim, artıq 6 ildir ki, peşəkar şəkildə bizneslə məşğul oluram biznec təlimçiyəm. İstər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə mütəmadi olaraq bizneslə bağlı tədbirlərdə iştirak edirəm, təlimçi kimi özümü daha da inkişaf etdirməklə yanaşı, eyni zamanda öyrəndiklərimi də öz ölkəmizdə tədqiq edir, bəlkə yüzlərlə, minlərlə insanlara bu bilikləri aşılayırıq. Qeyd edim ki, 6 il ərzində Azərbaycanda biznes, biznes psixologiya, biznes düşüncə tərzi, marketinq, satış baxımından təqribən 10 min nəfər üçün təlimlər keçirilib. Bildiyiniz kimi hər təlim özü təcrübə, bilik əldə etmə xarakteri daşıyır və fərqli mövzular üzərində qurulan belə təlimlər öyrətməklə yanaşı biznesin sirlərini da açıqlayır, biznesə gedən bütün yol ayrıclarını da göstərir. - Araşdırmalardan belə məlum olur ki, təqribən 40- 50 il öncə hər kəs təhsil aldığı peşə istiqamətində çalışıb fəaliyyət göstərib. İllər sonra dünyamız dəyişdi, hazırda çox az bir qisim sadəcə ixtisası üzrə çalışır. Sizcə bu nədən irəli gəlir? - Bunun səbəbi çox sadədir. Çünki 40-50 il öncə SSRİ deyilən bir birliyin tərkibində idik və seçmə kimi bir şansımız yox idi. Ali təhsil alırdın və təyinatla göndərildiyin yerdə çalışmağa başlayırdın. Hər hansı bir söz haqqı, etiraz etmə və ya seçim edərək özünü tapdığın işlə məşğul olma kimi məqamlar mümkün olan iş deyildi. - Bir sözlə, heç kim öz müqəddəratını həll edə bilməzdi... - ...Ümumiyyətlə o dövrdə çox az insan tapılardı ki, peşəsi üzrə deyil, başqa sahə üzrə çalışsın və bu da heç də birmənalı qarşılanmırdı. Kütlə psixologiyası deyilən bir təsiredici məqam var ki, o da SSRİ ideologiyasında əsas götürülürdü. Axı kütlə ideologiyanın ardınca gedən və ardınca hamını aparma gücündə olan bir gücdür. Ancaq hazırda insanlarımızın ən böyük uğuru azadlıq duyğusunu hiss edərək sərbəst şəkildə seçim edə bilməsidir. Hər birimiz öz həyatımızı, müqəddaratımızı sərbəst şəkildə həll edirik. Düşünürəm ki, seçim azadlığını əldə etmək kimi böyük bir uğur ola bilməz. Azərbaycanımızın müstəqillik qazanması xalqımızın azadlıq ruhuna qovuşması bizim sadəcə xalq olaraq deyil, eyni zamanda millət olaraq ən böyük uğurumuzdur. Biz qalib ölkəyik və bu qalibiyyəti Qarabağ torpaqlarında üç rəngli bayrağımıız dalğalandırdığımız zaman daha da güclü hiss edəcəyik. -Yeri gəlmişkən, Azərbaycan müstəqilllik əldə etdikdən sonra qısa zaman çərçivəsində böyük bir dirçəliş baş verdi, dünyanın bütün qapıları üzümüzə açıldı. Bunun yaxşı tərəfləri olduğu kimi, təəssüf ki, pis tərəfləri də oldu-hər şeydən kor-koranə istifadə etmək kimi. Sizə elə gəlmirmi ki, bu, uğursuzluq yaradan başlıca amillərdən biridir? -Fikrinizlə şərikəm. Birdən-birə qapalı cəmiyyətdən, 70 illik əsarətdən, sanki geniş bir meydana qədəm qoyduq. O meydana ki, orda hər şey var, sadəcə doğru istifadə etmək tələb olunur. Seçim çox, ancaq hansı daha önəmli, bax ona qərar vermək çətin idi. Necə etməli ki, doğru qərar verməli. Ancaq baş verənlər təbii proses idi, yəni səhv addım atılması və sonrakı prosesdə bunun çox pis nəticə verməsi kimi məqamlar hər biri yaşanmalı idi. Çünki təcrübə əsasən səhvlər üzərində öyrənilir. Zaman keçdikcə bütün nəticələri gördük, artıq daha ehtiyatlı addım atırıq. -Müstəqillik dövründə Azərbaycanda biznes işlərinin qurulması, əməkdaşlıq səviyyəsi daha geniş xarakter aldı. Bu nə dərəcədə qənaətbəxşdir? -Sözün həqiqi mənasında, Azərbaycanda biznes və əməkdaşlıq səviyyəsi geniş bir yol qət etdi. Artıq öz dəst-xətti olan, düzənli bir biznes var və dünya ölkələri ilə geniş əməkdaşlıq edilir. İnkişaf etmiş Avropa ölkələri ilə əməkdaşlıqlar qurarkən görürük ki, onlarla bizi sadəcə müəyyən illər ayırır. Belə ki, bizdə yeni başlayan biznes işləri var ki, başqa ölkələrdə bu proses uzun zaman qət edərək böyük bir inkişaf əldə edib. Bu baxımdan onlarla eyni yolda, eyni inkişaf yolunu keçmək üçün zamana ehtiyacımız var və az vaxtda da çox işlər görmüşük ki, bütün bunlar da göz qabağındadaır. -İstərdim söhbətimizi TİENS şirkəti və bu şirkətin Azərbaycandakı fəaliyyəti üzərində davam etdirək. Tiensin Azərbaycandakı 17 illik fəaliyyəti və bu illər ərzində yüzlərlə layihəyə imza atması, minlərlə insanlarımızın işsizlikdən qurtarması, rahat həyata qovuşdurması ən böyük uğurdur. Bu barədə fikirlərinizi bilmək maraqlıdır... -Mənim Tiens-ə gəlişimin maraqlı tarixçəsi var. Yüksək təhsi sistemi, əsgəri xidmət, dövlət qulluğunda çalışmaq və bu proseslərdə də özünü axtarmaqla məşğul idim. Arzu-istəklərimi həyata keçirmək üçün, sevdiyim işlə məşğul olmaq üçün axtarışlar etdim. Axtarış zamanı Tiens şirkəti haqqında eşitdim və bir az daha geniş məlumatlar əldə etmək üçün bu şirkətin fəasliyyətini öyrənməyə başladım. Ancaq bura gəlişim o qədər də asan olmadı. Çünki dövlət qulluğunda çalışan valideynlərim, çevrəm bu addımımı müsbət qarşılamayacaqdı. Bütün bunları göz önünə almışdım, əlbəttə ki, qərarımı vermişdim. Özlüyümdə fikirləşirdim ki, 124 ölkədə fəaliyyət göstərən və böyük uğurlara imza atan bir şirkətdə heç də qeyri-ciddi mövqe tuta bilməz. İstər Azərbaycanda, istərsə də dünya ölkələrində Tiens-in fəaliyyətini araşdırdım və əmin oldum kiu, bu şirkətin məhsulları insan sağlamlığı üçün çox vacibdir, sadəcə təbii vitaminləri qəbul etməklə orqanismi gücləndirmək, xəstəliklərər qarşı davamlı olmaq, əslində bu Tiens-in şüarıdır. Bu düşüncəylə şirkətdə fəaliyyətət başladım. İlk qarşılaşma o qədər ürəkaçan olmasa da, zaman keçdikcə bütün çətinliklərin öhdəsindən gəldim və artıq bunu komanda şəklində həyata keçiririk. Əvvəllər bu şirkətdə qeyri-peşəkarlar fəaliyyət göstərməklə şirkətin adını sanki gözdən salmışdılar. Hazırda isə, əminliklə deyə bilırəm hər sahənin peşəkarları bir araya gələrək böyük bir ailə kimi insan sağlamlığına xidmət edirlər. Artıq qarşımıza məqsəd qoymuşuq-Tiens bütün dünyada necə uğurla davam edirsə, o formada da Azərbaycanda özünü tanıtmalıdır. Axı təqdimatdan çox şey asılıdır-Tiens olduğu kimi hamıya təqdim olunmalıdır və hamı şirkətin məhsullarından yararlanmalıdır. Sağlam gələcək üçün, sağlam həyata başlamalıyıq. Bu bizim işin əsas sirridir...                        

İyul 8, 2019 22:06

Zamin Məmmədov: “İnsanın şəxsiyyət kimi formalaşmasında seçimlərin böyük rolu var”

“Azərbaycanfilm” kinostudiyası Azərbaycanın kino tarixində ən önəmli yeri olan bir sənət ocağıdır desək, yəqin ki, yanılmarıq. Bəlkə də ona görə ki, illərdir maraqla baxdığımız filmlərimizin yaranışı elə məhz həmin kinostudiyadan başlayıb. Kimlər gəlib keçməyib bu sənət ocağından-ustadlar, sənətkarlar, korifeylər, bəstəkarlar və daha kimlər...Onların əksəriyyəti artıq dünyasını dəyişsə də, düşünürəm ki, həmin insanların ruhu daima ordadır və yeni-yeni yaranan sənət nümunələrini izləyirlər. Bu bəlkə də mistik bir düşüncə tərzidir, ancaq eturaf edək ki, həyatın gerçəyi elə həmin mistikadan başlayır. Mətləbdən uzaqlaşmayaq, bir vaxtlar ustadların çalışdığı kinostudiyada artıq yeni nəsil çalışır...Onların arasında Zamin Məmmədov adlı bir rejissor var ki, daima yaşıdlarından seçilib. Onu hər zaman tələsən görürəm, sanki vaxtdan daha səmərərli istifadə etmək üçün özünü günün bütün saatlarına çatdırmaq istəyir...Qısametrajlı, sənədli filmlər rejissoru kimi fəlaiyyət göstərən Zamin Məmmədov əslində böyük kinoya elə böyük film çəkmək üçün gəlib və bu arzusunu tezliklə reallaşdırmaq fikrindədir. Beləlilə xeber100.com saytımızın qonağı gənc rejissor Zamin Məmmədovdur. TANITIM: Məmmədov Zamin Məmmədmusa oglu 1981- ci ildə Şabran rayonunda ziyali ailəsində anadan olub.1988 – 1998-ci illərde Şabran rayon 2 sayli orta məktəbdə təhsil alıb.1999 – 2000-ci illərdə hərbi xidmət yolu keçib.2003-2007-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejisorluq fakultəsinə təhsil alıb. Həmin universiteti fərqlənmə diplomuyla bitirib. Təhsilini bitirdikdən sonra bir sıra telekanallarda çalışıb. Son 10 ildə fəaliyyətini “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi davam etdirir. - Maraqlıdır, regissor olmasaydınız başqa hansı peşəni seçərdiniz və ya sizi rejissorluğa həvəsləndirən məqamlar hansılar idi? - Müəllim ailəsində böyümüşəm, valideynlərim mənim həyatımda sadəcə ata-ana deyil, eyni zamamnda pedaqoq kimi də böyük rol oynayıb. Baxmayaraq ki, uşaqlıq illərində çox çılğın, xəyalpərəst, bəlkə bir qədər macərapərəst idim. Gördüyüm hər kiçik məqam belə diqqətimi çəkir, məni maraqlandırırdı, özlüyümdə fantaziyalar qururdum, əslində özümü hər sahədə görməyi elə uşaqlıq illərində sınamışam. Çünki kiçik yaş dövrü maraq dairəmizin formalaşamsında rol oynadığı kimi, özümüzü tanımağımızda da, peşə seçimində də böyük rol oynayır. Elə bir peşənin sahibi olmaq istəyirdim ki, əvvəla daima özümü azad hiss edim, ikincisi isə mütləq yaradıcı bir şey olsun. Bu baxımdan da çox düşünürdüm və axtrışa davam edirdim. Məsələn, boş vaxtım olan kimi qonşuluqda olan avtomobil ustasının yaynına gedir, ondan aftomobillərin mexanizimini öyrənirdim. - Zənnimcə, müəllim ailəsində böyümək elə həyata ciddi baxmaq deməkdir. Yəqin ki, orta məktəb, ali məktəb həyatı tam ciddiyyət üzərində qurulub, tələbkarlıq çox olub? - Əlbəttə ki, bu mütləqdir. Əvvəla mən orta məktəb illərində olduğu kimi ali məktəbdə də dəsrlərimə çox ciddi yanaşmışam ki, bunda da, qeyd etdiyim kimi valideynlərimin rolu olub. Nə qədər çox hər hər peşəylə maraqlanırdımsa, bir o qədər çox seçəcəyim peşənin həyatımda nə kimi rol oynayacağı məsuliyyətini də böyük həyəcanla yaşayırdım, hətta gözləyirdim. Çünki insanın şəxsiyyət kimi formalaşmasında seçimlərin böyük önəmi Aftomobillərin mexanizimini öyrəndiyim zaman düşünürdüm ki, orta məktəbi  bitirdiyim zaman sənədlərimi Texniki Universitetin Avtonəqliyyatın tənzimlənməsi fakultəsinə verəcəyəm. Eyni zamanda incənətə həvəsim var idi. Musiqi kasetlərindən ibarət yüzlərlə kolleksiya toplamışdım və hər axşam onları dinləyərək xəyalən müxtəlix personajları gözümün önünə gətirirdim. Bu mənə o qədər zövq verirdi ki, hətta özümü rejissor kimi də təsəvvür edirdim, guya ki, film çəkirəm. Ancaq bu xəyaldan heç kimə bəhs etmirdim, düşünürdüm ki, rejissor olmaq əlçatmaz arzudan başqa bir şey deyil. Ola bilsin ki, böyüdüyüm mühit də mənim bu arzima qarşı çıxırdı, hər halda mən belə düşünürdüm - Atalar yaxşı deyib: Sən saydığını say, gör fələk nə sayır... - Doğrudan da yerində deyilmiş bir deyimdir. Həyat möcüzələrlə dolu olduğu kimi, elə sürprizlərlə də doludur. Sənədlərimi texniki universitetə vermişdim, imtahanlara bir gün qalmış səhhətimdə problem yarandı.Həmin ərəfədə sadəcə bir üzücü məqamı xatırlayıram, gözümü xəstəxanada açdım, əməliyyat olunmuşdum və həmin gün imtahan idi...Bir sözlə, imtahana girə bilmədim və nəticədə də yaşıdlarım ali məktəbə daxil olmanın sevincini yaşadığı zaman mən sadəcə incimiş, küsmüş bir durumda idim. 18 yaşım tamam olunda hərbi xidmətə yollandım. Azərbaycanın secmə qowunlarında xidmət edirdim və bu qoşunlar sülhməramlı qowunlar olduğu üçün bir çox ölkələrdə təlimlərdə iştirak edir, Azərbaycan ordusunu təmsil edirdik. Bu şərəfli yol məni daha böyük əzmlə gələcək haqqında planlar qurmağa səsləyirdi. - Qeyd etdiniz ki, Azərbaycan ordusunu bir çox dünya ölkələrində təmsil etmisiniz. Bu qürurverici olduğu qədər də, insanın dünyagörüşünün formalaşmasına da geniş şərait yaradır, eyni zamanda yaş artır və təcrübə də bütün bu keyfiyyətlərlə üst-üstə düşür... - Tamamilə haqlısınız...Dünya ölkələrini hələ 18 yaşda görmək, arzularımın istiqamətini belə dəyişməyə kifayət Mənə elə gəlir ki, həyatımın ən önəmli qərarını verdiyim zaman, yaxşı mənada rejissor Samir Qasımovun təsirini hiss etdim.  Onunla əsgərlikdə tanış olduq, dost, qardaş olduq. Söhbət zamanı deyəndə ki, rejissordur, sanki itirdiyim bir şeyi tapdım. Sənətlə bağlı söhbətlərimiz çox olurdu, ondan hər şeyi öyrənmək istəyirdim. Artıq tam əmin idim ki, rejissor olmaq istəyirəm, Samirə bu qərarımı deyəndə mənə dəstək verəcəyinə söz verdi. HAŞİYƏ: Həmin ərəfədə Azərbaycanın sülhməramlı qoşunları Yuqoslaviyanın Kosova vilayətindəki hərbi əməliyyatlarda iştirak etmək üçün həmin ölkəyə ezam olunurlar. Əsgərlər  hərbi təlimlərdə böyük şücaət göstərdiklərinə görə NATO-nun qəhrəmanlığa görə medalıyla təltif olunurlar. Onlar arasında Zamin Məmmədov da var idi. - Əsgərlikdən sonrakı həyat çətin olmadı ki? - Çətin olmadı, əksinə vətənə dönüncə böyük bir güclə iş fəaliyyətinə başladım. Samir Qasımov rejissorluq fəaliyyətinə telekanalların birində başladı və məni də özünə rejissor köməkçisi olaraq götürdü. Sonrakı proseslərdə Samir məni İncəsənət Universiterində təhsil almağa istiqamətləndirdi, kinorejissorluq fakultəsinə qəbul olundum. Bəlkə də həyatımda ən böyük sevinci məhz həmin gün yaşadım, təhsilimi qırmızı diplomla başa vurdum, heyif ki, bütün bunları görmək Samir Qasımova qismət olmadı. Ancaq onun mənim həyatımda yeri əbədi və əzəlidir. Maddi və mənəvi olaraq həyatımda rol oynayan Samir bir rejissor kimi hər zaman mənə örnək oldu və mən hazırda belə gördüyüm hər işdə onu düşünərək addım atıram, sanki ondan xeyir-dua alırmış kimi...Düşünürəm ki, mən elə rejissor olaraq doğulmuşam, əgər qismətimdə başqa bir peşə olsaydı, həmin peşənin də öhdəsindən layiqli şəkildə gələrdim. - Azərbaycan kinematoqrafiyası böyük tarixi bir yol keçib. Bir vaxtlar ustad rejissorların tarix yazdığı məkanda çalışmaq, yəqin ki, böyük məsuliyyət tələb edir. Bu məsuliyyət hissi sizə nə deyir və ya belə bir məsuliyyətin öhdəsindən gəlmək çətin deyil ki? - Azərbaycan kinosu şəxsən mənim üçün böyük məktəbdir. Bu məktəbin pedaqoqu olan rejissorlar isə hər biri öz üslubu, dəst-xətti ilə seçilib. Bir çox rejissorlarımız var ki, onların işindən, sözün yaxşı mənasında bəhrələnirəm. Məsələn, Əlisəttar Atakişiyev quruluş verdiyi filmlər daima diqqətimdədir. O, Azərbaycan kinosunda incəsənətin bir neçə növünü bilməklə və filmlərində bu qabiliyyətindən ustalıqla seçilməyiylə, bir sözlə milli kiinomuza bəxş etdiyi sənət nümunələriyilə daima fəqlənib. Eyni zamanda Kamil Rustəmbəyov, Şamil Mahmudbəyov, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Arif Babayev kimi rejissorların filmlərindən bəhrələnirəm və mütəmadi olaraq hər birinin üslubuna müraciət edirəm. - Bəhs etdiyiniz rejissorların filmlərində olan hansı kadrlar və ya hansı personajlar sizi daha çox düşündürür? - Əslində bu rejissorların filmləri sanki düşüncə üzərində quruluib və hər kadrı da tamaşaçını düşündürür. Əlisəttar Atakişiyevin nağıl-fantastika aləminə dərindən bələd olması çəkdiyi uşaq filmlərində özünü büruzə verib. Və quruluş verdiyi filmlərdə geyim, qrim rəssamlarının peşəkarlığına, operator işinin dəqiqliyinə diqqət yetirər, fon və ön plan kadrlarının qüsursuzluğuna çalışıb. Bİldiyimiz kimi əfsanəvi-fantastik mövzulu filmlərdə quraşdırma səhnələr çoxluq təşkil edir. “Sehrli xalat” filminin Ay səthini əks etdirən kadrları o dövr üçün yenilikdən xəbər verirdi. - Hətta həmin kadrlar SSRİ məkanında olan rejissorların marağına səbəb olmuş və sonralar həmin rejissorlar da filmlərində bu yenilikdən istifadə ediblər. - Bütün bunlar bir daha təsdiq edir ki, biz başqa respublikalarda olan yeniliklərə müraciət etdiyimiz kimi, onlar da eyni vaxtda bizdə gördüklərindən bəhrələniblər. Bizim rejissorların hər biri o dövrdə bir tarix yaradıb. Məsələn, arxa cəbhədə yaşayan uşaqların həyatından bəhs edən "Şərikli çörək" filmində müharibə dövrünün uşaqlarına bənzəyən azyaşlı aktyorların seçimi rejissor Şamil Mahmudbəyov tərəfindən ustalıqla aparılıb. Uşaqların bir qarnı ac, bir qarnı tox təsvirləri buna canlı misaldır. Bir qədər müasir dövrü canlandıran başqa bir sənət nümunəsində-Arif Babayevin “Gün keçdi” filmində tamam fərqli mənzərə ilə qarşılaşırıq. Müasir həyatımız, iki gəncin arasında olan saf hisslər və baş tutmayan sevda. Görün filmdə lirik səhnələr nə qədər çoxluq təşkil edir və tamaşaçını düşündürür. Ümumiyyətlə filmlərdə olar tərbiyəvi əhəmiyyət çox önəmlidir ki, bu da rejissorlarımızın filmlərində özünü göstərir. - Qeyd etdiniz ki, əksər rejissorlarımzızın filmlərindən bəhrələnirsiniz. Elə isə özünüzü rejissor kimi hansı janrda tapırsınız? - Etiraf edim ki, bir rejissor kimi janrımı tam olaraq müəyyənləşdirməmişəm. Yəqin bu, gələcəkdə görəcəyim işlərdən asılı olacaq. Hazırda mənə verilən bütün imkanlardan istifadə edərək mükəmməl bir film çəkmək istəyirəm. Bu mənim ən böyük arzumdur və inanıram ki, ilk müraciət etdiyim tam metrajlı bədii filmlə çox söz deyə biləcəyəm., tamaşaçı auditoriyasını düşündürəcəyəm. Bildiyiniz kimi dövlət sifarişilə sənədli filmlər, qısametrajlı filmlər çəkmişəm. Doğrudur çədiyim bu filmlərdə qeyri-adi heç nə etməmişəm, ancaq onların hər biri tarixdir və 100 il sonra da öz aktuallığını qoruyub saxlayacaq.Yeri gəlmişkən, ilk filmimi 2009-cu ildə Eldar Quliyevin bədii rəhbərliyiylə ("Debüt" studiyası,  “Psixiatr” qısametrajlı bədii film) çəkmişəm. 2016-cı ildə “Onun atası” adlı qısametrajlı bədii filmə quruluş verdim. İlk filmə quruluş verdiyim zaman nə qədər təcrübəsiz olsam da, bu iş mənim həyatımda sınaq rolunu oynadı. İkinci filmim bir çox ölkələrin festivallarında əsas proqramda nümayiş olunub, hətta filmin ilk təqdimatı İtaliyada baş tutub. - Əslində qısametrajlı filmlər, rejissoru tammetrajlı filmlər üçün hazırlayır və rejissorlarımızın hər biri bu yoldan keçib ki, nəticədə də böyük uğur qazanıblar. - Mən də hər zaman düşünürəm ki, qısametrajlı filmlər çəkmədən necə böyük kinoya gəlmək olar?! Təcrübə o qədər önəmlidir, demək olar ki, illərlə qazanılan təcrübə sonrakı prosesdə çətinliklərin öhdəsindən gəlməyə şərait yaradır və artıq heç bir şey çətin görünmür. Son 10 ildir ki, “Azərbaycanfilm” kinostudiyasında çalışıram. Əvvəlki illərdə olduğu kimi kinostuidiyamız yenə də hər il sənət nümunələri yaradır. Dövlət tərəfindən ayrılan maliyyə hər il yeni-yeni sənət nümunələrinin yaranmasına şərait yaradır. Rəhbərlik mənim əməyimi, gördüyüm işləri qiymətləndirir və mənim çalışmağım üçün şərait yaradılıb. İnanıram ki, tezliklə böyük kinoya gəlişimi quruluş vermək istədiyim sənət nümunəsi ilə təsdiq edəcəyəm...          

May 18, 2018 13:55

Şamil Əliyev: “Yaşasın Azərbaycan, yaşasın Hindistan, yaşasın sülhsevər bəşəriyyət”

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” bədii filmi 5  Qitəni əhatə edərək 37 A və B kateqoriyalı Beynəlxalq Kino Festivallarında iştirak etmiş, bir sıra mükafatlara layiq ğörülmüşdür. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, İngiltərə, Avstraliya, İtaliya, türkiyə, İspaniya, Serbiya, Rusiya, Hindistan, Ukrayna, və b. daxildir. Bundan başqa “Çölçü” filmi 7 alti  ən yaxşı Bədii Film mükafatlarına, 3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu, münsiflər heyətinin xüsusi mükafatlarəna, yaradıcılıq axtarışlarına görə xüsusi diplom və mükafatlara layiq görülüb. Bu uğurların qzanılmasında başlıca rol oynayan filmin rejissoru Şamil Əliyev xeber100.com saytının qonağıdır. Ürəyi dolu rejissor söhbət əsnasında sadəcə kino dedi, başqa bir şey demədi. Müsahibənin mövzusu Azərbaycan kinosu, kinomuzun dünya ölkələrində necə təbliğ olunması olsa da, söhbətə prezident seçkilərindən başladıq... - Kinematoqrafçının ölkədə gedən bütün proseslərdə iştirak etdiyini görmək, xüsusilə prezident seçkilrində müşahidəçi qismində görmək maraqlı olduğu qədər də təqdirəlayiqdir. Bu bir daha sübut edir ki, kinematoqrafçı elə özü ən böyük siyasətçidir... - Prezident seçkilərində müşahidəçi qismində iştirak etmək, hər şeydən öncə mənim vətəndaşlıq borcumdur. Yaradıclıq mənim işimdir, peşəmdir, ancaq vətəndaş kimi də üzərimdə böyük bir məsuliyyət var. Yəni, ölkədə gedən hər bir prosesdə iştirak etmək, Azərbaycanın təbliği üçün çalışmaq və s. Bəli, kinematiqrafçının siyasətdən başı çıxmalıdır, dünyada baş verən siyasi prosesləri izləməlidir, Azərbaycanın dünyada mövcud olan yerini dərk etməlidir. Möhtərəm prezidentimiz çıxışlarının birində deyib: “Bizi maddi, mədəni irsimizdən, kökümüzdən sapdırmağa çalışan qüvvələr var, ancaq biz öz yolumuzla gedəcəyik”. Əgər prezidentimiz belə deyirsə, hər sahənin adamı kimi, ölkənin sənətkarı da ayıq olmalıdır, çünki bu bir liderin öz xalqına verdiyi mesajdır. Bu gün ölkədə hər sahədə olan inkişaf diqqətdən kənarda qala bilməz. Bu günün inkişafı sabahın rifahıdır, gələcəyin təminatıdır. Gələcək nəsil daha rahat yaşamalıdır. Şəxsən mən müşahidəçi olduğum seçki məntəqəsində şahid oldum ki, insanlarımız necə aktivlik göstərdi və necə nümunəvi şəkildə seçkiyə qatılıb səs verdilər. Rusiyadan gələn nümayəndələr də bütün bunların şahidi oldu. Bu görünməmiş hadisədir ki, bir ölkədə 74 faiz seçici seçkiyə qatılır. Başqa ölkələrdə heç 20-25 faiz seçkiyə qatılmır. İlham Əliyev böyük səs topladı, xalq onu prezidentliyə layiq bilir və dəstəkləyir. Çünki İlham Əliyev ölkədə stabillik yaradıb, ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycan çox qurbanlar verib, artıq hamımızın sakit, sülh şəraitində yaşamağa ehtiyacımız var və prezidentimiz də bu şəraiti bizim üçün yaradıb. Bizdən tələb olunan odur ki, yeni nəsli savadlı, tərbiyəli və vətənpərvər yetişdirək. Və hər birimiz öz sahəmizdə Azərbaycan üçün təbliğat xarakterli işlər görək. Bu ölkə bizimdir, ölkənin gələcəyi də elə bizim əlimizdədir, sadəcə olaraq lazımlı, ölkə maraqlarına xidmət edən işlərə imza atmalıyıq. - Yeri gəlmişkən, “Çölçü” filminiz elə ölkə maraqlarını müdafiə edərək bütün dünyaya səs saldı. Deyəsən, Hindistan səfəriniz daha çox yaddaqalan olub? - Hindistan qədim mədəniyyətə malik olan ölkələrdən biridir. Bizlər hələ SSRi dövründən Hindistan mədədniyyəti ilə yaxından tanış olmuşuq və müstəqillik illərində bu bağ daha da güclənməyə başlayıb. Bildiyiniz kimi “Çölçü” filmi ötən il Kəlküttə Beynəlxalq Cult Film Festivalının “Qızıl tülkü” mükafatını qazanıb. Mükafatı alarkən orda belə bir çıxışım oldu: “Hindistana gəlmək ən böyük arzum olub. Çünki məhz Hind rejissoru Mrinal Sen quruluş verdiyi “Genezis” filminin təsiri nəticəsində rejissor olmağı qarşıma məqsəd qoymuşam və bu gün həmin rejissorun vətənində mükafat almaq üçün qarşınızdayam. Yaşasın Azərbaycan, yaşasın Hindistan, yaşasın sülhsevər bəşəriyyət”. Doğrudan da hələ orta məktəbi yenicə bitirdiyim zaman bəhs etdiyim filmə baxmışdım ki, nəticədə də filmin mənə olan təsiri kinoya gəlməyimə təkan verib. HAŞİYƏ: Həyatda təsadüfi heç nə yoxdur. Bir vaxtlar hind rejissorunun çəkdiyi filmin təsiri ilə kinoya gələn Şamil Əliyev illər sonra özünün quruluş verdiyi filmin mükafatını almaq üçün Hindistana yola düşür və orda öyrənir ki, sən demə, həmin rejissor mükafatın təqdim edildiyi Kəlküttə şəhərində yaşayır və onunla görüşmək xoşbəxtliyinə nail olur. Bu görüşü  sözlə təsvir etmək, ordakı həyəcanı göstərmək mümkün olmasa da Şamil Əliyev öz həyəcanı ilə həmin təsviri oxucuya çatdrımağımıza şərait yaradır. - Ümumiyyətlə götürdükdə Hindistanda iki dahi rehissor var ki, ikisi də Kəlküttə şəhərində yaşayıb yaradıb. Onlardan biri Satyajit Ray, digəri isə Mrinal Sen. Mən hər ikisinə, hər iki rejissorun filmlərinə hər zaman böyük zövqlə baxmışam. Çünki hər iki ustad rejissor filmlərində sanki dünya sirlərini açır. Məhz orda öyrəndim ki, Satyajit Ray artıq dünyasını dəyişib, ancaq adına olan muzey var, ancaq Mrinal Sen yaşayır və 94 yaşındadır. Bir sözlə, onunla görüşməyimiz üçün şərait yaradıldı, evinə getdim. Xəstə olmasına baxmayaraq məni evində ayaqda qəbul etdi, ustadın əlindən öpdüm, əlini başıma qoydu, xeyir-dua verirmiş kimi. O əli öpdüm, çünki mənim kino zövqümü formalaşdıran məhz bu əllərin sahibidir və belə yaradıcı əllər öpülməyə layiqdir. Aramızda kiçik dialoq oldu. Ş. Ə:  Sizin quruluş verdiyiniz “Genezis” filminə baxdıqdan sonra kinoya gəldim. M.S:   Filmimə harda baxdınız? Ş. Ə:   Bakıda-Azərbaycan-Qafqaz... M.S:  Tanıyıram. Ş.Ə:   Əvəllər SSRİ-nin tərkibində olmuşuq... M. S:  Onu da bilirəm. Mənim filmlərimdə sizin diqqətiniz çəkən nədir? Ş.Ə:    Siz filmlərinizdə metafizik dəyərlərin sosial kökünü, sosial açarını axtarırsınız. Bu sözü eşidən rejissor əlimi tutub öpdü. O qədər həyəcanlanmışdı ki, yəni uzaq bir ölkədən gələn, az qala 94 yaşlı rejissorun nəvəsi yaşda olan bir rejissor, yəqin ki, ustadın indiyə kimi eştmək istədiyi fikirləri film üçün səsləndirmişdim. Filmlərimlə maraqlandı, “Çölçü” filminin diskini ona bağışladım, dedi ki, mütləq baxacaq. Bir sözlə, “Çölçü” filmim dünyanın 5 qitəsini gəzdi, dolaşdı, 13 beynəlxalq mükafat aldı. Bəlkə də yeganə Azərbaycan filmidir ki, bu qədər mükafatlara layiq görüldü, bu qədər diqqəti çəkdi. Bütün bunlar hamısı Azərbaycanımız üçündür, bu təbliğat elə Azərbaycanın təbliğatıdır. - Bu qədər uğurları Azərbaycana gətirən rejissorumuz hələ də üzərində illərdir işlədiyi “Xalı” adlı filmin ssenarisini həyata keçirə bilmir. Bunun hər hansı bir səbəbi var, yoxsa? - 10 il üzərində işlədiyim “Xalı” tammetrajlı bədii filminin ssenarisini artıq Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Filmin ssenarisi bəyənilib, qəbul olunub, sadəcə olaraq maddi-texniki resursları kifayət etmir ki, bu filmi çəkək. “Azərbaycanfilm” kinostudiyası “Xalı” filmini bir layihə olaraq həyata keçirmək gücündə deyil. Başqa ölkələrlə danışıqlar aparmışıq-İtaliyadan, Rumıniyadan, Hindistandan prodüser dəstəyi var, yəni onlar filmin ərsəyə gəlməsi üçün hər cür kömək göstərməyə hazırdılar. Sadəcə olaraq mən bu layihənin həyata keçirilməsi üçün əsas dəstəyi öz ölkəmdə görmək istəyirəm və Azərbaycandan da dəstək vermək istəyənlər var, bu baxımdan da gözləmə mövqeyindəyəm. - Bu il Azərbaycan kinosunun 120 yaşı tamam olur. Bir çox yerli-yersiz tənqidlərə məruz qalan kinomuzun çox böyük tarixi keçmişi .. - Kİm nə deyir desin, Azərbaycan kinosu dünən də var idi, bu gün də var, sabah da olacaq, həm də mütləq olacaq. Çünki Azərbaycan kinosunun siz dediyiniz kimi, böyük bir tarixi keçmişi var. Önəmli bir məqam da ondan ibarətdir ki, Azərbaycan kinosunun tarixinin yenilənməsi ulu öndər Heydrə Əliyevin adı ilə bağlıdır. O, kinonun tarixinə öz möhürünü vurdu ki, nəticədə də bizlər 120 illik yubileyi keçirməyə hazırlaşırıq...  

Aprel 19, 2018 16:54

Xəyal Məmmədxanlı: “Ölkə büdcəsinin böyük bir hissəsini orta və kiçik biznes formalaşdırmalıdır”

“Dünyanı bürüyən böhran biznes sektorunu, şirkətləri və sahibkarları ağır imtahan qarşısında qoyur. Bu vəziyyət iş adamlarını, sahibkarları  strategiyalarını dəyişməyə, biznesə yeni gözlə baxmağa və inkişaf üçün yeni imkanlar axtarmağa məcbur edir. Strategiya və taktika düzgün qurulubsa, bizneslərin bazardakı payı artır, biznes prosesləri optimallaşır və yeni biznes tərəfdaşlarının tapılmasına şərait yaranır. Əlbəttə, bu çətinliklərdən heç də hamı sağ-salamat keçə bilmir. Belə vəziyyətlərdə, xüsusilə iqtisadi böhran şəraitində daha həssas olan kiçik biznesi ağır itkilər gözləyir...”.Bu fikirlər Azərbaycanlı ekspert, biznes məsləhətçisi Xəyal Məmmədxanlıya aiddir. O Xəyal Məmmədxanlı ki, yüksək təhsil uğurları qazanmış, özünü bir mütəxəssis olaraq inkişaf etdirmək üçün Londonda sığorta təhsili almış və bir sıra dünya ölkələrində keçirilən təlim və konfranslarda iştirak etmişdir. Bir sözlə, hər zaman iqtisadiyyat və bizneslə bağlı mövqeyi və verdiyi proqnozlarla diqqəti çəkən Xəyal Məmmədxanlı bu gün xəbər100.com saytı  üçün danışdı... - Onlarla şirkətin qurucusu olmusunuz, onlara rəhbərlik etmisiniz. Hazırda həmin şirkətlərin fəaliyyəti nə yerdədir, ümumiyyətlə fəaliyyət göstərirlərmi? - Həmin şirkətlərdən hazırda öz fəaliyyətlərini uğurla davam etdirirək bazarda aparıcı mövqe tutan da var, fəaliyyətlərini dayandıranlar da. Ancaq bir fakt danılmazdır ki, həmin şirkətləri yaratdığım və rəhbərlik etdiyim dövrlərdə çox böyük işlər görüb və uğurlara imza atıblar. Məsələn, "Beynəlxalq Sığorta Şirkəti" MMC-ni yaratdığım və rəhbərlik etdiyim ərəfədə(2002-2006) şirkət qısa bir müddət sonra Azərbaycanın ən böyük şirkətinə çevrildi, hətta bu illər ərzindəbazara liderlik edən şirkətlərdən biri oldu. Sonralar Beynəlxalq Bankla bağlı məlum problemlər yarananda şirkətin lisenziyası ləğv olundu. "AzSığorta" ASC –nin rəhbərliyində olmuşam və yarandığı gündən bu günə qədər də bazarın liderlərindən biridir. Qurucusu və rəhbəri olduğum AFB Bank da uğurlu şəkildə yoluna davam edir. Bütün fəaliyyətim dövründə hər zaman bir prinsipim olub – maksimalizm. Buna görə çox vaxt dost-tanışların qınaq obyektinə çevrilirəm, mənə eqoist deyirlər, ancaq mən özümü heç də eqoist hesab etmirəm. Mən, dediyim kimi, maksimalistəm, hər hansı bir sahədə əgər iş görürəmsə ən yaxşısını görürəm. Ya ən yaxşısı olmalı, ya da heç olmamalıyam, orta deyilən hədd mənim üçün yoxdur. Etiraf edim ki, bu gün öz güc və potensialımın 95 faizini hələ ki, reallaşdıra bilməmişəm ki, bu da məndən asılı olmayan məsələdir, hələki o şərait yetişməyib. Təsəvvür edin ki, hələ 2008-ci ildə mən ölkəmizdə ilk dəfə sığorta müqavilələrinin bağlanmasını və haqlarının ödənilməsini onlayn rejimdə - internet vasitəsilə reallaşdıranda hamı irad tuturdu ki, sən niyə əziyyət çəkirsən, cəmiyyət buna hazır deyil və s. Amma, mən onlayn əməliyyatların gələcəyini görürdüm, bir gün hər kəsin buna gələcəyini bilirdim və ilk cığırlardan birini açmağa çalışırdım. - Yaxşı yadımdadır, siz Barter məsələsini də ortaya çıxaranda irad tutanlar, ümumiyyətlə isə başa düşmədikləri üçün qəbul etməyənlər olmuşdu… - Haqlısınız, o da zamanından öncə atılmış addımlardan biri idi. Ancaq hal-hazırda dünyada pulsuz ticarət və barter münasibətləri get-gedə aktuallaşır. Ümumiyyətlə, hər hansı bir görülən iş üçün cəmiyyətin hazır olmasını gözləmək lazım deyil, təbii ki, bu vacibdir, ancaq hədəfə getmədən öncə hədəfi müəyyən etmək lazımdır. - Əslində siz düşüncələrinizlə bir qədər irəlidəsiniz, yəqin ki, dünya ölkələrində keçdiyiniz təcrübə buna geniş imkan yaradır?-   - -Demək olar ki, belədir. Etiraf edim ki, bunun çətin məqamları da var. Əgər fikirlərinlə hamıdan öndə addımlayırsansa, sonra yenidən dayanmalı və digərlərinə ayaq uydurmaq üçün geriyə qayıtmalı olursan. Bu isə insanda durğunluq yaradır. - Sizcə, müstəqil ölkəmiz iş adamları üçün hansı imkanları yaratdı? Axı müstəqil olmaq bizə o qədər də asan başa gəlmədi və bu çətinliyi hər birimiz hiss etdik, sanki müstəqilliklə bərabər böyüdük… - Həqiqətən biz o nəsilik ki, şüurumuzun formalaşması dövrü, cəmiyyətdə ağla-qaranı seçmək,  baş verənləri dərk etmək yaşımız, yəni yetkinlik yaşımız müstəqil dövlətimizin yarandığı günlərə təsadüf etdi. Müstəqil olmaq elə bir güclü nemətdir ki, onun qədrini bilmək üçün köləliyin ağrı-acısını görmək lazımdır. Əks halda müstəqilliyin dəyərini anlamaq olmur. Olduqca ağır günlər yaşadıq ki, nəticədə həm siyasətimiz, həm iqtisadiyyatımız, həm sosial həyatımız zərbə aldı. Doğrudur, hələ deyə bilmərik ki, hər şey idealdır, həyat tərzimiz asanlaşıb, rifahımız təmin olunub və s. Gənc dövlətik hələ, cəmi 27 yaşımız var. Ancaq 27 il ərzində çox irəliləmişik, əksər dövlətlərin 40-50 ildə keçdiyi yolu biz 15-20 ildə keçməyə məcbur olmuşuq. Əlbəttə ki, belə bir sürətlə yol qət edərkən səhvlər də olacaq, unudulan, buraxılan məqamlar da. Ancaq önəmli olan düz istiqamət seçməkdir ki, biz də ölkə olaraq düz istiqamət seçmişik. Etiraf edək ki, proseslərdə və proseslərin idarə olunmasında, islahatların aparılmasında müəyyən nöqsanlar var. Bütün bunları görərkən tənqid də olacaq, yaxşı görülən işlər üçün tərif də olacaq. Ümumiyyətlə tənqid cəmiyyətin güzgüsüdür. Ağıllı insanlar tənqiddən nəticə çıxarırlar, ağılsızlar isə tənqid edənlərə düşmən gözü ilə baxırlar. Fəaliyyətimi izlədiyiniz üçün bilirsiniz ki, təhsilim imkan verirdi ki, mən dünyanın istənilən ölkəsinin ən böyük sığorta şirkətlərində çalışım. Təhsilimlə yanaşı, iş təcrübəm də buna imkan verirdi. Bunu etmədim, Azərbaycanımız üçün işlər görmək istədim. Əgər məqalələrimdə əksər hallarda tənqidi mövqe tuturamsa, bu da vətəni sevdiyimdən, ölkəmin problemlərinə laqeyd qala bilməməyimdən irəli gəlir. Çünki, mövcud problemləri görürəm və həmin problemlərin vaxtında həll olunması üçün əlimdən gələni edirəm. Bütün bunlar da ölkəmizin və xalqımızın maraqları üzərində qurulur. Bilirsinizmi, biz elə bir geosiyasi ərazidə yerləşirik ki, illər boyunca rus, fars imperiyalarının tərkibində torpaqlarımızın bir hissəsini, hətta tarixi torpaqlarımızın hardasa¾-nü itirmişik. 20 faiz torpaqlarımız bu gün də işğal altındadır. Belə bir durumda ölkəmizdə milli barışığın olması çox önəmlidir. Son vaxtlar sosial şəbəkələrdə iqtidar-müxalifət tərəfdarları arasında söyüş həddinə çatan söz atışmalarını görəndə xəcalət çəkirəm. Bəlkə də hər iki tərəfin özünə görə haqlı səbəbləri var. Ancaq biz şəxsi maraqlarımızı bir tərəfə qoymalı, dünyaya ölkə marağından baxmalıyıq, məhz o zaman milli barış olacaq və qarşılıqlı anlaşma şəraitində bütün məsələr öz həllini tapacaq. Yoxsa söyüşlə, davayla, təhqirlə hansı milli maraqları qorumaqdan söhbət gedə bilər ki?! Bununla yalnız beynəlxalq nüfuzumuzu zədələyirik. Bizim Qarabağ boyda dərdimiz var, düşmənin əsarətində qalan əsir olmuş və əsirlikdən azad olunmasını gözləyən  vətəndaşlarımız var, torpaqlarımız var. Bütün bunları bir tərəfə qoyub şəxsi söhbətlərlə gündəmi zəbt etmək bizə yaraşmayan bir durumdur. Zənnimcə, bu məsələlərdə bir qədər səbrli olmaq lazımdır və istər iqtidar, istərsə də müxalifət dialoqa getməyi bacarmalıdır. Yalnız belə bir şəraitdə siyasi, istisadi və yaxud da sosial nailiyyətlər əldə etmək olar. - Müsahibələrinizin birində “Devalvasiya sığorta şirkətlərinə təsir edəcək” demişdiniz və bu proqnoz özünü göstərdi. Dediyiniz kimi də oldu. - Bildiyiniz kimi devalvasiyadan əvvəl Azərbaycanda iqtisadi fəallıq yüksək səviyyədə idi - insanlar kreditlərdən, maliyyə alətlərindən aktiv istifadə edirdi, avtomobil bazarında xüsusi canlanma mövcud idi, bunun sayəsində də sığorta bazarı inkişaf edirdi. Eyni şeyi tibbi sığorta haqqında da demək olardı. Şirkətlər öz əməkdaşlarının tibbi sığortasına kifayət qədər ciddi vəsait ayırırdılar. Devalvasiyadan sonra isə vəziyyət dəyişdi. Məsələn, hazırda Azərbaycanda kasko sığortası olan avtomobillərin sayı bütün avtomobillərin 2.5 faizini təşkil edir ki, bu da çox azdır. Tibbi sığortaya gəlincə, yalnız imkanı geniş olan şirkətlər öz işçilərini tibbi sığorta edirlər. İnsanlarımızın böyük əksəriyyəti tibbi sığortadan kənarda qalıblar. Doğrudur, rəqəmlərə baxdıqda bazar kiçilməyib, lakin, bazarın böyümə potensialı bu günkündən dəfələrlə böyük ola bilərdi. Çox təəssüf ki, biz devalvasiyaya hazır deyildik, iqtisadiyyatımız da hazır deyildi. Elə bir məqamda məruz qaldıq ki, bütün həyatımızda öz mənfi nəticəsini açıq şəkildə göstərdi. Baxmayaraq ki, devalvasiyadan əvvəl də dəfələrlə demişdim ki, bizim neftdən asılılığımız ən qısa müddətdə aradan qaldırılmalıdır. Çünki, biz neft iqtisadiyyatından  çox ciddi şəkildə asılıyıq. Sadəcə mənim yox, ümumiyyətlə bütün ekspertlərin və iqtisadçıların əksəriyyəti bu fikirdə idi. Biz isə gecikdik, ancaq yenə də öhdəsindən gəlməyə çalışdıq. - Yaxşı deyiblər ki, hər şərdə bir xeyir var. Devalvasiya başlayan kimi sanki hər sahədə canlanma yarandı… - Doğrudan da belə oldu. Bunu canlanma yox, silkələnmə adlandırmaq daha yaxşı olardı. Devalvasiya ən çox o ölkələrə təsir göstərir ki, onlar idxaldan bilavasitə asılıdırlar, yəni öz ərzaqlarının, mallarının əksər qismini digər ölkələrdən idxal edirlər.Devalvasiyanın ilk dalğası göstərdi ki, biz hətta toyuq yumurtasını belə xaricdən alırdıq. Ancaq bu gün rəqəmlərə nəzər salanda görürük ki, artıq əksər ərzaqla(toyuq, yumurta, şəkər, ət və s.) özümüzü 95-97 faiz təmin edə bilirik. Bu çox gözəl bir haldır, əgər bu addımlar vaxtında atılsaydı, hazırda bu qədər problem qarşısında qalmazdıq və devalvasiyanı həqiqətən də səthi hiss edərdik. Hələ bankların çiçəkləndiyi dövrdə çıxışlarımdan birində demişdim ki, banklar çox ciddi bir böhrana doğru gedir. Səbəbini də yarı zarafat, yarı ciddi belə göstərmişdim: “Azərbaycandakı bankların verdiyi kreditlərin faiz dərəcələri bəzi hallarda 35 faizə çatır. Dünyada 30 faiz gəlir marjası ilə işləyən biznes demək olar ki, artıq qalmayıb. Yalnız 3 biznes var-silah ticarəti, insan alveri və narkotik ticarəti. Hər 3 ü qeyri-qanunidir’’. Əksər bizneslər bu gün 3-5-10 faiz gəlir marjası ilə işləyirlər. O zaman 35 % lə alınan kredit necə qaytarıla bilər ki? Bu kimi problemlər var idi. İqtisadiyyatın şaxələndirilməsində bu gün də ciddi problemlər qalmaqdadır, faizlər hələ də yüksəkdir, maliyyə resursları əlçatan deyil,  ölkənin gələcəyini təmin edən sahələr unudulur, insanlarımız asan gəlir gətirən sahələrə üz tuturlar ki, nəticədə də digər sahələrdə sanki boşluq yaranır və s. Danılmaz faktdır ki, ölkəni ayaqda saxlayan orta və kiçik biznes olmalıdır. Çünki böyük biznes daha çox böyük layihələr, nəhəng holdinglər deməkdir, dövlət payının mövcudluğu deməkdir. Lakin, əhalinin demək olar ki, 90 faizə yaxını orta və kiçik bizneslə dolanır. Ölkə büdcəsinin, eyni zamanda ölkənin dayanıqlığını və stabilliyinin böyük bir hissəsini də orta və kiçik biznes formalaşdırır. Bu baxımdan da orta və kiçik biznesə böyük önəm vermək lazımdır. - Artıq yeni bir layihənin həyata keçirilməsinə start vermisiniz. Bu barədə bir qədər məlumat verərdiniz? - Kasko Butik layihəsinin yaranmasına 3 min nəfər arasında aparılan sorğu ilə başladıq-Niyə avtomobillərinizi sığortalamırsınız? Sorğu nəticəsində aldığımız cavablar bizi həm məyus etdi, həm də yeni bir layihəyə həvəsləndirdi. Məlum oldu ki, avtomobillərin kasko sığortasının olmama səbəbi, insanlarımızın əksəriyyətinin sığorta şirkətlərindən inciməsi, etibar etməməsi və mövcud olan müxtəlif bürokratik maneələrdir. Sığorta şirkətlərinin vaxtlı-vaxtında pul verməməsi, vətəndaşları incitməsi və s. də səbəblər arasında idi. Bu sorğudan sonra komanda olaraq qarşımıza belə bir məqsəd qoyduq: elə bir məhsul yaradaq ki, insanlarımızı narahat edən bütün sualları həmin məhsulla həll etmiş olaq. Dedik ki, bir sığorta şirkətinə inam yoxdursa, o zaman bu işi 6 sığorta şirkəti ilə quraq. Əlbəttə ki, bunu etməkdə məqsəd inamsızlığı aradan qaldrmaq və görülən işin ciddiliyinə vətəndaşları inandırmaq idi. Sığorta ödənişlərini 59 dəqiqə ərzində sığortalılara ödəməyə başladıq. Bir sıra innovativ həllər yaratdıq. Bir sözlə, insanlarımızı narahat edən bütün məqamları aradan qaldıraraq fəaliyyətə başladıq və ilk gündən də istədiyimiz nəticəni əldə etdik. Artıq Kasko Butik ilə sığorta ödənişini günlərlə gözləmək dövrü keçmişdə qalıb. Kasko Butik sizə hüquq verir ki, avtomobillərinizi istədiyiniz servis mərkəzində təmir etdirəsiniz, əksər hadisələr zamanı əlavə sənədlər tələb olunmur, avtomobiliniz təmirdə olan zaman siz piyada qalmırsınız və bu müddətdə sizin taksi xərcləriniz ödənilir. Sığorta şəhadətnaməsi bütün dünyada qüvvədə olur, avtomobili yaşı 21-dən yuxarı hər kəs qanuni əsaslarla idarə edə bilir və s.                   Təbii ki, bu son deyil. Azərbaycanda bizim reallaşdıracaq çox işlərimiz var. Güclü dövlət üçün hər kəs əlindən gələni etməldir, necə ki, mən edirəm…

Aprel 6, 2018 16:04

Dövlətimiz nə qədər güclü olarsa, mədəniyyətimiz də bir o qədər geniş miqyaslı olar

Bu il Azərbaycan Milli Teatrının yaranmasının 145 yaşı tamam oldu. Martın 10-da Azərbaycan teatr məkanında bir canlanma nəzərə çarpırdı. Ölkə teatrlarının hər biri əsası ilk dəfə 1873-cü ildə M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının səhnələşdirilməsi ilə başlayan sənət yolunun ildönümünü təmtəraqlı şəkildə qeyd etdilər. Azərbaycan Dövlət Musiqili Teatrında həmin gün Xalq Cümhuriyyətinin 100 və ömrünü müstəqillik ideallarına həsr etmiş ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə səhnələşdirilmiş “Nuri-didə Ceyhun” tamaşası təqdim olundu.Əgər nəzərə alsaq ki, Azərbaycan Musiqili Komediya Teatrının əsası ötən əsrin əvvəllərində qoyulub o zaman uzun bir yol qət etmiş teatrın bu illər ərzində gördüyü işlərin necə böyük əhəmiyyət kəsb etdiyinin şahidi olarıq.İstər milli teatr günü, istər bayramlar ayı hesab olunan mart ayının əhval-ruhiyyəsi və ən önəmlisi qarşıdan gələn prezident seçkilərini əsas götürərək teatrın direktoru  Əliqismət Lalayevlə görüşüb, geniş söhbət etdik. - 145 illik fəaliyyət yolu keçmiş Azərbaycan teatrının dünənini, bu gününü və sabahını necə xarakterizə edərdiniz? - Milli teatrımızın 145-ci ilinin geniş şəkildə qeyd edilməsi bir daha sübut etdi ki, Azərbaycan teatrının son illərdəki uğuru, son illərdə peşəkarlıq səviyyəsinin qat-qat artması ona göstərilən qayğıdan irəli gəlir. Yəni, ölkə rəhbərliyi tərəfindən teatr sənətinə, ümumiyyətlə isə sənətə olan, sənətkara olan diqqət, qayğı o qədər yüksəkdir ki, nəticədə də bu qayğıya cavab olaraq yeni-yeni əsərlər yaranır, yeni səhnə əsərləri hazırlanır, yeni tamaşalar aktyorlar üçün geniş imkanlar açır və bütün bunların hər biri də milli teatrın inkişafına geniş şərait yaradır. Azərbaycan Dövlət Musiqili teatrı, mən deyərdim ki, son illərin ən uğurlu teatr hadisəsidir. Bildiyimiz kimi 1993-cü il Azərbaycan tarixində ulu öndərin məhz xalqın təkidi ilə hakimiyyətə gəlişi kimi yadda qalıb.  Təsəvvür edin ki, ölkədə tam sabitlik yox idi, yaranan qarışıqlıq cəmiyyətdə bir xaos yaradırdı. Bir sözlə, ölkədə görüləcək o qədər iş var idi və ulu öndər məhz uzaqgörənliyi sayəsində bu qarışıqlığın qarşısını aldı, ölkədə tam sabitlik yaratdı və bu qədər işlərin içində sənəti, sənətkarı da unutmadı. Məhz həmin ildə Musiqli Teatrının binası inşa edilirdi. Ulu öndər vaxt taparaq teatrın tikintisi ilə tanış olur, hər xırda detala xüsusi diqqət göstərirdi...Və öz çıxışında maraqlı bir fikir söylədi: “Teatra gələn tamaşaçı hazırlanan səhnə əsəri ilə yanaşı, eyni zamanda teatrın binasından, teatrda yaradılan şəraitdən də estetik zövq almalıdır”. Bu çox önəmli bir məsələ idi ki, ulu öndər bunu daima yadda saxlamağı, unutmamağı tövsiyə edirdi. Biz çox şanslıyıq ki, ulu öndərin arzuladığı və onun qayğısı, diqqəti sayəsində ərsəyə gələn bu teatr binasında (Musiqili teatrın binası nəzərdə tutulur) çalışırıq. Onu da da xatırladım ki, Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev də eynilə atası kimi sənətə böyük önəm verir və ölkədə yaşayış səviyyəsinin yüksəlməsi üçün əlindən gələni əsirgəmir. Biz artıq müstəqil ölkənin vətəndaşlarıyıq və dünya bizi müstəqil ölkə olaraq tanıyır. Zənnimcə bundan böyük xoşbəxtlik ola bilməz. - Yeri gəlmişkən, böyük bir imperiyanın tərkibində 70 il əsarətdə olan Azərbaycan teatrı ilə hazırkı müstəqil ölkənin teatrını necə müqayisə edərdiniz. Sizcə müstəqillik tam olaraq müstəqil düşünməyə şərait yaratdı? - Etiraf edək ki, müstəqillik dövrünün teatrı, dünya teatrına inteqrasiya etdiyi üçün böyük şöhrət qazanma imkanına malik oldu, artıq dünya ölkələri bizim teatrı tanımağa başlayıb. Yeri gəlmişkən, 90-cı ilin əvvəllərində bizim Akademik Milli Teatrımız Türkiyəyə və Almaniyaya qastrol səfərinə getmişdi. O dövrdə Milli Teatrda çalışan, hazırda Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev həmin qastrolların təşkil olunmasında bilavasitə böyük rol oynamış və həmin səfərlərə rəhbərlik etmişdi. Bu ilk dəfə idi ki, Azərbaycan teatrı, əlbəttə ki, müstəqil ölkənin müstəqil teatrı dünya ölkələrinə səfərə çıxmış, dünya teatrları, onların fəaliyyəti ilə yaxından tanış olmuşdur. Bilirsinizmi, bunu sözlə ifadə etmək çətindir. Yəni bu məqam o qədər əlçatmaz bir arzu olub ki, inanmaq belə çətin idi, ancaq zaman, dövr hər şeyi sübut etdi və əlçatmaz hesab olunan arzularımızı həyata keçirməyə böyük imkanlar yaratdı. Sadəcə paytaxt teatarlrı deyil, eyni zamanda bölgələrdə fəaliyyət göstərən teatrlarımız -  Gəncə teatrı, Salyan Kukla teatrı, Lənkəran teatrı Şəki teatrı, Mingəçevir teatrı və b. teatrların hər biri xarici qastrollara gedir, teatr festivallarına qatılır. Onu da qeyd edim ki, dünya ölkələrində keçirilən festivallarda iştirak etmək çox önəmlidir. Belə ki, festivala qatılan ölkələrin tamaşalarının hər birinə münsiflər heyəti tərəfindən baxılır, onların arasından seçimlər edilir. Azərbaycan teatrı artıq festivallarda belə seçilir, bizim tamaşalar vasitəsilə xalqımıza, millətiməzə xas olan, tarix, ədəbiyyat, adət-ənənə öyrənilir, bunlara maraq göstərilir. Bu çox önəmlidir. Musiqili Teatrının qastrol səfərələri böyük uğurla keçir. Təsəvvür edin ki, Rusiya , Gürcüstan, Türkiyə kimi ölkələrdə festivallarda iştirak etmişik. Və Azərbaycan teatrının 145-ci ildönümündə Musiqili teatr ilk dəfə Amerikaya səfər etdi. Amerikada keçirilən teatr günündə mənim rəhbərliyim və Afaq Bəşirqızının iştirakı ilə kollektivimiz böyük uğurla iştirak etdi. Bütün bunlar hamısı müstəqilliyimizin bizə bəxş etdiyi imkanlardır ki, bizlər də bundan yararlanırıq. Əslində dövlətimiz nə qədər güclü olarsa, mədəniyyətimiz də bir  o qədər geniş miqyaslı olar. Bildiyiniz kimi dünyanın bütün ölkələrində Azərbaycan Mədəniyyət günləri keçirilir. Məhz mədəniyyətimizin təbliğatı nəticəsində Azərbaycan ən ucqar ölkələrdə belə tanınır. - Nahaq yerə demirlər ki, mədəniyyət ən böyük siyasətdir... - Bəli, mədəniyyət ən böyük siyasətdir, deyimi təsadüfi deyil. Çünki siyasətçilərin görə bilmədiklərini mədəniyyət işçiləri görür və mədəniyyət işçiləri ən yaxşı təbliğatçılardır. Bu yaxınlarda İran İslam Respublikasında keçirilən Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edirdik, bayraqların arasında Azərbaycan bayrağının dalğalanması o qədər qürurverici idi ki, məhz o an hiss edirsən ki, müstəqil bir ölkəni təmsil edirsən və bu çox məsuliyyətli məqamdır. Qeyd edim ki, Bakıda yerləşən turizm şirkətləri ilə mütəmadi olaraq əməkdaşlıq edirik. Ötən il Novruz bayramı günlərində İranla birgə müştərək “Bəxtəvər” adlı tamaşa hazırladıq. Təbriz teatrının tanınmış aktyorları bu tamaşada iştirak edirdilər və tamaşaya baxmaq üçün İrandan çoxlu qonaqlar gəlmişdi. İran tamaşaçıları Musiqli teatrın fəaliyyəti ilə yaxından tanış oldular və bu il də birgə Novruz bayramı günlərində konsert proqramlarımız oldu. Bütün bunlar, dediyim kimi mədəniyyətlər arası olan bir əməkdaşlıqdır ki, hər iki ölkə arasında olan dostluq münasibətlərini daha da gücləndirir. Xatırladım ki, turuzm şirkətləri ilə olan əməkdaşlıq nəticəsində belə qərara gəldik ki, Musiqili teatr turizm marşurutuna daxil edilsin, mədəni turizmin inkişafında da rol oynasın. Biz eyni zamanda Cümhuriyyətin 100 illiyinə hazırlaşırıq. Bildiyiniz kimi Musiqili teatr Milli Teatr günündə "Nuri-didə Ceyhun” tamaşasını təqdim etdi. Tamaşa böyük uğur qazandı. Düşünürəm ki, bu tamaşa Cümhuriyyətimizin 100 illiyinə ən böyük tövhədir. Qarşıdan prezident seçkiləri gəlir, 11 Aprel Azərbaycan xalqının ən mühüm qərar verəcəyi gündür və hər birimizin İlham Əliyevə səs verəcəyinə inanıram. Şəxsən incəsənət adamları adından deyə bilərəm ki, onlar prezidentimizin ətrafında sıx birləşəcəklər. Xalqın sevgisi hər şey deməkdir və xalq İlham Əliyev deyir. Ona görə ki, İlham Əliyev prezidentliyi dövründə gördüyü işlərlə xalqın sevgisini qazana bilib və onun görüləcək işləri hələ çoxdur...                        

Mart 29, 2018 16:48

Aysel Qəlbinur: “Təbabətin qiyabi tərəfi olmur”

Tibbin ən önəmli sahələrindən biri olan Oftalmologiya – göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasından ibarət bir sahə hesab olunur. Əslində insanın vücudundakı bütün orqanlar kimi  göz də  görmə funksiyasını təmin edən duyğu orqanıdır. Sanki bütün işıq sistemini özündə birləşdirən, Yaradan tərəfindən yaradılan bu gözəl dünyamızı seyr etmək və seyr etdikcə zövq almaq məhz görmə funksiyasını təmin edən duyğu orqanı hesabına başa gəlir. Həyatın bütün gözəlliklərin məhz bu duyğu orqanı vasitəsilə görmək böyük xoşbəxtlik olduğu qədər də bu həssas nöqtədə yaranan hər hansı bir problem insanı narahat edə bilər ki, bu zaman da göz həkiminə müraciət etmək qaçınılmazdır. Bütün bunları nəzərə alaraq xeber100.com saytının bu dəfəki müsahibini həkim seçirik. Beləliklə müsahibimiz tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Aysel Qəlbinurdur. TANITIM:  Aysel Qəlbinur 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ilden ATU-nun göz xəstəlikləri kafedrasında çalışır. Moskva, RTEA-nın Elmi Tədqiqat Göz xəstəlikləri institutunda Rekonstruktiv mikrocərrahiyə şöbəsində elmi çalışmalarını davam etdirerek, eksperimental-kliniki mövzuda namizedlik dissertasiyasını müdafiə edib. ATU-nun göz xəstəlikləri kafedrasının baş laborantı, assistenti vəzifələrində çalışıb.Hal-hazırda kafedranın dosentidir, pedaqoji fəaliyyətini davam etdirir. Avropa Oftalmologiya Cəmiyyəti tərəfindən təsis olunan “2008ci il Təhsil Qrantı” qazanmış, İngiltərə, London, “Mörfilds Göz klinikası”nda “Pediatrik oftalmologiya və Strabismus” bölümündə ixtisas artırma kursu, İsveç, Stokholm, St. Erik Göz Klinikasında, Gözün ön şöbəsi, cərrahiyəsi üzrə ixtisas artırma kursu keçmişdir. İstanbulda, gözün ön şöbəsi, refraktiv cərrahiyə üzrə ixtisas artırma; Ankara Elmi Tedqiqat İnstitutunda Pediatrik Oftalmologiya ve Çepgözlük üzre ixtisaslaşmışdır. Eyni zamanda bir sıra beynəlxalq simpozium, kongreslərin iştirakçısı, məruzəçisidir. - Oftalmologiya tibb dünyasında ən çətin, bəlkə də ən həssas bir sahə hesab olunur. Bu həssas peşənin sirrini bir qədər açardınız? - Peşəmizi bizim nəzərimizdən dəyərləndirdiniz. Bildiyimiz kimi təbabətdə sirrlər sonunadək cözülməyib. Əgər çözülsəydi, yəqin ki, bizlər də olmazdıq. Biz həkimlər eyni zamanda araşdırmaçıyıq. Əgər peşəmizin həm teoretik, həm kliniki bilgisinə sahib olmasaq, o zaman bu yolda irəliləmək o qədər də asan olmazdı. Demək olar ki, hər gün öyrənirik və hər dəfə də öyrəndiklərimizə bir şeylər əlavə edirik ki, nəticədə də dünyadakı tibbi prosesləri izləyərək getdikcə artan inkişaf prosesinin bir növ iştirakçısına çevrilirik. Əlbəttə ki, bütün bunlar hamısı pasientlerimizi maraqlandıran suallara doğru-düzgün cavab verməyə xidmət edir. - Göz xəstəliklərinin diaqnostikası, müalicəsi ilə məşğul olmaq böyük məsuliyyət tələb etməklə yanaşı, geniş bilgi, savad, peşə sevgisi də tələb edir. Bu peşəni seçmək çətin olmadı ki? - Əgər desem ki, uşaqlıqdan tibbə marağım olub, məsələn gəlinciklərimə oyuncaq iynə vururdum və s. o zaman bu, doğru olmaz. Bütün uşaqlar necə, mən də elə böyümüşəm, dünyadan xəbərsiz, sadəcə uşaq dünyamda olaraq. Baxmayaraq ki, həkim ailəsində doğulmuşam, ancaq bu sənəti seçməyimdə ailəmin hər hansı bir rolu olmayıb. Tamamilə öz arzuma əsasən, hətta arzudan daha çox məqsədli şəkildə bu sahəni seçdim, baxmayaraq ki, tibb çətin bir sahə hesab olunur, ancaq hər cür çətinliklərinin öhdəsindən gələrək, öz yolumla addımlamağa çalışıram. Tibb çətin olduğu qədər də həssas bir sahə hesab olunur, burada həkim-xəstə münasibətlərinin necə qurulması bəlkə də işin başlanğıcı hesab olunur. Belə bir ifadə var ki, “Əgər xəstə həkimlə ilk söhbətdə özünü yaxşı hiss edirsə deməli o əsl həkimlə qarşılaşıb”.Əslində bu fikir eyni zamanda həkimlərə də aiddir ki, həkim xəstəsində inam hissi aşılamalıdır. Bütün bu proseslər xəstəliyin aradan qaldırılmasında hər iki tərəfə kömək edəcək. Önəmli bir məqmam toxunmaq istərdim ki, hər eyniadlı xəstəlik özünü müxtəlif insanlarda eyni apara bilmir. Teklif olunan müalice vasitəsində belə fərdi yanaşılmalı, pasientin həyat fəaliyyetinə uyğunlaşmaq lazımdır. Məhz buna görə deyirlər ki, təbabətin qiyabi tərəfi olmur. Yəni xəstəni görmədən suala tam cavab vermək mümkün deyildir. - Qeyd etdiniz ki, eyniadlı xəstəlik özünü müxtəlif insanlarda eyni apara bilmir. Əslində insan xarakteri müxtəlif olduğu kimi orqanizmlır də fərqlidir. Bu baxımdam müalicə metodlarının fərqli olması üçün tibb hansı yeniliyi ortaya qoyur? - Əslində müalicə metodları heç də fərqli olmur. Burada sadəcə taktika dəyişir. Burada xəstənin yaşadığı ərazi, iqlim, peşəsi, gündəlik fəaliyyəti böyük rol oynayır. Ümumiyyətlə biz həkimlər ilk növbədə pasientlerimizin həyat hekayəsini sorğulamalıyıq. Bəzən konkret yaş intervalında rast gelinən göz patologiyası xəstədə tamamen fərqli yaşda meydana gelir. Qida allergiyası, irsi problemleri, ailesinde, doğmalarında olan göz xəstəliklərinin səbəbini soruşmaq lazım gəlir. Ola bilsin ki, bu sorğumuz xəstələrimizin təəcübünə və ya etirazına səbəb ola bilər, ancaq xəstəni inandırmaq lazımdır. Xəstə-həkim münasibətlərində məhjz inam rol oynayır və bu da xəstəliyin tez bir zamanda aradan qaldırlılmasına kömək edir. - Tibbdə olan yeniliklər bəzən əks təsirlər yarada bilər. Xəstənin orqanizmi yeniliyə qarşı çıxa bilər. Belə bir vaxtda nə tələb olunur? - Bildiyimiz kimi tibbdəki yeniliklər, ümumiyyətlə isə yeniliklər ilk növbədə eksperimentlərdən keçir. Və bu prosesdən sonra pasientlərə tetbiq edilme arenasına çıxa bilir. Eksperimentlər toxumalar üzərinde aparılır. Sonra klinikaya tətbiq edilir, uzaq zaman nəticələri müqayisə olunur. Bu pillələri keçdikdən sonra  araşdırmaları bitirib üsulun tətbiqinə geniş şəkildə başlayırıq. - Yeri gəlmişkən, tətbiq olunan dərman maddəsidir, cərrahi üsuldur? - Onlar da öz növbəsində həm həkim, həm də pasient sarıdan seçiciliyə malikdir. Məs. Cərrahi üsul: Xəstəmiz yaxşı görmək üçün eynək korreksiyasını, kontakt Linzanı ya eximer lazer əməliyatını seçməli? Bunların hansı onun göz qişalarına uyğundur, bütün bunlar həkim tərəfindən dəqiqliklə başa salınmalıdır. Bu o deməkdir ki, həmin vasitələri yalnız oftalmoloq seçməlidir. Dərman maddesi: yaş, keçirilmiş xəstəliklər, hal-hazırda istifadə etdiyi preparatlar ve s. Dərmanların tərkibi, təsir mexanizmi, bir- biriyle istifadə icazəsi həkim tərəfindən məlumatlandırılır. Təbii ki, bir müalicə üsuluna tabe olmayan xəstəliyə alternativ olan digərini tətbiq edirik. - Yaşadığımız əsr internet əsri olduğuna görə kompüter, əl telefonları və s. həyatımızın ayrılmaz hissəsinə çevrildi. Belə bir məqamda gözlərimizi qorumağı unutduq. Göz həkimi kimi nələri məsləhət edərdiniz və ya hansı qadağalar olmalıdır ki, nəticədə də gözlərimizi qoruya bilək? - Bu vasitələrdən istifadə, hər öz üzərində çalışan şəxs üçün qaçınılmazdır, əgər həqiqətən də inkişaf üçündürsə. Bizlər ilk növbədə buynuz qişanın nəmləndirici damlalarını, monitor qoruyucu göz damcılarını, və pasientin arzusu ile monitor zərərini azaldan eynəkləri məsləhət görürük. Uşaqlara hər 20 dəqiqədən bir istirahət vermək lazımdır. Əgər uşaqların acışma, gicgah ağrısı ve s şikayətləri bu müddətə davam edərsə, o zaman həkimə müraciət olunmalıdır. Əsasən görmə tənbəlliyi olan uşaqlar üçün xüsusi monitor proqramlarımız var. Onlara bu vasitələri tamamilə qadağan etmirik. Əksinə professional şəkildə alınan məşqlər görmənin bərpasına gətirə bilir. - Qida allergiyasından bəhs etmişken, son illər allergiyadan əziyyət çəkənlərin sayı artmağa başlayıb. Sizcə qida allergiyasından qorunmaq üçün nələr tələb olunur? - Bilirsinizmi, ekoloji durum, sabit olmayan havalar müqavimətin yenməsinə gətirib çıxarır ki, nəticədə də mikroorqanizmlər, viruslar, bakteriyalarla mübarizə də zəifləmiş olur. Bunlarla bərabər ortaq allergenlərimiz mövcuddur: toz hissəcikləri, ev heyvanları, zərərli gəmiricilər, polenlər, göbələklər və qidalanmamız. Qida məhsullarına inək südü, yumurta, soya, fıstıq, fındıq, balıq, dəniz məhsulları və s. daxildir. Qorunmağımız üçün ilk növbədə yediklərimizin gigiyenik şəraitdə hazırlanmasına, yeni olmasına əmin olmalıyıq. Göz xəstəlikləri baxımından isə əsasən yaz aylarında özünü büruzə verən allergik mənşəli göz patologiyalarını qeyd etmək olar. Bu xəstəliklər sadəcə qırmızı göz və qaşınma şikayətləri ilə kifayətlənməyib, gözlə görünməyən ağır fəsadlarla irəliləyərək görmə itkisinədək gətirib çıxara bilər. Müalicəsinə isə əsasən orqanizmdən toksinlərin kənarlaşması, həzm sisteminə, yiyecəklərə nəzarətlə və geniş oftalmoloji profillə yanaşmalıyıq. Bu səbəbdən də biz hətta pasientlerimizə hansı qidaları məsləhət görülüb, hansılardan qaçınılması gərəkdiyini özündə əks etdirən cədvəllər də təqdim edirik. - Bir qədər də göz üçün istifadə olunan linzalar, onların gözə nə dərəcədə xeyirli olması və ya əksinə zərərindən danışmağı təklif edərdim. - Maraqlı məqama toxundunuz, eyni zamanda geniş bir mövzudur. Öncəliklə bir həkim kimi o sahədə də dünya ölkələrində ixtisaslaşmışam. Əslində geniş sərhədlərə malik bir mövzunun xülasəsini diqqətinizə çatdırmağa çalışacağam. Qeyd edim ki, gözün refraksiya anomaliyalarını (yaxın və uzaqgörmə patologiyaları) düzəltmək üçün eynəklərə alternativ olaraq gözün buynuz qişasına kontakt linzalar qoyulur. Kontakt linzalar optik məqsədlə, kosmetik (fərqli rəng), və müalicə məqsədi ilə tətbiq olunur. Rəngli linzaların isə öz növbəsində görmə qüsurlarını düzəltmək üçün də çeşidləri vardır. Pasientlərin bilməsi vacib olan məqam: linzalar tam bir göz müayinəsindən sonra təyin olunmalıdır. Çünki onlar ilk növbədə eynəkləri əvəz etmək üçün təyin edilir. Buynuz qişanın səthi və əyrilik radiusu adlı parametri çox vacibdir. Nəticədə oftalmoloq tərəfindən linzanın növü, nömrəsi, istifadə müddəti qeyd edilməlidir. Hələ ki, ilk istifadə edənlər üçün bu diqqətə layiq məqam sayılır. Kontakt linzalara qulluq vacibdir. Saxlanılan mayesi mütəmadi dəyişdirilməli, əllər uzun dırnaqlarla, ətirli, və ya əldə pambıq parçalı vasitələrlə olmamalı, gigiyenik qaydalara əməl edilməli, göz səthinə travma vurmamağa çalışılmalıdır. Bu sahədə aldığımız ixtisaslaşma ilə bərabər uşaqlarda da linzaların təyinini qeyd etmədən keçə bilmirəm. Günümüzdə kontakt linzaların kosmetik məqsədindən vacib isə yeniyetmələrin fərqli refraksiya qüsurlarında, onlara eynək təyinatı diskomfort yaratdığında, azyaşlılarda katarakta əməliyyatından sonra müvəqqəti əvəzedici istifadəsidir. Lakin uşaqlarda linzaların dezinfeksiya şərtləri, qırmızı göz, sulanma, batma və s kimi ağırlaşa biləcək əlamətlərin erkən müalicə olunması qalıcı görmə qüsurlarının yaranmasının qarşısını ala bilər. Nəticədə doğru göstərişlə, zamanında təyin edilən kontakt linza korreksiyası hər yaşda məqsədəuyğundur. SON SÖZ ƏVƏZİ:Oftalmoloq Aysel Qəlbinur ilə müsahibə sırasında onun bir həkim kimi geniş məlumatına, savadına, mədəniyyətinə heyran oldum desəm, yanılmaram. Hər  zaman qaynar iş tempi ilə çalışan həkim, vaxt məhdudiyyəti ilə əlaqədar mətbuatdan uzaq qalıb. Artıq Aysel xanım siz dəyərli oxucularla mütəmadi görüşməyi düşünür və sizləri maraqlandıran suallara cavab verməyə hazırdır. İnanırıq ki, oftalmoloqun dəyərli məsləhətlərindən yararlana biləcəksiniz.

Mart 28, 2018 15:33

Eluca Atalı: “Azərbaycanla zarafat etməyin, onun mahiyyəti böyükdür”…

Azərbaycanın diaspor nümayəndəsi Eluca Atalı uzun illərdir ki, Stokholmda yaşayır. Millətin və ölkənin adına genişmiqyaslı fəaliyyət göstərən yazıçının  18 kitabı çapdan çıxıb. Onun son işıq üzü görən "Tiqranizm Xocalıda" kitabı son bir neçə ayda geniş müzakirə mövzusuna çevrilib. Xatırladaq ki, əsərdə ermənilərin əsrlərboyu türklərə qarşı etdikləri xəyanət və amansızlıq tarixi faktlar əsasında təqdim olunub. Eluaca Atalı ilə Bakı səfəri zamanı görüşüb geniş söhbət etdik. xeber100.com üçün hazırladığım müsahibənin əsas mövzusunu dünya ölkələrində olan diaspor təşkilatların fəaliyyəti təşkil edir. -Uzun illərdir vətəndən uzaqlarda yaşasanız da fəaliyyətinizə bir an olsun ara vermədiniz. Necə bilirsiniz dünya ölkələrində səsiniz və ya səsimiz eşidilirmi? -Əvvəla deyim ki, bu müsahibədə hər şeyi öz adı ilə çağırıb, düşündüklərimin hamısını deyəcəm. Siz çap etsəniz də, etməsəniz də bunu edəcəm. Birincisi, mən siyasətçi deyiləm, ruhaniyyatçıyam, Asif Ata bizi belə öyrədəb. İcazəli qəhrəmanlıq olmaz! İkincisi, heç kimdən, heç nədən umacağım olmadığından, yəni, imtinanı bacaran birisi olduğum üçün istənilən yerdə, istənilən zamanda birbaşa söz deyə bilirəm. Bir yazarla siyasətçinin fərqi də burdur, yazarın uçuş səması siyasətçininkindən çox genişdir, əngindir. Siyasətçi səmada qol-qanad açmaqdan ötrü gərək hökmən ona qarşı süzəni vurub özünə yol aça, yoxsa qollarını tam gərə bilməz, səmasını qarşıdakı daraldır. Amma yazar mənəviyyat adamıdır, özünü dərk edib mənəviyyatını, ruhunu çirkabdan təmizlərsə, onun azad uçmasında maneə ola bilməz. Düşünürəm, məsələnin bir tərəfin açmış oldum. Həm də bununla istərdim ki, oxucular bilsin ki, kimlə söhbət edirlər. Bu baxımdan düşünürəm ki, fəaliyyətimə ara verməyə haqqım yoxdur, həm də az qala bütün dünyanın üstümüzə gəldiyi bir məqamda. Minimal məişətlə kifayətlənib, yaradıcılığa və ictimai fəaliyyətə vaxt ayırmağı özümün yurddaşlıq borcum hesab edirəm, çünki vətənim hər mənada talanıb və bu soyğunçuluq davam etməkdədir. Belə olan halda, özümə haqq qazandırmıram ki, bozbaş bişirməklə qadınlığımı və insanlığımı bitmiş hesab edim. Və həm də istedad səninki deyil, fitrətdir, niyə də bu vergi vətənimə, yurduma sərf olunmasın ki? Dünya ölkələrində səsimizin eşidilməsinə gəlincə, bu tək mənə yox, bütün 50 miljona aid olduğundan bu məsələyə baxışım bir qədər başqa olacaq. Birinci, canımızda olan etinasızlıq, qəhrəmanlığı hamının yanındakından gözləməsi prinsipi elə bil bizə hakimdir. Ən nifrət etdiyim "bu məsələnin zamana ehtiyacı var" ifadəsidir. Bunu işlədənlər acizlərdir. İşlədənlər çoxaldığından deyirəm, acizlik artıb. Bu da o deməkdir ki, millətin özünə inamı qırılıb. Dünyaya səsin çatdırılmasının bir neçə yolu var - siyasi, mədəni, ədəbi... Mənimki ədəbi yol olduğundan öz sahəmlə başlayacam və həm də deməliyəm, ədəbi yol bağırtı ilə olmur, pıçıltı ilə olur hardasa, yəni, hay-küysüz beyinlərə hökm edirsən. Təəssüf edirəm, hələki ədəbi yolda bunu edə bilməmişik. Hansı romanımız var Qarabağ problemin, Xocalı faicəsin dünyaya tanıtmaq səviyyədə yazılsın. Açığını bilmək istəsəniz, bugünkü ədəbiyyatımızdakı nəsrin boyu çox balacadır, lap lilliput kimi. Məhz nəsri deməkdə məqsədim odur ki, bir ölkənin problemi nəsrlə qələmə alına bilir. Hamı sevgiden yazır, elə bil bu millətin Qarabaq, Güney Azərbaycan, minalanmış torpaq dərdi, əkilməməkdən vəhşiləşib ilan-şayan mələşən yurd yeri, işsizlik və s. yoxdur. Süleyman Rüstəmin dili ilə desək: Cənnət görmək istəyən Azərbaycana gəlsin!" Və ona görə gəlsin ki, "El azaddır, dil azaddır, azad sazlarda tel azaddır!" -Sizcə dünya ölkələrində olan diaspoir təşkilatlarımız Azərbaycanı, Azərbaycançılıq ideyalarını kifayaət qədər təbliq edə bilirlərmi? -Diasporamız Azərbaycançılıq ideyasına tam sahibdirlərmi? Biz ilk növbədə bu suala cavab verməliyik. Əgər diasporada fəaliyyət göstərənlərin əksəriyyəti keçmiş kommunistlərin tör-töküntüsüdürsə, əsasən, hamısını bura şamil etmirəm, çünki bu qurumda saf insanlar var, onların Vətən, yurd sevgisindən vicdansızcasına bəhrələnirlər və ya xüsusi təyin edilmiş adamlardırsa, onda məlum məsələdir diasporada Azərbaycançılıq ideyasını anlayanların vəziyyəti hansı dərəcədədir və ya Azərbaycanın mahiyyətin bunlar anlayırlar. Asif Atanın bir fikri var, deyir: "Azərbaycanla zarafat etməyin, onun mahiyyəti böyükdür". Təəssüf edirəm, bu gün bütün sahələrimizdə olduğu kimi, bu başıbəlalı diaspora sahəmiz də şou səviyyəsinə gətirilib. - Əgər yetərincə təbliğ olunuruqsa o zaman niyə Qarabağ probleminin həllində hələ də bir irəliləyiş yoxdur? -Heç bir siyasi partiya -- yaşadığımız ölkədən gedir söhbət, bizi təhvil almır, çünki böyük say olduğumuzu göstərə bilmirik. Bunun da köklü səbəbləri var. Yaşadığımız ölkələr əksər hallarda yalnız mədəni fəaliyyət göstərməklə kifayətlənirik. Ona görə də yaşadığımız ölkələrdə nə deputat kimi parlamente gedib çıxa bilirik, nə də nazirlər kabinetinə.Təsəsvvür edin ki, bir isveçli deputatın arvadı ermənidir, onun vasitəsi ilə ermənilər saxta material verib kitablar yazdırırlar... -Sözünüzdən belə çıxır ki, Azərbaycan diasporasının işi o qədər də qənaətbəxş deyil. Necə bilirsiniz, diaspor təşkilatın adıyla saxta işlər quranlar var? -Saxta iş quranlar var deyirsiniz, mənsə deyirəm, saxta iş qurmayan varmı diasporada? Gəlin buna aydınlıq gətirək. Əslinə qalsa diaspora vətən və millətlə bağlı ətrafında baş verənlərə reaksiya bildirməli və idarə etməlidir hadisələri, yaxşı bir məcraya yönəltməlidir. Lakin bizdə əksinədir, diaspora idarə olunur. Bu səbəbdən də diaspora lazımı işi görə bilmir. Müstəqil olmayan bir qurum hansı işi görə bilər, sizcə? Sözdə, düşüncədə, əməldə müstəqil, azad olmaq tək fərdə aid deyil, quruma da şamil edilir, ilk növbədə diaspora kimi xaricdə gərəkli bir quruma. Qurum fərdlərdən yaranır, təəssüf, fərdlərimiz təmənnadan, şəxsi mənfəətlərindən asılıdılar. Bu da ümumiləşib boyunduruq yaradır, azad əməl yetirməməkdən ötrü dediyim bu hal hələ ki, böyük maneədir. Bu hadisələri siz kənardan müşahidə edirsiniz, bəlkə də çox vaxt incəliyinə varmırsınız, amma biz xaricdə yaşayanlar bunun içindəyik. Etiraf edim ki, diaspora məsələsi sevmədiyim mövzudur. Müsahibələrimin birində demişdim "Diasporadan danışanda özümü gəlindən gileyli qaynana kimi hiss edirəm." Hər ölkədə diaspora təşkilatların birdən artıq yaradırlar bilərəkdən ki, onları bir-birinə qarşı qoysunlar, real gücü parçalasınlar. -Bir qədər də bədii yaradıcılıqdan danışaq. Bu istiqamətdə gördüyünüz işlər artıq diqqət mərkəzində dayanır. Necə bilirsiniz, bəlkə də elə siyasi fikirlər var ki, onu bədii dildə daha aydın ifadə etmək olar? -Məndən ötrü siyasətin sərhədləri çox məhduddur, onu genişləndirəcək siyasətçi hər an ehtiyatlı olmalıdır. Siyasətçi bildiyini, gördüyünü və edəcəyini tam çılpaqlığı ilə açıqlamağa qadir deyil. Yazarlıqda isə tam fərqlidir, özünü gizlətdikcə xalqdan uzaq düşürsən, oxucunu itirirsən və ya oxucu kütləsin qazanmırsan. Siyasətin səması çox balacadır, siyasətçi ətrafındakıları vurmasa, o səmada azad uça bilməz. Yazarınsa belə bir "ovçuluğuna" ehtiyac qalmır, çünki o həqiqətçidir, ruhaniyyatçıdır. Bu səbəbdən də onun biclik işlətməyinə ehtiyac yoxdur, onun bicliyi elə düzlüyüdür!!! Keçək sizin sualın canına, bəli, mən düşünürəm siyastlə deyilə bilməyən bədii əsərlə deyilə bilər. Peru yazıçısı Mario Varqas Lyosanın "Kəpənəyin ölümü" romanı, Markezin "Patriaxın payızı" diktatorun ölümünə həsr olunub, diktatura yüzə-yüz orda incəliyinə qədər bədii təsvir vasitəsi ilə gerçəklik formasında şərh edilir. Bunu hansı siyasətçi izah edə bilər yazar kimi? Siyasətçi bunu yalnız dilinə gətirə bilər bir-iki təsvirlə, lakin tam açıqlamağa qadir olmaz. Bu güc, potensiya onda yoxdur. -Bəlkə Azərbaycan həqiqətləri faktlara əsaslanan bədii tarixi əsərlərlə daha asanlıqla dünyaya çatdrılıa bilər? -Sizin dediyiniz yolla, faktlar əsasında gerçək tarixi bədii yolla yazmaq, göstərmək kimi əsrlərin sınağından çıxmış formanı "Tiqranizm Xocalıda" kitabımda verdim. Həqiqəti bu yolla çatdırmaq asandır, gəl ki, çatdırmaq istəyin olsun. İstək və metod üst-üstə düşəndə bəhrəsi yaxşı olur. -Zənnimcə dünya ölkələri bizi tam olaraq tanımır, tanısalar necə haqsızlığa məruz qaldıqlarımızın şahidi olarlar. Bəlkə də özümüzü dünyaya bədii dildə, bədii təsvir vasitələri ilə tanıtmalıyıq... -Tanımırlar, yoxsa tanımaq istəmirlər və ya biz özümüzü nə dərəcədə təqdim edə bilmişik dünyaya? Əvvəla deyim ki, yaxın şərq ölkələrini çıxmaq şərti ilə dünyada Azərbaycan ədəbiyyatı deyilən bir anlayış yoxdur. Xüsusi avropa, qərb türkoloq, şərqşünaslarının ədəbiyyatımızla bağlı bilgisini qoysaq kənara, demək olar ki, geniş oxucu kütləsinin ədəbiyyatımız haqda qəti bilgisi, məlumatı yoxdur. Oxucu kütləsi ədəbiyyat haqda olan elmi əsəri və ya ədəbi təhlili oxumur, onun dünyagörüşünə uyğun bədii əsəri təqdim edəndə oxuyur, təqdim etməzsən axtarıb oxumaz və ya məlumatı olmadığı hadisə barədə durub ədəbiyyat axtarmaq arzusunda olmaz. Onsuz da bu gün dünyada o qədər informasiya var ki, adam ona təqdim edilənlərin hamısını oxuya bilmir. Marağına uyğunu seçib oxuyur. Bu səbəbdən də biz tarixi dərdlərmizi və bu günümüzdə olan problemlərimizi duyğusal yox, doğru təhlillərlə xarici oxuculara çatdırmağı bacarmalıyıq. "Azadlıq hekayələri", "Bir udum azadlıq", "Tiqranizm Xocalıda" kitablarımda tariximizlə bağlı hadisələr bədii biçimin alıb. Mənə bir qədər qəribə gəldi İsveç yayınevinə əsərlərimi göndərərkən onların "Heykəllər niyə danışmır" hekayəmi seçmələri. 20 Yanvar hadisəsindən sonra bir ananın  qucağında tutduğu yaralı körpəsi ilə bağlı yoldan keçən bir uşağın heykələ baxıb onunla yol gedən yetkin adamdan sorğu-sual etməsi bu hekayenin məğzini təşkil edir. İsveçlilərin bu əsəri seçməsindən sonra arayıb baxıb gördüm ki, nəinki uzaq, yaxın tariximizlə belə biz heç nəyi özümüzdən kənara sızdıra bilməmişik....          

Mart 13, 2017 15:46

“Pantomim Teatrında bütün zövqlərə cavab verəcək tamaşalar hazırlanır”…

1994-cü ildə Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yarandı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərməyə başladı. 2000-ci ildə isə  “Dəli yığıncağı” pantomim teatr-studiyasına Dövlət statusu verilib. Onu da qeyd edək ki, Pantomim Teatrı, Azərbaycan teatr tarixində yaranan ilk pantomim teatrıdır.  Teatrın əsasını qoyan xalq artisti artisti Bəxtiyar Xanızadə ilə Pantomim Teatrının yaranması üzərində geniş bir müsahibə hazırladıq. -Pantomim Teatrının yaranmasında, teatrlar içində özünə məxsus dəst-xətti ilə seçilməsində sizin rolunuz əvəzsizdir. Deyəsən, bu teatrı yaradana qədər uzun bir qol qət etmisiniz? -1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsində təhsil aldığım zaman Adil İsgəndərovdan sənətin sirlərini öyrənmişəm. Həmin illərdə bildiyiniz kimi həm “Qərib cinlər diyarında” filminə çəkildim və bu film yaradıcı fəaliyyətimdə böyük rol oynadı. Həmin ərəfədə Vaqif İbrahimoğlu Teatr Xadimləri İttifaqında eksperimental bir studiya açmışdı və bizlər həmin studiyada tələbəlik illəırindən çalışmağa başladıq. Etiraf edim ki, bu studiyada çalışmaq mənim teatra olan baxışımı tamamilə dəyişdi. Vaqif İbrahimoğlu ilə bir sıra səhnə əsərlərində birgə çalışdıq, onun quruluş verdiyi əsərlərdə aktyor kimi maraqlı rollara imza atdım. -Belə çıxır ki, tələbəlik illərində artıq aktyor kimi formalaşmağa başlamışdınız... -Başqa cür də mümkün deyildi, çünki elə sənətkarlardan sənətin sirlərini öyrənirdik ki, onların sənət haqqında olan fikirləri bizlər üçün böyük bir məktəb idi. Təhsilimi bitirdikdən sonra təyinatla Gəncə Teatrına göndərildim və 3 il orda böyük həvəslə fəaliyyət göstərdim. O illərdə Bürcəli Əsgərov, Barat Zülfüqarov, Ələddin Abbasov və b. sənətkarlar fəaliyyət göstərirdi və onların hər birindən sənətin bütün xırdalıqlarını öyrənirdim.  Bu da o demək idi ki, sənətlə bağlı olan məlumatlarım getdikcə daha da artırdı. Hətta bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında da çalışdım, sonra "Azərbaycanfilm" kinostudiyasında çalışdım, ancaq hiss etdim ki, kinostudiya məni qane etmir, ordan uzaqlaşdım.  Hiss edirdim ki, məni heç nə qane etmir.  Vaqif ibrahimoğlu ilə çalışdığım zaman sənətdə gördüyüm dadı artıq axtarmağa başlamışdım. Bu artıq anlamaq və axtarmaq prosesi idi. Heç kim o qidanı mənə təqdim etmədiyi  üçün mən heç bir yerdə qərar tuta bilmirdim və nəhayət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başladım. O vaxt artıq 25 yaşında idim. Pedaqoji fəaliyyət mənim özümü dərk etməmdə, sənətin xırdalıqlarını daha aydın şəkildə anlamamda yardım etdi. Pedaqoji fəaliyyətlə məşğul olduğum zaman şəxsən rektor Aslan Aslanovun dəstəyi ilə çoxdankı arzuma əsasən Leninqrad(indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasında təhsil aldım. Bəxtim onda gətirdi ki, Leninqradda güclü sənətkarlardan dərs aldım, eyni zamanda pantomima tədqiqatı ilə yaxından tanış oldum. Leninqradda təhsil aldığım illərdə əcnəbi ölkələrdən gələn teatr kollektivlərinin tamaşalarına baxmaq da artıq məni düşündürən, sanki ardınca aparan o fikirlərə təkan verdi. 1987-ci ildə Bakıya döndüyüm zaman artıq tələbələrimə bir qədər fərqli baxmağa başladım, tələbələrin içindən artıq seçim etməyə başlayırdım və hiss edridim ki, öz teatrımı yaratmanın zamanı gəlib çatıb. Yenə də bəxtim gətirdi, Nəsir Sadıqzadə öz kursuna tapşırdı ki, “Bəxtiyarın ətəyindən möhkəm tutun”. Onun kursunda təhsil alanlardan hazırda teatrın direktoru Elman Rəfiyev, “Aktrisa” filminin rejissoru və bir çox serialların rejissoru Rövşən İsax, “Soy” kampaniyasının rejissoru Siyavuş Hüseynlinin adlarını çəkə bilərəm. Seçim etdiyim bu uşaqlarla teatrın ilk addımlarını atmağa başladıq. İnstitutda gecələr məşq edirdik, elə olurdu ki, bizi gecələr ordan qovurdular. Ancaq bəxtin gətirdisə onun qarşısısnı almaq mümkün deyil. Gənc Tamaşaçılar Teatrının direktoru Kamal Əzizov haqqımda eşitdi və məni yanına çağıraraq  iş təklifi etdi. Təklifi bir şərtlə qəbul etdim ki, tələbələrimə də şərait yaradılsın. Razılaşdı, 10 nəfər aktyoru ştata qəbul etdi və beləliklə də fəaliyyətə başladıq. -Baxmayaraq ki, 90-cı illər ən ağır illər idi, xüsusilə sənət dünyası ağır bir böhran yaşayırdı, ancaq məhz həmin illərdə Dəli yığıncağı formalaşmağa başladı... -Məhz o çətin illərdə Dəli yığıncağı formalaşmağa başladı. əslində o dövrdə qarşıma çıxanların hər biri mənə dəstək verdi. Həsənağa Turabovun da adını xüsusilə çəkmək istərdim. O dövrdə H.Turabov monotamaşalar festivalı keçirirdi. Bir haşiyə çıxmaq istərdim. Hələ Dəli yığıncağını yaratmamışdan əvvəl Vaqif İbrahimoğlunun teatrında bir aktyorun ifasında təqdim olunan “Ümid” adlı tamaşa hazırlamışdım.  Bu tamaşa Azərbaycan teatr sahəsində yaxşı mənada sanki bir çaxnaşma yaratdı. Tamaşa Ufada keçirilən festivalda Qran-Pri də qazandı. Bu hadisədən 20 il sonra biz Misirdə olarkən Ukrayna teatrlarından olan bir neçə nəfərlə tanış olduq, hardan gəldiyimizlə maraqlandılar. Biləndə ki, Azərbaycandan gəlmişik, o zaman 20 il öncə baxdıqlar, Qran-Priyə laqig görülən “Ümid” tamaşasından bəhs etdilər, çox bəyəndiklərini, hətta uzun illər keçməsinə baxmayaraq hələ də o tamaşanı unutmadıqlarını söylədilər. Sözümün canı odur ki, Həsənağa Turabova təklif etdim ki, Pantomima festivalı keçirək. Öncə etiraz etdi, görəndə ki, israr edirəm, o zaman bütün cavabdehliyi mənə verdi, festivalın bədii rəhbəri təyin olundum. Beləliklə də maddi dəstək Həsənağa müəllim tərəfindən, cavabdehlik isə məndən olmaq şərtilə festivalı keçirdik.  7 tamaşa hazırlandı, festival həqiqətən səs-küyə səbəb oldu. Festivalda iştirak edən Mədədniyyət və Turiqz nazirinin müavini Ədalət Vəliyev tamaşaları yüksək qiymətləndirdi və təklif etdi ki, bunu teatr studiya şəklinə salaq. Beləliklə də göstəriş verildi və “Dəli yığıncağı” fəaliyyətə başladı. Sonra dövlət statusu verildi, sonra bina ilə təmin olunduq. -Pantomim Teatrı dövlətin, ictimaiyyətin diqqətində dayana bildi. Əslində Pantomim Teatrı bir növ dəli sözünün arxasında gizlənərək bir çox önəmli fikirləri aça bildi...Bu bir siyasi gediş idi, yoxsa? -Səbəbsiz heç bir şey yoxdur. O dövrdə mənim teatra artıq şəxsi bir münasibətim var idi, teatrda baxışım fərq   li idi. Belə bir tendensiya var idi, Dram Teatrı ancaq dramatik tamaşalar, Opera və Balet ancaq opera və balet,  Musiqili Komediya ancaq musiqili komediyaya aid tamaşalar, Kukla Teatrı sadəcə kukla tamaşaları və s. hazırlaya bilərdi. Mən bunu heç cür anlaya bilmirdim. Həmişə demişəm, yenə də təkrar edirəm, mənim üçün teatr qida ocağıdır. Necə ki, restoran qida ocağı olduğu kimi, necə ki, restoranda menyuya baxaraq ürəyin istəyən yeməyi seçmək imkanın var, eləcə də teatr mənəvi qida ocağı olmalıdır. Teatra gələn tamaşaçı repertuardan ürəyi istəyən tamaşanı seçib baxmaq imkanına malik olmalıdır. Əgər ürəyim istəyən tamaşa yoxdursa o zaman başqa bir teatra üz tuturam. Bu baxımdan Pantomim Teatrında yarandığı gündən bütün zövqlərə cavab verəcək tamaşalar hazırlanır. Uşaqlar üçün, böyüklər üçün də tamaşalar var, şou əyləncə var, pantomim balet var, psixoloji tamaşalar var, sözlü, sözsüz tamaşalar da var, əcnəbi əsərlər də var və s. O vaxtı buna qarşı bir qadağa da var idi. O zaman mən belə bir fikir söylədim ki, “qardaş dəlidən başqa nə gözləyə bilərsiniz ki, dəlidir də nə istəyir edir”. -Ancaq “dəlidən doğru xəbər” deyilən bir fikir də var, hər halda nahaq yerə işlədilmir... -Onun üstündə dayanmırdılar, deyirdilər ki, “Əşi Bəxtiyardı də dəli yığıncağl yığıb dəlilik edir”. Beləliklə də illər keçdi və teatrımız daha da formalaşdı. -Bildiyim qədərilə sizin aktyor tərbiyə üsulunuz da çox fərqlidir... -Stanislavski məktəbi böyük məktəbdir və hər zaman da tələbələrimə o məktəbi öyrənməyə dəvət edirəm. Çünki bünövrə olmadan heç bir şey etmək olmaz. Bünövrən varsa hara istəyirsən gedə bilərsən, nə zaman yolunu azdın o zaman yenidən bünövrəyə dönə bilərsən. Bünövrə olmayanda insanın konkret yolu da ola bilməz, çünki nə edəcəyini, hara gedəcəyini dəqiq olaraq müəyyənləşdirə bilmirsən. Mənə görə aktyorun “knopkası” olmalıdır. “Knopkanı” basan kimi özünü rolda görsün, yoxsa roldan çıxa bilmirəm və ya rola diqqətimi verə bilmirəm kimi fikirləri qəbul etmirəm. Teatrda bu əsas şərtdir. Tüfəngimiz dayandoldurum olmamalıdır, çaxmağı çəkən kimi atmalıdır. Bu kimi tərbiyə üsulunun nəticəsi əslində çox effektli oldu ki, nəticədə də teatrımız illərdir artıq yeni söz deməklə daha da böyük güc toplaya bilir. -Teatr kollektiviniz əsasən tələbələrinizdən ibarətdir, ancaq demək olmaz ki, hər tələbənizi də Pantomim Teatrında çalışmağa layiq bilirsiniz. Elə isə seçimdə əsas üstünlük verdiyiniz nədir? -Belə bir fikir var, əgər üzmək istəyən yoxdursa o zaman gəmini hazırlamağa dəyməz. Dənizə səyahət etməyi arzulamaq lazımdır ki, sonrakı prosesdə də gəmi hazırlamaq qərarını verəsən. Ancaq gəmi də dediyim kimi üzmək istəyən üçün lazımdır. Əsas olan budur. Bu baxımdan mən teatrla məşğul olmaq istəyənlərə ilk növbədə üstünlük verirdim. -Teatrın yaranmasından 20 ildən artıq zaman keçdi...Necə keçdi bu illər? -Ümumiyyətlə götürsək, teatr 5 ilə yaranır. 5 il yaranmadır, 5 il onun zirvəsidir, 5 il onun enişidir. 15 il teatrın özünü təsdiq edib etməyəcəyi dövrü əhatə edir. Ancaq biz artıq bu illəri arxada qoyduq,  artıq teatrın yaranmasının 23-cü ilinə qədəm qoyuruq. Bu illər ərzində deyə bildiyimin və deyə biləcəyimin cəmi 10 faizini etmişəm. Ümumiyyətlə Pantomima aktyoru tərbiyə etmək, onun beynini, ruhunu, bədənini hazırlamaq hər dəfə zaman alır. Önəmli olan odur ki, biz varıq və öz sözümüzü deyirik. Eyni zamanda fərqli zövqdə olan tamaşaçı auditoriyamız var və fərqli zövqə uyğun da tamaşalarımız var...Bir sözlə,  hələ  görüləcək işlər çoxdur...  

Fevral 7, 2017 14:12

“Çölçü” Hollivud filmlərinə olan marağın qarşısını ala biləcək

“Kino ən yaxşı təbliğat vasitəsidir” deyənlər haqlıdırlar, çünki hər bir ölkənin mədəniyyəti, adət-ənənəsi məhz kinoda öz əksini tapır, necə ki, “Çölçü” bədii filmi bir çox Beynəlxalq kinofestival  və forumlarda iştirak edərək Priz və Diplomlara layiq görüldü. Filmin rejissoru Şamil Əliyevlə quruluş verdiyi film üzərində sənət söhbəti etdik -Tənqidçilərin fikrincə, yaxşı ssenari elə yaxşı film deməkdir... -Ssenaridə hədəfə toxunan məqamların olması vacibdir. Çünki hədəfə toxunmayan məqamlar olmayan ssenaridən film olmaz. Bilirsinizmi, film  geniş məfhumdur, buna görə də müraciət olunan mövzulara diqqət etməli və mövzunun dərinliyini əsas götürmək lazımdır. Filmin mövzusu düşündürücü rol oynaya bilmirsə, filmə baxan mövzunun ardınca getmirsə o zaman film çəkməyin də bir mənası olmaz. Bu baxımdan düşünürəm ki, illərdir məni düşündürəm ssenari bir gün mütləq işıq üzü görəcək. -“Çölçü” ssenarisilə tanışlıq zamanı hansı hissləri keçirdiniz-rejissor kimi özünüzü ssenaridə, ssenarini özünüzdə tapa bildinimzi? -Bu mütləqdir. Ssenari ilə tanış olduğum zaman çox bəyəndim və dedim ki, belə bir ssenaridən imtina etmək günah olar. Çünki Allah verdiyi hər bir şeylə bir növ bizləri sınaq edir. “Çölçü” mənim sınağım idi və çox şükür ki, bu sınaqdan üzüağ çıxa bildim. -Hiss olunur ki, “Çölçü” sizi müəyyən mənada qidalandıra bilib. -Sözünüzə haqq verirəm. Doğrudan da tam olmasa da, müəyyən mənada “Çölçü” mənim kino sevgimi bir qədər təmin edə bildi, ancaq görüləcək işlər hələ qabaqdadır. -Bildiyiniz kimi hər sahədə olan islahatlar kinodadn da yan keçməyib. Sizcə islahat proqramları kinomuzun inkişafaında tam olaraq rol oynaya biləcəkmi? -Bilirsinizmi, hər bir islahat ona hesablanır ki, son məqamda kinomuz dünya kino mədəniyyətinin heç olmasa bir parçası ola bilsin. Bildiyimiz kimi ölkə başçısının Azərbaycan kinosunun inkişafı ilə bağlı bir neçə sərəncamı var. Yəni, milli kinonun yaranması ilə bağlı artıq konkret tələblər qoyulub.  Bütün bunları yerinə yetirmək biz kinematoqrafçıların üzərinə düşür. İstər məmur olsun, istər məmur olmasın, istər müstəqil film çəksin, istərsə də dövlət sifarişilə fərqi yoxdur, bu, hər birimizin qarşısında duran tapşırıqdır ki, biz Milli Azərbaycan kinosunu yarada bilək. -Necə bilirsiniz , Milli kinomuzu yarada bilmək üçün bütün qüvvələr səfərbər olunacaqmı? -Öncəliklə qeyd edim ki, SSRİ dağıldıqdan sonra müəyyən mənada kino sistemində də dağılma prosesi baş vermişdi. Çox şükürlər olsun ki, son vaxtlar bu dağılmanın qarşısı nəinki alınıb, hətta  dövlət filmlərin əksəriyyətinin çəkilməsini öz üzərinə götürüb. Yəni, dövlət kinoya maddi yardım edir, təsəvvür edin ki, kinonun maliyyəsinin 80-90 faizi dövlətin üzərindədir. Bu da o deməkdir ki, dövlətimiz Milli Kinonun formalaşması üçün əlindən gələni edir. Sözümün canı odur ki, dövlətimiz hərtərəfli şəkildə kino üçün səfərbər olub, artıq sıra bizlərdə. Biz kinematoqrafçılar da, ümumiyyətlə götürdükdə isə kino ilə əlaqəli təşkilatların hər biri də bu baxımdan səfərbər olmalıdır ki, nəticədə ürəyimiz istədiyi kimi Milli kinomuzu yarada bilək. Artıq çox şey bizlərdən asılıdır, üzərinə vəzifə düşən insanlardan asılıdır. Zənnimcə bunu xırdalamağa ehtiyac yoxdur, tutaq ki, hər hansı bir məmur bununla bağlı nə etməlidir və yaxud da başqa biri, önəmli olan hər kəs üzərinə düşəni etməlidir. Bu qədər  sadə. Şəxsən mən dövlət sifarişi ilə də işləmişəm, elə belə də işləmişəm. Hər yerdə mənim üçün bir məqsəd var ki, Azərbaycan Milli Kinosunun formalaşmasına, inkişafına xidmət etməliyik. Çünki başqa yolumuz yoxdur. Heç kim gəlib bizim üçün Azərbaycan Milli Kinosunu yaratmayacaq. Azərbaycan Milli  Kinosunu ancaq Azərbaycan vətəndaşı yaradacaq. Nə iranlı, nə rus, nə başqası gəlib Milli kinomuzu yaratmayacaq, lap gəlsə belə o özünün milli dəyərlərini gətirəcək. Və nəticədə də zərbə kinomuza dəyəcək. -Qeyd etdiniz ki, kinomuzun dövlətdən asılı olması yaxşı haldır. Ancaq  dövlətin diqqəti sadəcə kinoda ola bilməz ki, ölkəmizdə hər sahədə görüləcək o qədər işlər var ki... -Dövlətdən asılı olması odur ki, Azərbaycan dövləti kinonu incəsənət növü kimi məhv olmağa qoymur. Bir anlıq təsəvvür edin ki, kinoya müstəqillik verilib o zaman özbaşına qalan kinonun vəziyyəti necə olar? O zaman kino məhv olar. Hansı investor kinoya külli miqdarda pul qoyub onu sənət növü kimi saxlayacaq? Siz buna inanırsınız? -Çox təəssüf ki, mən də inanmıram... -Görüsünüzmü, bu bir həqiqətdir. Doğrudur dövlətimizin görüləcək işləri çoxdur, ancaq bütün bunlara baxmayaraq əgər ildə 5-6 film üçün dövlət dəstəyi varsa, bu özü böyük hadisədir. Hətta çox vaxt daha artıq filmlər çəkilir, bu heç də az göstərici deyil.  Bizim Qarabağ boyda dərdimiz var, bunu heç vaxt unutmamalıyıq. Onu da unutmamalıyıq ki, biz hələ də müharibə şəraitində yaşayan bir ölkəyik və bu vəziyyətdə olmağımıza baxmayaraq əgər dövlətimiz kinoya da sərmayə qoyursa, inandırım sizi ki, bu, çox böyük hadisədir.  Digər dövlətlərə baxın, elə bədnam qonşularımızın kinosuna baxın... -Bədnam qonşularımızın nə zaman kinosu oldu ki... -Çəkə bilmirlər axı, ildə bir film olsa belə çəkə bilmirlər. Mətləbdən uzaqlaşmayaq, SSRİ-nin tərkibində olan digər respublikalarda 1-2 film dövlət tərəfindən maliyyələşirsə bu özü böyük işdir. Doğrudur Qazaxıstanda, Özbəkistanda bir qədər fərqli situatsiyadır, yəni adlarını çəkdiyim ölkələr də artıq öz miili kinosunu yaratmaq əzmini nümayiş etdirib. Yenə də təkrar edirəm, Mili Kinonu Azərbaycan vətəndaşları yaratmalıdır. Burda söhbət heç də sadəcə  milli dəyərlər, estetik prinsiplərdən getmir, istehsal prinsiplərini əsas götürərək bu fikrə gəlmişəm. -Əslində haqlısınız. Həm də unutmayaq ki, başqa ölkələrin Qarabağ adlı dərdi yoxdur. Biz bu boyda problemlərlə kinonun inkişafı   üçün azacıq da olsa işlər görə biliriksə, deməli Azərbaycan Milli Kinonun formalaşmasına nail ola biləcək. -Son vaxtlar çəkilən filmlərimizin dünya ölkələrində səs-küyə səbəb olması, diqqəti çəkməsi və s. hamısı bunun sübutudur. Artıq filmlərimiz beynəlxalq festivallarda iştirak edir, mükafatlar qazanır. Bütün bunlar az iş deyil. -“Çölçü” də az mükafat qazanmadı, böyük uğurdu... -“Çölçü” 25 beynəlxalq festivalda iştirak etdi, ona qədər bir çox mükafatlar qazandı. “A” kateqoriyalı festivallardan tutmuş “B” kateqoriyalı festivalların əsas müsabiqələrində iştirak edib, iki baş mükafat, iki rejissura mükafatı və bir sıra digər mükafatlara layiq görülüb. -Bu çox böyük göstəricidir...Siz  daima o fikirdə olmusunuz ki, çəkilən filmlər Azərbaycanımızın dünyaya tanınmasında böyük rol oynamalıdır. “Çölçü” ilə dediyiniz fikir üst-üstə düşməyi bacardı. -Bilirsinizmi, məqsəd uğrunda mübarizə təbliğatda böyük rol oynayır. Dünya ölkələrində keçirilən festivallar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, adət-ənənəsini təbliğ etmənin ən qısa və yaxşı yoludur ki, bunu da kino vasitəsilə həyata keçirməliyik. Elə festivallar var ki, ilk dəfə orda “Çölçü” filmi ilə iştirak etdik və orda bildilər ki, Azərbaycan adlı böyük  tarixə malik bir ölkə var. -Əgər hər festivalda film 6 gün nümayiş olunursa və 3000-5000 min tamaşaçı filmə baxırsa, onların arasından heç olmasa 30-40 faizi filmdə hadisələrin getdiyi ölkə ilə bağlı məlumatlanırsa, bu böyük göstəricidir... -“Çölçü” Azərbaycan mədəniyyətinə, adət-ənənəsinə geniş diqqəti cəlb etməyə məcbur edən filmlərdəndir. 79  dəqiqəlik filmdə boş saniyə belə yoxdur. Yəni, tamaşaçı bu filmə birnəfəsə baxaraq onun üzərində geniş müzakirə apara bilər. -Necə bilirsiniz “Çölçü” bu gün Azərbayacana lazımdırmı? -Əgər 25 festivalda iştirak edərək mükafatlara layiq görülübsə və hər dəfə nümayiş olunduğu zaman Azərbaycan adını zirvəyə yüksəldibsə, deməli ölkəmizin “Çölçü”yə ehtiyacı var. Hətta düşünürəm ki, belə mövzulara geniş müraciət olunmalıdır. -Çox vaxt belə bir fikir ortaya atılır ki, ölkəmizdə çəkilən filmlər festival üçün çəkilir. Bi fikir nə dərəcədə doğrudur? -Bunun nəyi pisdir ki, söhbət o boyda təbliğatdan gedirsə biz artıq dar düşüncədən xilas olmalıyıq. Kim istəyirsə gedib filmə baxa bilər. Ancaq unutmamalıyıq ki, bizim tamaşaçının hələ kinoteatra qayıtma kimi bir problemi var. -Zənnimcə kinoteatrlarımız bərpa olunsa, fəaliyyətinə start versə  zaman tamaşaçı problemi olmayacaq. Çünki Tamaşaçı kinoteatrlarda film izləmək üçün çox darıxıb... -Etiraf edək ki, artıq bərpa işləri var, ancaq tamaşaçı Hollivud filmlərinə baxmaq üçün kinotetralara üz tutur. Düşünürəm ki, “Çölçü” Hollivud filmlərinə olan marağın qarşısını ala biləcək...      

Dekabr 23, 2016 14:00

Azərbaycan kinosunun səsi artıq uzaq ölkələrdən gəlir…

Son zamanlar Azərbaycan kinosunda olan canlanma bir daha sübut edir ki, kino yaradıcıları tamaşaçıları kinoteatrlara qaytarmaqda qərarlıdır. xeber100.com “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovla məhz bəhs etdiyim inkişaf prosesi üzərində söhbət edərək sizlərin  müzakirəssinə təqdim edir... -Azərbaycan kinosu yarandığı  tarixdən 1920-ci ildən 1958-ci ilə qədər formalaşma dövrünü, 1958-ci ildən 1990-cı ilə qədər ən önəmli sənət nümunələrinin yaranma dövrünü yaşayıb. Məlum hadisələrdən sonra uzun  illər böhran dövrünü yaşamaq məcburiyyətində qalan kinomuz artıq son bir neçə ildə yenidən öz fəaliyyətinə start götürdü. Sizcə, bu qədər ağır bir yol keçən kinomuz yenidən öz tamaşaçısına qovuşa biləcəkmi? -Kino elə bir sahədir ki, burada yaradıcı atmosfer yüksək olmalıdır, yəni, yaradıcı atmosfer müəyyən inkişaf prosesi keçməlidir. Bundan başqa incəsənətin digər sahələrindən fərqli olaraq kino texniki inkişafla bilavasitə bağlıdır. Bu baxımdan bu sahənin qurulması, inkişaf etdirilməsi müəyyən dövr tələb edir. Siz qeyd etdiyiniz kimi 20-ci illərdən məhz bu proses gedir və 50-ci illərdə artıq öz nəticələrini verməyə başladı. Bildiyiniz kimi milli filmlərimizin yaranması, milli rejissor kadrlarının yetişdirilməsi və onların mənəvi dəyərlərimizi filmlərə gətirməsi uzun bir proses olsa da buna nail ola bildik. Elə filmlərimiz var ki, dünya üçün sadəcə maraqlıdır, ancaq öz tamaşaçımız dəfələrlə baxır və yenə də baxmaq istəyir.  Bu da o deməkdir ki, tamaşaçının maraqla, dəfələrlə baxmaqdan bezmədiyi filmdə baş verən hadisələr milli dəyərlər üzərində qurulub. Ümumiyyətlə götürdükdə, kinoda yaradıcı atmosferin və yaxud texniki prosesin dayanması o an diqqəti çəkir, hiss olunur. Ancaq inkişaf prosesi üçün zaman lazımdır və ən önəmlisi inkişaf prosesinin getdiyini o an hiss etmək olmur.  Çox təəssüf ki, Azərbaycan kinosu 90-cı il hadisələrindən sonra tənəzzül dövrünü yaşamağa məcbur oldu ki, bunun da obyektiv və subyektiv səbəbləri var idi. Və bu səbəblər sadəcə bizə deyil, bütün keçmiş SSRİ adlı birlikdə bir araya gələn respublikalarda da hiss olundu. Bu yaşanmış yaxın bir keçmişdir. Artıq böhran dolu  günlərimiz geridə qalıb. Ölkə başçsının imzaladığı Dövlət Proqramı çərçivəsində incəsənət sahəsində çox mühüm dəyişikliklər oldu ki, bu da sürətli inkişaf yolunu tutdu. Kino da bu inkişafdan geri qalmadı. Bizim əsas məqsədimiz iki əsas xətti inkişaf etdirməkdir-yaradıcı atmosferin yüksəldilməsi və istedadlıların üzə çıxardılması. -Yaşadığımız sürət əsrində informasiya bolluğu o qədər güclənib ki, hazırda tamaşaçını hər mövzu ilə düşündürmək mümkün kimi görünmür. Necə bilirsiniz, bəlkə əvvəlki illərdən daha yüksək səviyyəli sənət nümunələrimiz yaranmalıdır? -Məqsəd daha güclü sənət nümunələrinin yaranmasıdır. Qapalı bir cəmiyyətdə yaşadığımız Sovetlərin qadağalı dövründə yaradıcı insanlarımız cəsarət nümayiş etdirərək belə gözəl sənət nümunələri yaratmağı bacarıblarsa, o zaman hazırkı müstəqillik dövründə ondan daha artıq sənət nümunələri yaranmalıdır. Qadağa yox, mövzu bolluğu, sərbəst seçim, yaradıcı potensail, dövlətin maliyyə dəstəyi və s. var və biz bu fürsəti dəyərləndirməliyik. Hazırda kino sənayesini müasir dövrün tələblərinə cavab verən  mühəndis kadrların yetişdirilməsi prosesi gedir. Tarixdə ilk dəfə olaraq dünyanın müxtəlif yerlərində yaşayan və əlbəttə ki, öz ölkəmizdə yaşayan istedadlı gənclərimizi, son 2-3 il ərzində Azərbaycan kinosunun ətrafına topladıq. Bu. gözlədiyimizdən daha artıq nəticə verdi. Əvvəllər belə bir fikir səslənirdi ki, kinomuz heç Biləcəridən o tərəfə keçməyib. Artıq Biləcəri söhbəti əsassızıdr. Çünki Azərbaycan kinosunun səsi artıq uzaq ölkələrdən gəlir. Təsəvvür edin ki, Azərbaycan filmi 52 dövlətdə və 52 Beynəlxalq Film Festivalında iştirak edərək öz kinomuzu layiqincə təmsil etdi. Bu da bizim kino tariximizdə ilk hadisə idi. Artıq kinomuzda yeni adlar var, yeni nəfəs var. Şamil Əliyev, Elçin Musaoğlu, Asif Rüstəmov, İlqar Nəcəf, İlqar Səfa və b. eyni zamanda xaricdə yaşayan gənclərimiz var ki, hər biri Azərbaycan kinosu üçün bir nəfəs oldu. Fərqli mövzular, fərqli yanaşmalar, fərqli rejissor yozumu və ən önəmlıisi dünya kinosundan xəbərdar olan gənc nəsil yetişməkdədir. Bundan başqa “Azərbaycanfilm”də hələ keçən il 5 nəfər azərbaycanlı  operator qısametrajlı filmlərdə sınaqdan keçdi ki, bu il onlar tammetrajlı filmlərdə özlərini göstərəcəklər. Artıq özünü tammetrajlı filmdə göstərən var. Bu da o deməkdir ki, artıq yeni rejissorlar, yeni operatorlar, ssenaristlər yetişir. Düşünürəm ki, bu prosesi düşünülmüş şəkildə, proqramlı şəkildə aparmalıyıq ki, gözlədiyimiz nəticələri əldə edək. Əsasən müştərək filmlərə yer verməliyik ki, xarici təcrübəni daha da yaxından izləyək, mənimsəyə bilək. Müştərək filmlərin çəkilməsi, xaricdən vəsaitin cəlb edilməsi, özəl studiyaların inkişaf etdirilməsi əsas məqsədlərimizdən biridir. Bildiyiniz kimi 18-ə yaxın özəl prodüser şirkətini birləşdirib Prodüserlər Gildiyası təsis etdik ki, bu da uğurlu işlərimizdən biridir. Artıq bütün sahələrdə bərpa işlərinə başlamışıq. Prodüser məktəbini bərpa etməliyik, yeni düşüncəyə malik istedadlı gənclərin kinoya cəlb olunması, bədii yaradıcılığın inkişaf etdirilməsində görüləcəck işlər çoxdur. Biz artıq “Azərbaycanfilm” kinostudiyasını bir bazaya çevirməliyik ki, istənilən uğurlara da imza ata bilək. -Azərbaycan kino günlərinin keçirilməsi bir daha sübut edir ki, artılq kino inkişaf yolunu tutmaqdadır... -Hər həftə bir yeni filmimimiz geniş tamaşaçı auditoriyasına təqdim olunur. Hətta filmlərin nümayişini regionlarda da təşkil edəcəyik. Yeni filmlərin nümayişi və getdikcə sayının artması bir daha sübut edir ki, Azərbaycan kinosu böhran anlarını geridə qoyub. Əvvəllər filmlərin yaranmasında başqa ölkələrin yaradıcıları iştirak edirdisə, hazırda artıq kimsənin köməyinə ehtiyac hiss olunmur. -“Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin olunduğunuz 2011-ci il tarixinə qədər Mədəniyyət və Turizm nazirliyində kino sektorunda çalışmıısnız. Prosesləri kənardan izləmək bir başqa, proseslərin birbaşa içində olmaq tamam başqadır... -Bura təyin olunduğum zaman təsəvvür edin ki, saysız sualla qarşılaşdım və fikirləşdim ki, əgər bu suallara cavab verə bilsəm o zaman istədiyimizə nail olacağız. Əslində məndən əvvəl də bu vəzifəni tutan şəxslərin qarşısında böyük problemlər dayanırdı. Belə ki, kinostudiyaya texnika sonuncu dəfə 80-ci illərdə alınıb. Yəni, texniki sənaye yox dərəcəsində idi. Biz bu problemi tədricən bərpa etməyə başlamışıq. Çüünki kinostudiyada müasir texnikanın olması əsas məsələlərdən biridir. Biz milli filmlərimizi çəkməklə yanaşı, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətini beynəlxalq aləmdə bir xidmət kinoşirkəti kimi də özünü göstərməlidir. Bu da o deməkdir ki, biz öz filmlərimizi çəkməklə yanaşı, başqa ölkələrdən gələn yaradıcı qüvvələr üçün də çəkiliş şəraiti yaratmalıyıq. Məsələn, qonşu Gürcüstan buna qismən də olsa nail ola bilib.  Artıq bizdə də bu proses başlayıb. Məsələn, TV kanalları “Azərbaycanfilm”ə cəlb etdik, Türkiyə şirkətlərini əməkdaşlığa dəvət etdik. Rusiya kinoşirkəti ilə müştərək şəkildə filmlər çəkdik. Dünya ölkələri ilə əlaqələri daha da gücləndirmək üçün bizim peşəkar işıqçılara, səs rejissorlarına, dekorator ustalarına ehtiyacımız var. Bu baxımdan əgər xidmətlə kinomuzu qura bilsək, onda uğurlarımız çox olar. -Bir sözlə, böyük islahat proqramının  həyata keçirilməsi göz qabağındadır. Teatrlarımızın əksəriyyəti islahat proqramından yaxşı mənada yararlana bildilər, ən azından müasir standartlara cavab verən teatr binasına sahib oldular... -Teatr binasının təmiri ilə kinostudiyanın bərpası çox fərqlidir, hətta kinostidya daha ağırdır. Bilirsinizmi aradan çox böyük bir dövr keçdi-40-50 il, nəticə etibarilə də texniki baza zəiflədi. Onu da qeyd edim ki, texniki bazanın bərpası böyük əmək, eyni zamanda böyük vəsait tələb edir. Bu islahat proqramında sadəcə onda qazandıq ki, bir-birindən önəmli yaradıcılıq layihələri həyata keçirdik. Hər il almanax çəkirik ki, orda da 4-5 gənc sınaqdan keçir, bundan başqa usta dəsrləri təşkil edirik. Əslində əsas məqsədimiz peşəkar kino məktəbini, kino ənənələrini  qoruyub saxlamaqdır. Buna nail oluruq, yeni çəkilib təqdim olunan filmlərimizdə də bütün bunları hiss etmək mümkündür. Yeni ildə 3-4 yeni filmi tamaşaçıların ixtiyarına verməyə hazırlaşırıq. Getdikcə filmlərimizin sayı artacaq. Yeni yaradıcı qüvvəylə önəmli sənət nümunələrinə imza atacağımıza inanıram.xeber100.com    

Dekabr 6, 2016 12:48

Hikmet Elp: “Türk cumhuriyetlerinin birlik düşüncesi olursa”…

İstanbul gibi büyük bir şehirde kültürümüze aidiyet duyan insanlarımız arasındaki büyük bir boşluğu doldurmak için, 2008 yılında yola çıkan İstanbul Azerbaycan Kültür Evi yarandığı günden birçok sosyal ve kültürel etkinlik ve faaliyetlerini hayata geçirmiştir. Toplumumuzun ihtiyaçlarına cevap vermek ve kültürümüzü başta İstanbul olmak üzere, Türkiye’de tanıtmak amacıyla çalışmalarına şevkle devam etmektedir. Kültür Evinin başkanı Hikmet Elp'le bu konuda haber sitemiz xeber100.com için röportaj yaptık... - Konumuz “Azerbaycan Kültür Evi” yaranması, faliyeti olsa bile, önce sizi okurlarımıza tanıtmak isterdim... -1963 te Iğdır'ın Aralık ilçesinde doğdum. Batı Azerbaycanlı bir ailenin oğluyum. Öğretmenim ve üç yıldır emekli oldum. Şu anda kültürel çalışmalar yapmaktayım.5. yıldır ki İstanbul Azerbaycan Kültür Evinin başkanı olarak kültürümüze hizmet etmekteyim. İstanbul gibi büyük şehirde yaşamakta olan  çocuklarımız kültürümüzden uzak ve bilgisiz yaşamaktaydılar. Bu durumun bizler için büyük eksiklik olduğunu gördük ve Kültür Evimizi kurduk. Tabii ki kültürümüzün Anadolu Türklüğüne tanıtmanın da eksikliğini görünce, bu boşluğu doldurmak için elimizden geleni yapmaya karar verdik. -Dünyada yüzlerce cemiyetler, dernekler Azerbaycanın tebligatı için çalışsalar da bir türlü sonuca istenilen sonuca ulaşılamıyor..Sizce bunun sebebi nedir? -Bu sorunuza ne yazık ki olumlu bir cevap veremiyorum. Ne yazık ki diyorum çünkü, Azerbaycan kültüründen kopan ve dünyanın her yanına dağılmış olan insanlarımızın varlığına rağmen, mevcut diaspora faaliyetlerimiz zayıf kalmaktadır. Diaspora kişisel ilişkilerle, hatır-gönül ile yapılacak bir örgütlenmeyle olamaz. Bu işe sevgisini, emeğini, yüreğini gerekirse hayatın koymaktan çekinmeyecek adamlarla olur. Bir ülke düşünün, diaspora bakanlığı kurulmuş olsun ve bu bakanlığın sırf diaspora faaliyetlerini yürütmek için geniş bir bütçesi olsun ancak, dünya ülkelerinde var olan potansiyelimize rağmen yeterli çalışmaları gösteremesin...Geçtiğimiz aylarda Diasporanın Bakü'de bir kurultayı olmuştu ve bu konuda benim de bir yazım olmuştu ki, o kurultaya katılım gösterenlerin yaptıkları çalışmalar araştırılsa, bizim çalışmalarımızın yanında esamesi okunmaz. Bir çoğu ahbap-çavuş ilişkisi ile oradaydılar. Ne yazık ki o kurultaya İstanbul Azerbaycan Kültür Evi davet edilmemişti. Bundan bahsederken lütfen yanlış anlaşılmasın; oraya gitmek veya gitmemek değil amaç: Oraya gidenlerin diasporayla ilgili hangi fikir ve tekliflerle gittiğini, diasporaya ne gibi katkılar sağladıklarına bakmak gerekir. Çünkü, turistik gezi amaçlı gidilmiş ve ileriye dönük hiçbir çalışma yapılmamıştır. Bu güne kadar Türkiye de dahil olmak kaydıyla, Azerbaycan Kültürü ve Azerbaycan'ın tarihi derinliği hakkında yeterli tanıtım yapılmamıştır veya yapılamamıştır. Bunu söylerken, sırf Diasporayı suçlamak sanırım haksızlık olur. Türkiye'de yaşamakta olan 3 milyondan fazla Azerbaycan kökenli bizler de bu konuda gerekli duyarlılığı göstermediğimizi söylemek gerekir. Tanıtım, geç kalan yanımız ve de en büyük eksikliğimizdir. Avrupa'da ve Amerika'da, hatta dünyanın diğer yerlerinde güneyi ve kuzeyi ile Azerbaycan insanının varlığından istifade edemediğimizi düşünüyorum. Diyebilirim ki Kuzeyden çok Güneyden insanlarımızın olduğu ve Azerbaycan bayrağı için canını ortaya koyabilecek insanlarımızın olduğunu biliyorum. Her nereye gittiysem, gördüğüm İran siyasi haritası içinde kalan Azerbaycan'dan yabancı ülkelerdeki insanlarımızın milli duyguları yabana atılmayacak kadar güçlüdür ve samimi vatanseverliği gördükleri yerde severek bu çalışmaların içinde yer almaktalar. Benim gördüğüm, insanlarımız inamlarını kaybetmiş. Vatan ve millet sevgisinden konuşulan yerde, arka planda çıkar hesaplarını görmekten olacak ki bu tür faaliyetlere katılmaktan uzak duruyorlar. Aynı durum bu gün bizim faaliyet alanımız olan İstanbul'da yaşamakta olan Azerbaycanlı gençlerimizin çoğunluğu  için de söylemek mümkündür. Onbinlerce ifade edebileceğimiz sayıları olan bu gençliğimizden çok küçük bir kısmı faaliyetlerimize katılmış veya destek vermişlerdir. -Azerbaycan Kültür Evinin tebligatı yeterli mi? -Tabii ki yeterli değildir. İstanbul Azerbaycan Kültür Evinin bu güne kadar yapmış olduğu çalışmalar bir çok alanda ilkleri oluşturmuştur. Bizden önce kurulmuş olan birçok dernekler olmuş ama uzun ömürlü olamamışlardır. Her kurulan dernek, bir heyecanla kurulmuş ancak, sonrasını getirememiştir. Bunun bir çok sebepleri vardır. Kimi imkansızlıktan, kimi hedefsizlikten, kimi de ilgisizlikten kısa sürede kapanmıştır. Biz ise kurulduğumuz ilk günden bu güne kadar yapmış olduğumuz her çalışmayı, her faaliyeti "bir dava" anlayışı ile yürütmüşüz. Yaşamış olduğumuz imkansızlıklara rağmen, asla yılmamış, yorulmamışızdır. Şahsen ben bu çalışmaları hayatımın önüne koymaktan çekinmemişimdir. Maddi ve manevi anlamda çok büyük sıkıntılara girmiş olmama rağmen, hiçbir resmi kurum ya da kuruluştan destek beklemeden, şahsi imkanlarımızın da üzerine çıkarak birçok başarılı işlere imzamızı atmışızdır. İnancım, bu tür çalışma ve faaliyetleri kutsallığına inanırsak, siyaseten veya menfaat ilişkileriyle değil, tamamen "vatan ve millet" sevgisiyle mayalarsak amacına ulaşır. Buradan sizlerin aracılığı ile de söylüyorum: hiç kimseye şirin gözükmek için, kimselere yaltaklanmak için bu işler yapılmaz. Şayet öyle bir anlayışla hareket edilirse, asla başarıya ulaşılmaz... -Yaşadığınız olumsuzluklar oluyor mu? Bu yüzden yanlış anlaşıldığınızda,  sert tepkiler aldığınız zamanlarda sizin tavrınız nasıl oluyor? -Bu sorunuza keşke "HAYIR" diyebilseydim! Maalesef olmuştur, bu gün de yer yer olumsuzluklarla karşılaştığımız durumlar oluyor. Geçtiğimiz günlerde Türkiye'de izinsiz yaşamakta olan Azerbaycanlı insanlarımız var ve bunların sayısı yüzbinleri bulmaktadır. Bu ailelerin çocukları ne yazık ki okula gidememektedirler. Bu konuda bir araştırma yaptık ve yoğunlukla İstanbul'da yaşadıklarını gördük. Bu konuda hem Azerbaycan yetkililerine, hem de Türkiye resmi yetkililerine durumu bildirdik ve de, geleceğimiz dediğimiz çocuklarımızın eğitimleri ile ilgili sorunların çözümlenmesini istedik. Hatta, bunun Türkiye açısından uluslararası suç teşkil ettiğini dile getirdik. Yıllardır bu konuda yazıp-çizmemize rağmen hiçbir çalışma yapılmadı. Hatta bazı zavallılar bizi Azerbaycan'ın aleyhine çalışıyormuşuz gibi anlatmışlar. Şayet, geleceğimiz dediğimiz binlerce çocuklarımız, eğitimsiz ve cahil kalacaklarsa bu konuda yapabileceğimiz ne varsa yapmalıyız. Bunu yüksek sesle seslendirmemiz gerekiyor ki, yüksek makamlara şikayet etmek gerekiyorsa bunu da etmekten çekinmeyiz. Bizler, hiç bir beklentimiz olmadan bu davanın neferleriyiz.     Azerbaycan Kültürünün müziği ile, tiyatrosu ile, tarihi ile, kısacası medeniyetimizin her sahasında kendi çapında çalışmalar yapmaktayız. Toplumumuzla ilgili tüm olumsuzluklara karşı mücadele vermekteyiz. Söz konusu faaliyetlerimize İstanbul Başkonsolosluğunu bilgilendirmek ve de davet etmemizin yanında sağ olsunlar bazı noktalarda zaman zaman çalışmalarımıza da destekleri olmuştur. Son zamanlarda işbirliğimiz daha da yoğunlaşmıştır. -Son yıllarda Türkiye Cumhuriyeti çevresinde gelişen olaylar dünyanın gündemini tutan, hatta dünyayı ilgilendiren bir mesele haline geldi. Böyle bir durumda Türkiye'nin olaylara,  tepkisi nasıl oldu? -Düşünüyorum ki Türkiye Cumhuriyetinin son zamanlarda olaylara yaklaşımı daha millî görünmektedir. Kendi içinde ve dışında haddinden fazla problemleri var, bunların çözülebileceğine inancım var. Türkiye Cumhuriyeti'nin bölgemizde ve kendi sınırları içinde tam bağımsız ve kendine özgü yaklaşımları olmalıdır. Mustafa Kemal Atatürk'ün çizdiği politikalardan uzaklaşmadan, günümüz şartlarını da gözardı etmeden ülke ve milletin geleceğinin yönlendirilmesi gerekir. Türkiye Cumhuriyetinin tecrübe ve birikimi sözkonusu politikayı uygulayabilecek yeterliliktedir. Çalışmalarımız konusunda herhangi bir engel oluşturmamaktadır. Sadece Türkiye değil, aynı zamanda Azerbaycan Toplumunun 24 yıldır Karabağ konusunda yaşamış olduğu travmayı hala atlatamadığını düşünüyorum. Bizler buralarda o acıyı bu gün bile hiç kapanmamış gibi hissediyorsak, hemen hemen her aileden verilen şehitlerin yanında kaybedilen topraklarımızın ezikliği ve üzüntüsünü üzerilerinden atamadıklarını düşünüyorum. İnanıyorum ki o insanlarımızın çoğunun böylesine yaşamaktansa, bu gün yeniden savaşın başlaması ve o topraklarda ölmeği tercih edeceklerini düşünüyorum.  Bunu 2 Nisanda bir haftalık çatışmalarda insanlarımızın gözlerinde gördüm ve 60 yaşındaki adamların da gönüllü savaşa gitme arzusunda olduğunu gördüm. Millî duyguların ölmediğine şahit oldum. İnsanlarımız gerçekten çok cefakar bir millettir. Tüm olumsuzluklara karşı yine de yılmadan hayat mücadelelerine devam edebiliyorlar. Ne yazık ki, bu gün  1990 lı yıllarda ekonomik olarak bulundukları seviyeden pek farklı bir noktada değiller. Bu gün yaşamakta oldukları ekonomik sıkıntılara rağmen gecesini gündüzüne katarak, çoluk-çocuğuna ekmek götürmek için inanılmaz mücadele vermekteler.  Bu milletin duyarlılığından asla şüphem yoktur. Zamanı geldiğinde  ilk fırsatta ayağa kalkmayı bilen bir milletimiz var. -Doğru, millet olarak tüm fedakarlıklara hazırız hazır olmasına da, ama dünya ülkelerinin olaylara bakış acısı nasılsa problemler kördüğüm olarak kalıyor. Bu gibi politik oyunlar nereye kadar? Dünya siyasetinde belli güçlerin çeşitli oyunları yürümektedir. Emperyal güçler, dünyayı kendi aralarında paylaşmakta ve bizim gibi ülkeler de söz konusu güçlerin birer uydusu gibi hareket etmektedirler. Başta Türkiye olmak kaydı ile Türk cumhuriyetlerinin birlik düşüncesi olursa ve Atatürk'ün çizdiği tam bağımsızlık fikrinde hareket edilirse, o zaman Türk dünyası da yukarıda sözünü ettiğimiz güçler karşısında daha güçlü olur ve  gelecekte hak ettiği yerini alır. Aksi taktirde; millet birliğinden uzaklaşırsa, Türkiye başta olmak kaydı ile tüm Türk dünyası kaybeden olacaktır. Bir konuya da dikkatinizi çekmek istiyorum ki, şu andan itibaren Türk dünyasının birliği ve bütünlüğü, batı ile işbirliğinde değil, içinde Rusya'nın da olduğu Avrasya Birliğinden geçer. Şu anda batıya odaklandığımız her gün zaman kaybetmekteyiz. Çünkü Batı dediğimiz, Avrupa Birliği ve Amerika, kendi çıkarları doğrultusunda hareket eden, yerine göre ve belli durum karşısında değişen doğruları olan, çifte standartlarla hareket eden bir noktadadır. Ayrıca Avrupa Birliği misyonunu tamamlamış görünüyor ve  dağılma sürecine girmiş bulunmaktadır. Amerika da merkez olma eksenini kaybetmek üzeredir.  Dolayısı ile yeni eksen olacak güçü belirleyici olan Türklerin birliği olacaktır. Türkler birlik oluşturmadıkları sürece mevcut dünya düzeni devam edecektir. -Bazen düşünüyoruz ki(belki de haklı olarak) Türkiye-Azerbaycan kardeşliği, benzer hayat tarzımız, bakış acımız Karabağ torpaklarının özgürlüyü için yeterlidir. Sizce bu mümkün müdür? -Bu güne kadar Türkiye'yi yönetenlerimiz yüksek öngörü sahibi olamadılar. Sovyetler birliğinin çöküşünü iyi okuyamadıkları gibi oradaki kardeş devletlere yeterli ilgiyi göstermediler. Bu günlerde Türk devletleriyle işbirliğinin öneminin ve vazgeçilmez olduğunun farkına vardılar. Orta Asya Türk devletlerine ulaşmanın da köprüsü Azerbaycan' dan geçer. Türkiye cumhuriyeti için Azerbaycan manevi ve maddi yönüyle vazgeçilmezdir. Türk kültürünün birbirine en yakın iki dokusu Azerbaycan ve Türkiye'dir. Bunlar birbirini tamamlayandır, birbirleriyle güçlenirler. İkisinin siyaseti birlikte olursa hem diğer Türk cumhuriyetlerini kazanırlar, hem de bölgede daha etkili olurlar. Dolayısı ile Karabağ probleminin çözümü de öncelikli olarak Türklerin birliğinden, sonrasında ise Rusya ile birlikte Avrasya birliğini oluşturmaktan geçer. Geçmiş tarihimizde Rusların bizlere yaptıklarını ve siyasetini bilen birisi olarak diyorum, uluslararası ilişkilerde duygusallığa yer yoktur. Karşılıklı çıkara dayalı bir politika uygulanırsa, bundan yüksek seviyede kazançlı çıkacak olan Türk Dünyası olacaktır...  

Oktyabr 24, 2016 12:24